GPO ilə proqramların yüklənməsi
Salam dostlar, bu gün biz Group Policy vasitəsi ilə şirkətimizdə olan domain istifadəçilərinə proqram yükləməkdən bəhs edəcəyik. Bizə məlumdur ki, şirkət istifadəçiləri çox olduqca onlara yaxınlaşıb bir-bir proqramların yüklənməsi bizim üçün həddən artıq zaman sərfiyyatıdır. Bu halda bizim köməyimizə Group Policy-dəki Software Deployment xüsusiyyəti çatır.
Bunun üçün biz ilk öncə Serverimizdə paylaşıma açıq olan (Share) qovluqlardan birinə (və yaxud sonrada paylaşıma aça bilərik) istifadəçilərə yükləmək istədiyimiz proqramın Setup faylını yerləşdirik. Mütləqdir ki, biz o qovluq üçün ən azı Read icazəsi verək.
Mən nümunə üçün C:\ diskində Software adlı bir qovluq açıb, bütün istifadəçilərə Read icazəsi verirəm.
Active Directory Users and Computers-də Yeni AppUsers adlı bir OU yaradırıq.
Daha sonra Group Policy Management konsolundan AppSoft adlı bir GPO yaratdım. Bu GPO-nu redaktə etmək üçün üzərində sağ düymə Edit seçirik.
“Computer Configuration”-un altında “Software Settings” hissəsinə gəlib, “Software Installation” bəndində sağ düymə ilə “New Package” ilə proqramın paylaşımdakı yolunu göstəririk.
Yaddan çıxarmayaq ki, yüklənəcək proqram .msi uzantılı olmalıdır. EXE və ya başqa uzantılı
proqramların deploymenti GPO ilə edilə bilməz. Bunun üçün, xüsusi Converter proqramları var ki, həmin proqramlar digər uzantılı olan faylları .msi -a çevirir.
Burada bizə 3 seçim verilir.
a)Assigned ilə Policy birbaşa Computerlərə tətbiq olunur. Başqa bir deyişlə desək proqram məcburi yüklənir.
b)Published ilə, Program isitfadəçinin istəyindən asılı olaraq Control Paneldən proqramı yükləyə bilir. Biz programı məcburi yükləmirik, sadəcə təqdim edirik.
c)Advanced ilə daha da özəlləştirə bilərsiniz.
Biz Assigned seçirik.
Seçimimizi etdikdən sonra aşağıdakı pəncərədə görsəndiyi kimi, işlimizn yekunlaşdığını görürük.
Yaratdığımız GPO-nun istifadəçilərə tətbiq olunması üçün, komputrlərin restart olunması lazımdır. Əgər biz bu policy-ni User Configuration-dan etsəydik, bu halda istifadəçilərin logoff logon olması kifayət edərdir.
Turqut Vəliyev
_________________
MCTS
Şərhlər ( 2 )
salam aleykum , qeyd edimki dediniz kimi etdiyim halda komputere yuklenmir , neden ola biler ?
Salam.
Bu üsul yoxlanılıb test edilib və daha sonra məqalə şəklində yazılmışdır. Sizdən xahişim http://forum.technet.az/ ünvanında başlıq açıb, sualınızı tam ətraflı şəkildə verməyinizdir. Bu halda sizdə yaranan problemi aradan qaldıracağıq İnşAllah