Subnet Mask(Alt şəbəkə maskası) və Sinifi olmayan İP adreslər
Salam Dostlar. Bu məqaləni Fərhad müəllimin İP Hesablanması məqaləsinin davamı olaraq düşünə bilərsiniz. Bu məqaləni oxumazdan əvvəl Fərhad bəyin məqaləsini oxumanızı şiddətlə tövsiyə edirəm. Bu məqalədə Subnet Mask və Sinifi olmayan İP sistemindən danışmağa çalışacağam. Fərhad müəllimin məqaləsini oxudunuzsa artıq sinifi məlum olan İP-lər və onların hesablanmasını bilirsiniz. Bəs sinifi olmayan İP sistemi nədir və nəyə gərəkdir? Burada Subnet mask-ın rolu nədir kimi suallara burada bir az aydıqlıq gətirməyə çalışacağam inşallah.
Qeyd: Fərhad müəllimin məqaləsindən də göründüyü kimi sinifiləndirilmiş İP adreslərində subnet mask-ın istifadə olunmadığına diqqət edin.
Sinifi olmayan İP adresləri (classless ip adreses) nədir?
Sinifsiz İPv4(classless İPv4) adreslərinin 1-ci Oktet ilə əlaqədar olaraq hər hansı bir məhdudiyyəti yoxdur. İP adresin sinifi üçün alt şəbəkə maskası deyilən bir sistemdən istifadə olunur. İP adresi və alt şəbəkə maskasını əmələ gətirən bit dəyərləri riyazi hesabatla kompyuter şəbəkə adrsini verir. Bu kompyuter şəbəkə adresinə görə də cihazların eyni və ya fərqli kompyuter şəbəkəsində olub-olmaması təyin olunur.
Subnet Mask(alt şəbəkə maskası):
Fərhad bəyin yazmış olduğu İP təyin etmələri hər siniz adresinin öz sinilərinə görə sanit alt şəbəkə maskası istifadə edilərək təyin etmələrdir.İstifadəçi sayının artması ilə birlikdə İP adreslərin istifadəsində problemlər ortaya çıxmağa başlamışdır. Sinfi məlum olan İP adreslərində Host_İD dəyərinin rəqamsal qarşılığı 0 və hər Subnet Mask(alt şəbəkə maskası) da öz sinifləri üçün sabit dəyər olaraq istifadə olunur. Bu məcburiyyət sinifsiz İP dareslərinin istifadəyə başlaması ilə birlikdə aradan qaldırılmağa başlanmışdır.
Buna görə alt şəbəkə maskası
A. Sinifi adres üçün Subnet Mask: 255.0.0.0
B. Sinifi adres üçün Subnet Mask: 255.255.0.0
C. Sinifi adres üçün Subnet Mask: 255.255.255.0
dəyəri alır.
İstifadəçi sayının çoxalması və İP adres çatışmamazlığı səbəbindən CİDR(classless İnet – Domain Routing) istifadə edilməyə başlamışdır. Bu sayədə əvvəl az sayda az sayda kompyuter istifadə edə iləcəyi və tək bir kopyuter şəbəkəsini tanıdan İP adres araları bir çox kompyuter şəbəkəsini adresləyə bilmişdir. Bu işi edə bilməsi üçün də Subnet Mask və İP adresi riyazi əməliyyatdan keçirilirilərək ortaya çıxan şəbəkə adresi sayına görə əməliyyat görülür. Əgər keçirilimiş əməliyyat(hesabat) sonrası çıxan nəticədə şəbəkə adresləri eynidirsə deməli kompyuterlər eyni şəbəkədədir. Yəni aralarında xəbərləşmə apara bilmələri üçün switch cihazı üzərindən bağlanmaları kifayətdir.
A sinfi İPv4 Adresləri
A sinifi CİDR İP adresi quruluşu yuxarıdakı şəkildə göstərilir. Görüldüyü kimi İP adresinin bütün oktetedində 0 ilə 255 arasında bütün saylar istifadə olunur və İP adresinin A sinif İP adres olduğunu alt şəbəkə maskası təyin edir. Alt şəbəkə maskasının birinci Okteti “255” arasında, digər 3 Okteti “0” olaarq istifadə olunduğunda İP adresi A sinif İP adresi qrupuna daxildir.
Qeyd: Sinfi məlum İP adresində alt şəbəkə maskası istifadə olunmadığına, İP adresinin 1-ci oktetinin “1 ilə 126” arasında olması halında A sinif İP adresi olaraq istifadə olduğuna diqqət etmək lazımdır.
B sinfi İPv4 Adresləri
B sinifi CİDR İP adresi quruluşu yuxarıdakı şəkildə göstərilir. Görüldüyü kimi İP adresinin bütün oktetedində 0 ilə 255 arasında bütün saylar istifadə olunur və İP adresinin B sinif İP adres olduğunu alt şəbəkə maskası təyin edir. Alt şəbəkə maskasının birinci və ikinci Okteti “255” arasında, digər 2 Okteti “0” olaraq istifadə olunduğunda İP adresi B sinif İP adresi qrupuna daxildir.
Qeyd: Sinfi məlum İP adresində alt şəbəkə maskası istifadə olunmadığına, İP adresinin 1-ci və oktetinin “128 ilə 191” arasında olması halında B sinif İP adresi olaraq istifadə olduğuna diqqət etmək lazımdır.
C sinfi İPv4 Adresləri
C sinifi CİDR İP adresi quruluşu yuxarıdakı şəkildə göstərilir. Görüldüyü kimi İP adresinin bütün oktetedində 0 ilə 255 arasında bütün saylar istifadə olunur və İP adresinin C sinif İP adres olduğunu alt şəbəkə maskası təyin edir. Alt şəbəkə maskasının birinci, ikinci və üçüncü Okteti “255” arasında, son okteti “0” olaraq istifadə olunduğunda İP adresi C sinif İP adresi qrupuna daxildir.
Qeyd: Sinfi məlum İP adresində alt şəbəkə maskası istifadə olunmadığına, İP adresinin 1-ci və oktetinin “192 ilə 223” arasında olması halında C sinif İP adresi olaraq istifadə olduğuna diqqət etmək lazımdır.
Yararlı olması ümüdü ilə…
Şərhlər ( 1 )
Çox sağol! Əməyə Hörmət!