Windows Server 2012 üzərində Group Policy`də Restricted Groups

Salam Dostlar, bu məqaləmizdə Group Policy üzərində Restricted Group düzəldib, onu istifadə etməyi öyrənəcəyik.Kompüterlər üzərində iş görərkən, bəzən bizə Administrator hüquqları lazım olur.Domain mühitində isə istifadəçilər bu hüquqdan məhrumdurlar.Amma yaxşı ki, məhrumdurlar.Ancaq ola bilsin ki, bizə bəzi istifadəçilərə bu hüquqları vermək lazım olsun.Təbii ki, bunun asan yolu var.Biz istədiyimiz istifadəçiyə kompüter üzərində olan Administratorun hüquqlarını verə bilərik.Bunun üçün ilk öncə Active Directory`də “TECHNET-HELPDESK” adlı qrup düzəldirik və bizə lazım olan istifadəçiləri bura əlavə edirik.Bizim istifadəçinin adı “Araz.Ayyubov”`dur.

İndi isə işlərimizi GPO üzərində davam etmək üçün GPMC`nı açırıq.Burada yeni GPO düzəldirik və yaxud mövcud GPO üzərində dəyişiklik edirik.Mən mövcud GPO üzərində dəyişiklik edəcəm.

GPO açdıqdan sonra isə Computer Configuration\Policies\Windows Settings\Security Settings adı altında yerləşən “Restricted Groups” üzərinə gəlirik.

Burada mouse`un sağ düyməsini vurub, “ADD GROUP” seçirik.

Daha sonra isə kompüter üzərindəki Administrators qrupuna üzv etmək üçün Active Directory`də düzəltdiyimiz qrupu seçirik.

Yuxarıdakı şəkildə “OK” düyməsini sıxıb, “TECHNET-HELPDESK” qrupunu ora əlavə edirik.

İndi isə Windows 7 ƏS`də “TECHNET-HELPDESK” qrupunun üzvü olan istifadəçi ilə kompüterə daxil oluruq.

Daxil olduqdan sonra “Local Users and Groups” bölməsinə daxil olub, icazələrə baxırıq.

Gördüyünüz kimi “TECHNET-HELPDESK” qrupu Administrators qrupunun üzvüdür.

Fikrimcə, bu məqalədə Group Policy`nin “Restricted Groups” xüsusiyyətini izah edə bildik.

Növbəti məqalələrdə görüşənə qədər…

Yazar: Fərhad KƏRİMOV | MCSA: Windows Server 2012

Səs: +30. Bəyənilsin Zəifdir

Müəllif: Farhad KARIMOV

Şərhlər ( 1 )

  1. sagolun

Şərh yazın