Active Directory Upgrade Server 2008-2012 – I
Xoş gördük. Bu məqaləmzidə Server 2008 R2 üzərində fəaliyyət göstərən Domain xidmətinin Server 2012 üzərinə daşınması haqqında danışacağıq. Əvvəlki məqalələrimizdə bu mövzular haqqında geniş izahatlar verilib. Qeyd etmək istəyirəm ki, əvvəlki üsullar hazırda aktivliyini saxlayır. İlk öncə aşağdakı cədvələ nəzər yetirək. Yeni başlayan dostlarımız üçün bir daha qeyd edim ki, İn-place Upgrade – mövcud ƏS-nin yenisi ilə əvəz olunmasıdır, yəni komputeri formtalamdan əvvəlki funksionallıqaların təkmilləşdirlmiş formasının yeni sistemə daşınmasıdır. İn-place Upgrade-in mənfi cəhəti budur ki, server sistemini birbaşa yenisi ilə əvəz etdikdə sürücü, digər proqramlar və s. yeni server sistemi tərəfindən dəstəklənməyə bilər, bu hal baş verdikdə siz həmin çatışmazlıqları aradan qaldırdıqdan sonra yüksəltmə (Upgrade) əməliyyatını gerçəkləşdirməlisiniz, əks təqdirdə yeni ƏS-i yükləndikdən sonra bəzi çətinliklərlə qarşılaşmalı olacaqsınız.
Server 2012-yə keçid üçün İn-place Upgrade-i (x64) dəstəkləyən sistemlər aşağdakılardır. (Installing Windows Server 2012)
Əgər aşağıdakı ƏS-ləri ilə çalışırsınıza |
Aşağıda adları çəkilən ƏS-nə keçid edə bilərsiniz |
Windows Server 2008 Standard with SP2 OR Windows Server 2008 Enterprise with SP2 |
Windows Server 2012 Standard OR Windows Server 2012 Datacenter |
Windows Server 2008 Datacenter with SP2 | Windows Server 2012 Datacenter |
Windows Web Server 2008 | Windows Server 2012 Standard |
Windows Server 2008 R2 Standard with SP1 OR Windows Server 2008 R2 Enterprise with SP1 |
Windows Server 2012 Standard OR Windows Server 2012 Datacenter |
Windows Server 2008 R2 Datacenter with SP1 | Windows Server 2012 Datacenter |
Windows Web Server 2008 R2 | Windows Server 2012 Standard |
Digər addımlardan biri isə Transition adlanır. Yəni FSMO rollarını yeni DC üzərinə daşıyaraq əvvəlki DC-ni ləvğ edirik. İn-place Upgrade-dən fərqli olaraq keçid (Transition) əməliyyatı daha təhlükəsiz sayılır. Əgər sturkturunuzda Server 2003 və 2008 ƏS (x86) mövcuddursa Transition metodundan istifadə etməlisiniz, eynilə bu metod x64 bit ƏS-ləri üçün də keçərlidir.
Server 2012-yə keçid üçün Function Levellərin minimum 2003 olmasına ehtiyac var. Artıq Microsoft şirkəti Windows Server 2012 ƏS-nin istehsalı ilə Server 2000-nin Active Directory imkanlarını tam məhdudlaşdırdı. Əgər struktrunuzda Server 2000 ƏS (DC) mövcuddursa öncə bu sistemin üst bir sistemə yüksəldilməsinə gərək var, digər təqdirdə bu addımlarla Server 2000 üzərindəki Active Directory struktrunu server 2012 üzərinə daşıya bilməyəcəksiniz. Əlavə olaraq Active Directory Migration Tool adlı alət vasitəsi ilə bəzi keçidlər mümkündür. Lakin burda bəzi limitlər mövcuddur, fərqli forest və domainlər arası keçid üçün sərfəli metoddur. Aşağdakı keçiddən yenilənən və dəstəklənən ƏS-lərinin siyahısını əldə edə bilərisiniz. Bu alətin imkanları haqqında gələcək məqalələrimizdə söz açacağıq.
Active Directory Migration Tool versions and supported environments
ADMT 3.2 and PES 3.1 installation errors on Windows Server 2012
Artıq Server 2012 üzərindən məqalələrimizi davam etdirəcəyimiz üçün, hazırda portal üzərində mövcud olan keçmiş məqalələri aşağdakı keçidlərdən əldə edə bilərsiniz.
- Active Directory haqqında
- Server 2008 R2 üzərində Active Directory xidmətinin sazlanması
- Active Directory xidməti sazlandıqdan sonra ilk testlər və əlavələr
- Komputerlərin Active Directory strukturuna daxil edilməsi
- Server 2008 R2 üzərində Additional Domain Controller sazlanması
- Directory Services Restore Mode şifrəsinin bərpa olunması
- Active Directory üzərində OU, İstifadəçi və Qrupların yaradılması
- Active Directory üzərində Fine Grained Password Policy-nin tətbiq olunması
- Additional Domain Controllerin IFM (Install From Media) vasitəsilə yüklənməsi
- Active Directory Server 2003 to 2008 R2 İn-Place Upgrade
- Active Directory Recycle Bin
- Transitioning Active Directory (2003-2008 r2)
- Unudulmuş Domain Administrator şifrəsinin sıfırlanması
- Çökmüş Domaindəki FSMO Rollarının ADC üzərinə daşınması – Seizing
- Çökmüş DC qalıqlarının təmizlənməsi – Metadata Cleanup
- Password Settings Objects (PSO)
- Active Directory`də olan Saved Queries
- Active Directory bazasının defrag edilmesi (Offline Defragmentation)
- Windows Server 2008 R2 üzərində Domain adının dəyişdirilməsi
- Organizational Unit üzərində idarə etmə hüququnun verilməsi
- Windows Server 2012 Active Directory Qurulumu
- Windows Server 2012 Active Directory Recycle Bin
- Wındows Server 2003 üzərində Active Directory Sazlanması (YouTube – Arxiv)
- Wındows Server 2003 üzərində Additional Domain Controller Sazlanması(YouTube – Arxiv)
- Wındows Server 2008 üzərində Active Directory Sazlanması (YouTube – Arxiv)
Bu məqaləmizdə biz iki metodu gözdən keçirəcəyik.
İn-place Upgrade və Transition
Qeyd : Aşağıda qeyd olunmuş addımlar hər iki metod üçün keçərlidir.
Bu bölmədə isə Domain xidmətinin qurulması zaman ehtiyac olan bəzi tələblər mövcuddur.
Yüklənəcək Struktur |
Tələb olunan hüquqlar |
Install a new forest | Local Administrator on the target server |
Install a new domain in an existing forest | Enterprise Admins |
Install an additional DC in an existing domain | Domain Admins |
Run adprep /forestprep | Schema Admins, Enterprise Admins, and Domain Admins |
Run adprep /domainprep | Domain Admins |
Run adprep /domainprep /gpprep | Domain Admins |
Run adprep /rodcprep | Enterprise Admins |
1. Öncə Server 2012 diskini sürücüyə yerləşdirdikdən sonra aşağıdakı əmrləri icra olunmalıdır. Adprep qovuluğuna keçid etdikdən sonra aşağdakı əmrlər ardıcıl icra olunmalıdır. Əgər Server 2003-dən keçid edirsinizə bu əmrlərin hər birini icra etmək daha məqsədə uyğundur.
- adprep /forestprep
- adprep /domainprep
- adprep /domainprep /gpprep
- adprep /rodcprep
Upgrade Domain Controllers to Windows Server 2012
Bu əmrləri icra etmədiyiniz təqdirdə belə upgrade əməliyyatı gerçəkləşir. Lakin Microsoftun hər bir tövsiyəsini dinləmək daha məqsədə uyğundur. Hazırda mən məqalədə server 2008 r2 üzərindən server 2012-yə keçid zamanı iki əmr icra edəcəyəm. Qeyd etdiyimi kimi, Microsoftu dinləməkdə yarar var.
a) adprep /forestprep
b) adprep /domainprep
2. Bu əməliyyatları gerçəkləşdirdikdən sonra Server 2008 r2 üzərində schupgr əmrini icra edərək və yaxud registry altından Schema versiyasının dəyişib dəyişmədiyini qurlum öncəsi və sonrasıda nəzər yetirə bilərik.
HKLM\System\CurrentControlSet\Services\NTDS\Parameters
Hazırda AD Schema versiyalarının cədvəli aşağıdakı kimidir.
AD version |
objectVersion |
Windows Server 2000 |
13 |
Windows Server 2003 |
30 |
Windows Server 2003 R2 |
31 |
Windows Server 2008 |
44 |
Windows Server 2008 R2 |
47 |
Windows Server 2012 |
56 |
3. Bu addımlardan sonra İn-place Upgrade əməliyyatı üçün sadəcə sürücüdə olan diskdən setup əmrini çalışdıraraq yeni sistemə keçid edə bilərik.
a) İnstall
b) Bu addım sizin seçiminizə qalıb tövsiyə olunan metod yeniliklərin yüklənməsi menusunu seçməkdir.
c) ƏS-ni seçib davam edirik.
d) Əsəs bölmə- Bu bölmədə Upgrade : Install Windows and keep files, settings and applications bölməsini seçərək Server 2008 R2-nin upgrade olunmasını istəyirik. Digər bölmə seçildikdə sıfırdan yeni qurlum gerçəkləşəcək.
e) Hazırki vəziyyətə görə Server 2012 tərəfindən çıxarılmış hesabata əsasən sistemdə mövcud olan Kaspersky Antivirusun yeni sistemə uyğun olmadığı bildirilir. Bunun üçün əməliyyata davam edə bilmirik.
f) Bu çatışmazlığı aradan qaldırdıqan sonra yenidən addımlarımız təkarar həyata keçiririk və upgrade-in tamalanmsından sonra Domain xidmətimiz Server 2012 üzərindən öz işini davam etdirəcək.
Məqaləmizin birinci hissəsində hər iki seçim üçün ehtiyac olan mövzulara toxunmağa çalışdıq. İn-place Upgrade
metodunu həyata keçirərək məqaləmizin birinici hissəsini tamamlayırıq. Digər məqaləmizdə Transition üçün atılacaq əlavə addımları incələyəcəyik. Başqa bir məqalədə görüşmək aruzu ilə. Zəhmət olmasa texiniki suallar üçün forum bölməsindən yararlanın.
Qeyd: Hörmətli oxucularımız. Əgər mövzunu axıra qədər səbrlə oxuyub beyninizdə hər hansı bir irad, təklif, ideya canlandırsanız zəhmət olmasa bizimlə paylaşmaqdan çəkinməyin. Məqalə bölməsi altında fikirlərinizi yazmağı untumayın. [email protected] e-mail vasitəsilə qrupumzla əlaqə saxlaya bilərisiniz. Bizlər yararlı bir bilik bazası yaratmağa çalışırıq. Sizlərin fikirləri bizlərin və sizlərin inkşafı üçün önəmlidir.
Elgüc Yusifbeyli
________________
MCT
Könüllü ol ki, könüllərdə izin qalsın.
Şərhlər ( 5 )
Şəbəkə şəbəkələrin qurulmasi onlar arasinda əlaqə pozularsa onun duzeldilmesi lokal şəbəkə haqqında ətraflı məlumat istəyərdim əvvəlcədən təşəkkür
http://www.technet.az/2012/09/27/transitioning-active-directory
Tapılmadı
Təəssüf ki, axtardığınız səhifə tapılmadı. Axtarışdan istifadə etmənizi tövsiyyə edirik.
Salamlar, geri bildirş üçün təşəkkürlər. Qeyd etdiyiniz mövzunu aşağıdakı adresdən əldə edə bilərsiniz. Uğurlar
http://www.technet.az/2012/10/24/transitioning-active-directory/
Maraqlı məqaləyə görə təşəkkür edirik.yəqin ki, 69 schemanın sonuncu versiyasıdır, məndə upgrade adprep /forestprep əmrinin icrası zamanı 69 qeyd etdi.
Salamlar,
Azər bəy normal olaraq hər yeni ƏS-ində bu versiya dəyişiyiklik göstərir. Sonuncu versiya deyil. Hazıra 81-də mövcuddur. 2016 Versiyasının sabitləşməsi ilə dəyişklik göstərmə ehtimalı var. Bəli 69 – 2012 R2-dəki son versiyadır.
Uğurlar