Windows Server 2012 GPO nüsxə alma
Salam Dostlar, bu məqaləmizdə GPO`nun nüsxəsinin çıxarılmasını öyrənəcəyik.Bunun üçün ilk öncə Group Policy Management açırıq.Sonra domain adı altında yerləşən Group Policy Objects bölməsinin üzərində mouse`un sağ düyməsini sıxırıq.Aşağıdakı şəkildəki kimi menyu açılacaq.Buradan biz domainimiz daxilində olan bütün GPO`lərin nüsxəsini ala bilərik.
Əgər, istərsək, GPO`lərin tək-tək də nüsxəsini çıxarda bilərik.Bunun üçün Group Policy Objects bölməsini açıb, istədiyimiz GPO üzərində mouse`un sağ düyməsini sıxıb, nüsxəsini çıxardırıq.
Amma biz bu məqalədə bütün GPO`ların nüsxəsini bir dəfəyə alacağıq.Bunun üçün Group Policy Objects bölməsinin üzərində mouse`un sağ düyməsini sıxıb, “Back Up All” seçirik.
Bundan sonra bizdən bu nüsxəsinin harada saxlanacağı haqqında məlumat verməyimizi istəyən bir pəncərə çıxır.Pəncərəni aşağıdakı kimi doldurdum.”Description” bölməsində GPO haqqında ətraflı məlumat da yaza bilərsiniz.
Bunları yazdıqdan sonra “Back Up” düyməsinə sıxıb, nüsxənin alınmasını gözləyirik.Nüsxə alma prosesini və prosesin bitməsi haqqında bizə məlumat verən kiçik pəncərə olacaq.
Yuxarıdakı pəncərədə gördüyünüz kimi hər bir şey aydın şəkildə izah olunur.
İndi yoxlayaq və əmin olaq ki, nüsxələr alınıb.Bunun üçün “Desktop”`a nəzər salırıq.
Gördüyünüz kimi nüsxə alma prosesi asandır.Amma çox əhəmiyyətli bir şeydir.Ümumiyyətlə, əlimizin altında nüsxələrin olması bizi biraz da olsa rahatlandırır.Növbəti məqalələrin birində aldığımız nüsxədən geri dönmə əməliyyatını həyata keçirdəcəyik, İnşAllah.
Fikrimcə, yararlı məqalə olacaq.
Növbəti məqalələrdə görüşənə qədər…
Yazar: Fərhad KƏRİMOV | MCSA: Windows Server 2012
Şərhlər ( 2 )
Çox sağol Fərhad bəy.Zehninizə qüvvət!
tesekkurler