WMI Filtering
Salam dostlar. Bu məqaləmizdə biz WMI filtering-dən bəhs edəcəyik.
Əvvəla onu deyim ki, WMI filtering bizə, yaratdığımız GPO-ların tətbiq olunmasında çeviklik yaradır.
Misal üçün biz hər hansı bir GPO-muzu sırf özümüzün müəyyən etdiyi ƏS-lər (məs: Windows XP) üçün və yaxud Hard Diskində müəyyən etdiyimiz həcmə malik olan (məs: C diskində 400 mb boş olan) komputerlər üçün tətbiq etmək istəsək bunun ən sadə və rahat üsullarından biri WMI filteringdir. Bunun kimi digər başqa misalları da çəkmək olar.
Bu filter növü “Windows Server 2003 və XP ” ilə gələn bir yenilikdir. WMI filter bir və ya bir neçə sorğunu özündə saxlaya bilir. WMI filter tətbiq etmək üçün WMI language (WQL) sorğu dilindən istifadə olunur və SQL sorğu dilininə çox bənzəyir.
WMI filtering haqqında qısa anlayışdan sonra bu filtirin istifadə qaydasına baxaq.
Tutalım ki, bizim şərtimizə əsasən C: diskində 400 mb boş olan komputerlərə GPO ilə App.exe proqramını yükləməliyik. Bu halda biz aşağıdakı ardıcıllıqla WMI filteri tətbiq etmiş oluruq.
Windows Server 2008 R2-də Group Policy Management konsulu açaraq WMI FILTERS bəndinə gələk.
Sağ düymə, New WMI Filters seçək.
Name: WMI Filtirə ad verək (mən 400mb adı verdim.)
Description: Tətbiq edəcəyimiz WMI haqqında qısa şərh yazırıq.
Add düyməsini sıxaraq yeni Query (Sorğu) yazaq.
Namespace: Root\CimV2
Query: Select * from Win32_LogicalDisk where FreeSpace > 419 430 400 AND Description <> “Network Connection”
Microsoftun saytında hazır sadə kodlar var, şərtlərimizə görə biz bu kodlardan yararlana bilərik.
http://technet.Microsoft.com/en-us/library/cc779036(WS.10).aspx
OK düyməsini sıxaraq, WMI filterin yaradılması prossesini başa çatdıraq. İndi isə bu WMI filteri lazımı GPO-ya mənimsədək.Mən əvvəlcədən AppUsers adlı yeni bir OU yaratmışdım və AppSoft adlı GPO-mun linkini həmən OU üçün nizamlamışdım.
GPMC konsolundan AppSoft adlı GPO-nu açıb, aşağıda WMI filtering olan hissədən az öncə sazladığım WMI filerin adını seçirəm.
Gördüyünüz kimi WMI filterlər ilə GPO-larımızı daha da özəlləşdirə bilirik.
Başqa bir məqalədə görüşmək ümidi ilə.
Turqut Vəliyev
_________________
MCTS
Şərhlər ( 2 )
Salam Turqut bəy, məqalə üçün təşəkkürümü bildirirəm və səndən bir ricam olacaq, səkilləri Snipping Tool ilə lazım olan hissəni seçib məqaləyə yerləşdirsən istifadəçilər üçün görüntü lap aydın olar. Əvvəlcədən təşəkkürlər, zehninə qüvvət )
Salam Eldar bəy,
Məqaləni oxuyub bəyəndiyiniz üçün sizə minnətdardam. Gələn məqalələrdə təklifin nəzərə alacam, İnşAllah.