Dünyada İT xərclərinin həcmi artacaq
“Gartner” analitik şirkəti yaxın iki il üçün qlobal İT xərclərinin həcmi üzrə illik proqnozunu dərc edib.
2013-cü ildə informasiya texnologiyalarına sərf olunacaq qlobal xərclərin həcmi 3,8 trilyon ABŞ dolları təşkil edəcək ki, bu da ötən illə müqayisədə 4,1% çoxdur.
“Dailycomm.ru” saytına istinadən bildirir ki, telekommunikasiya xidmətləri bazarı xərclərin həcmi baxımından ən iri seqment olaraq qalacaq. Bu il onun payı İT xərclərinin ümumi həcminin 45%-ni (1,69 milyard ABŞ dolları) təşkil edəcək.
Ekspertlərin proqnozuna görə, səsli rabitə xidmətlərinə sərf olunacaq xərclərin həcmi isə əksinə, azalacaq. İT xidmətlər bazarı gözlənilən xərclərin həcminə görə ikinci yerdə qərarlaşıb.
Proqnoza görə, bu seqmentdə 918 milyard ABŞ dolları (2012-ci illə müqayisədə 4.5% artım) xərclənəcək. Fərdi kompüter, planşet, mobil telefon və printerlər daxil olmaqla qurğuların satın alınması üçün qlobal xərclərin həcmi 2012-ci illə müqayisədə təxminən 8% artacaq və 718 milyard ABŞ dolları olacaq və bu seqmentin payı qlobal İT xərclərinin ümumi həcminin 19%-ni təşkil edəcək.
Mənbə: www.dailycomm.ru