Server 2012 Additional Domain Controller – II

Məqaləmizin ilk hissəsində Transition, İn-palce Upgrade haqqında geniş məlumat və İn-palce Upgrade əməliyyatının necə həyata keçiriləcəyi haqqında izahat vermişdik. Bu məqaləmizdə Transition əməliyyatını gerçəkləşdirməmiz üçün ehtiyac olan  Additional Domain Controller mövzusunu nəzərdən keçirəcəyik. Portal üzərindəki mövcud məqalələri incələyərək Additional DC və Transition haqqında məlumat əldə edə bilərsiniz.

  1. Server 2008 R2 üzərində Additional Domain Controller sazlanması
  2. Transitioning Active Directory (2003-2008 r2)
  3. Active Directory Upgrade Server 2008-2012 – I

Bu mövzuları incələdikdən sonra strukturmuz haqqında qısa izhat verək. Hazırda strukturda 2 ədəd server var.

1 ) DC –  Server 2008 R2 (Domain Controller)

IP Address. . . . . . . . . . . : 192.168.10.10
Subnet Mask . . . . . . . . . . . : 255.255.255.0
Default Gateway . . . . . . . . . : 192.168.10.1
DNS Servers . . . . . . . . . . . : 127.0.0.1

2) DC01- Server 2012      (Additional DC)

IP Address. . . . . . . . . . . : 192.168.10.11
Subnet Mask . . . . . . . . . . . : 255.255.255.0
Default Gateway . . . . . . . . . : 192.168.10.1
DNS Servers . . . . . . . . . . . : 192.168.10.10
127.0.0.1

DC adlandırdığımız server hazırda Domain Controller kimi fəaliyyət göstərir. DC01 isə hazırda domainə üzv olunmuş serverdir və üzərində heç bir əməliyyat aparılmayıb. Burda fərqli cəhət bundan ibarətdir ki, struktura daxil edəcəyimiz  Additional DC  Server 2012-nin üzərində olacaq. Bunun üçün Active Directory Upgrade Server 2008-2012 – I məqaləsindəki birinici bölməni (1. – adprep) tətbiq etmək lazımdır. Əgər fərqli ƏS-ləri varsa bu addım tətbiq olunmalıdır, yox DC və ADC eyni ƏS-lərinə sahibdirsə buna gərək yoxdur. Demək olar ki, addımlar Server 2008-lə eynidir. Bu məqalədən yararlanaraq eynilə Server 2003 ƏS-dən Server 2012-yə keçid edə bilərisiniz. Bunun üçün DFL və FFL-ləri Server 2003 moduna çəkməyə ehtiyac var. Aşağıdakı addımları izləyərək Additonal DC-nin sazlanmasına başlayaq.

1. Server  Manager – Dashboard – Add roles and features 

dc_03

2. Role-based or feature-based installation 

dc_04

3. DC01 seçərək davam edirik.

dc_05

4. Active Directory Domain Services rolunu seçdiyimiz zaman ehtiyac olacaq alətlərin daxil olunması pəncərəsindən Add Features deyərək davam edirik.

dc_06

5. Next

dc_07

6. İnstall deyərək ilkin mərhələ üçün ehtiyac olan alətlərin yüklənməsini təmin edirik.

dc_08

7. Close 

dc_09

8. Dcpromo imkanı məhdudlaşdırldığı üçün idaretmə bölməsindən Promote this server to a domain controller – seçərək quruluma başlayırıq.

dc_10

9. Burdakı seçimlərdən Add a domain controller to an existing domain seçərək – yəni mövcud domain strukturuna yeni DC əlavə et bölməsini seçirik.

dc_11

10. Əgər burda biz RODC bölməsini qeyd etsək onda bu DC Additional yox Read Only olacaqdır. Biz dəyişiklik etmədən DSRM (DSRM haqqında) şifrəsini daxil edib yolumuza davam edirik.

dc_12

11. Next

dc_13

12. Replicate from – bu bölmədə bir neçə DC varsa informasiyaların hansı DC üzərindən alınacağının seçimini edə bilərik.

dc_14

13. Next

dc_15

14. Next

dc_16

15. İnstall

dc_17

Yükləmə tamamlandıqdan sonra ADC öz xidmətinə başlayacaq. Əgər struktrunuz böyükdürsə 1-2 gün gözlədikdən sonra keçid əməliyyatını həyata keçirməniz daha məqsədə uyğundur. Məqaləmizin üçüncü hissəsində keçid üçün əməliyyatları tamamlayıb Server 2008 r2 ilə vidalaşacağıq. Başqa bir məqalədə görüşmək arzusu ilə.

Elgüc Yusifbəyli

__________________

MCT

Könüllü ol ki, könüllərdə izin qalsın.

Səs: +30. Bəyənilsin Zəifdir

Şərh yazın