DHCP Server Backup və Restore

Salam dostlar bu məqaləmizdə biz DHCP Serverin BackupRestore olunmasından bəhs edəcəyik.
Belə bir sual yarana bilərki, DHCP Serveri Backup və Restore olunması bizim nəyimizə lazımdır?
Hansı hallar üçün biz DHCP serveri backup etməliyik?
Deyək ki, DHCP servisinin qurulmuş olduğu serverimiz çökdü və ya hər hansı bir səbəbdən açılmır.Ya da şirkətimizə yeni bir server aldıq və DHCP servisini yeni serverdə təzədən qurmağımız lazımdır. Əgər məndə DHCP servisinin backup-ı yoxdursa onda mən bütün əməliyyatları sıfırdan etməli olacam və bu da bizlər üçün ayrıca bir iş yükü və zaman sərfi deməkdir. Hələ nəzərə alsaq ki, bizim orda Reservetion IP-lərimiz, qadağan olunmuş MAC adreslərimiz varsa onda biz daha çox vaxt sərf etməli olacağıq.

Bəhs etdiyimiz mövzunu Windows Server 2008 R2 olan serverdə test edəcəyik.
İlk öncə DHCP Serverimizin fayllarının harada yerləşdiyini və hansı fayllarla işlədiyinə baxaq.
DHCP serverimizin faylları %SystemRoot%\System32\DHCP qovluğunda yerləşir.

1

DHCP Serverin ən əsas bazası dhcp.mdb faylıdır.
Nəzərinizə çatdırım ki, DHCP server default olaraq hər 60 dəqiqədən bir backup əməliyyatını avtomatik olaraq həyata keçirir. Alınan backup-lar isə “%sytemroot%\System32\DHCP\Backup” qovluğunda yerləşdirilir. Bu parametrlər Registry Editorun HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Services\DHCPServer\Parameters altındakı BackupInterval DWORD dəyəri içərisində yerləşir.Əgər istəsək bu dəyəri istədiyimiz kimi dəyişib, avtomatik backup-un interval üçün yeni vaxt təyin edə bilərik. Bundan başqa burada DHCP bazasının yerini, verilənlər bazasının adını, backup faylının yerini və s. dəyərləri dəyişə bilərik.

2

Əlavə olaraq qeyd edim ki, backup olunan fayllar içərisində HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Services\DHCPServer\Parameters altındakı registry faylları da yer almaqdadır.

DHCP Serverin BACKUP olunması…

İndi isə backup əməliyyatının manual olaraq necə ediləcəyinə baxaq. İlk öncə DHCP konsolumuzu açırıq və backup almaq istədiyimiz serverin üzərində sağ düyməni sıxaraq, Backup seçirik. Bizə default olaraq “%sytemroot%\System32\DHCP\Backup” qovluğu gəlir, istəsək fərqli bir qovluğu da seçə bilərik. OK düyməsinə basaraq backup əməliyyatını yekunlaşdırırq.

3

DHCP Serverimiz Backup-ını çox asanlıqla aldıq.

DHCP Serverin BACKUP fayldan RESTORE əməliyyatı…

DHCP serverimizin Restore əməliyyatı da backup əməliyyatı kimi olduqca sadədir. DHCP konsulunu açırıq, restore etmək istədiyimiz server üzərində sağ düyməni sıxırıq, Restore seçirik və backup faylların yerləşdiyi qovluğu seçərək OK düyməsini sıxırıq.

4

Daha sonra qarşımıza etdiyimiz dəyişikliklərin aktiv olması üçün DHCP servisinin restart olunmasının gərəktiyini bildirən bir bildiriş pəncərəsi çıxacaq.

5

YES düyməsini sıxdıqdan sonra aşağıdakı pəncərələr çıxaraq DHCP serverisimiz restart olur və əməliyatı tamamlamış oluruq.

6

7

Başqa bir məqalədə görüşmək ümidi ilə, təşəkkürlər…

Turqut Vəliyev
_________________
MCTS

Səs: +40. Bəyənilsin Zəifdir

Müəllif: Turqut Vəliyev

Şərhlər ( 3 )

    • emin / . Dərc edilib:A 01/11/2013 at 5:08 Axşam
      Səs: 0. Bəyənilsin Zəifdir

    Turqut bəy çox faydalı məqalə oldu mənim üçün təşəkkür edirəm.Növbəti məqalələrinizi səbirsizlklə gözləyirik

  1. Oxuduğunuz və şərh yazdığınız üçün təşəkkür edirəm.

  2. Çox sağ olun

Şərh yazın