Server 2012 Core llkin sazlamalar – Sconfig

Xoş gördük. Məqaləmizin ikinci hissəsində  Server 2012 Core üzərində aparacağımız ilkin tənzimləmələr haqqında danışacağıq. Server Core -da bəzi əməliyyatları asanlaşdırmaq üçün kiçik alətlər istifadə etmək imkanımız var. Bunlardan biri sconfig köməkçi alətidir. Bu alət vasitəsilə aşağıdakı əməliyyatları gerçəkləşdirmək mümkündür.

⦁    Domain/Workgroup – Domain-ə daxil et və yaxud Workgroup-u dəyiş.
⦁    Change Computer Name – Komputer adını dəyış.
⦁    Add Local Administrator – Administrator istifadəçisi əlavə et.
⦁    Configure/disable Remote Management – Uzaqdan idarəetməni tənzimlə.
⦁    Windows Update Settings –  Windows  yeniləmələrini tənzimlə.
⦁    Download and Install Updates – Windows  yeniləmələrini yüklə.
⦁    Enable/disable Remote Desktop – Uzaq masaüstü idarətməni tənzimlə.
⦁    View/change Network Settings – İp adresləri və s. tənzimlə.
⦁    View/change Date and Time – saat & tarix tənzimlə.
⦁    Log Off User – Sistemdən çıxış.
⦁    Restart Server – Sistemi yenidən başlat.
⦁    Shut Down Server – Sistemi söndür.
⦁    Exit to Command Line – Sconfig alətindən çıxış.

Aşağıdakı misallarla bir neçə tənzimləni həyata keçirək.

1. CMD üzərindən sconfig köməkçi alətini çağırırıq.

sconfig_01

2. Aşağdakı menuda tam siyahı qeyd olunmuşdur. Misal üçün komputer adını dəyişdirmək üçün 2 rəqəmini seçdikədən sonra komputer adını daxil edib dəyişiklik edə bilərik.

sconfig_02

3. Şəbəkənin tənzimlənməsi ilə əlaqədar dəyişkliklər üçün 8 rəqəmini daxil etdikdən sonra İndex# – bölməsi altında şəbəkə kartları üçün ayrılmış rəqəmlərdən birini daxil edib dəyişiklik edə bilərik. Bizim yazımızda bir şəbəkə kartı mövcuddur.

sconfig_03

4. Bu menu altında bir neçə alt bölmələr mövcuddur. İp adreslərini <S>tatic təyin etmək üçün S seçərək şəkildə göstərilmiş qaydada ip adreslərini təyin edə bilərik.

sconfig_04

5. Eyni qaydaları tətbiq edərək DNS adreslərini aşağıdakı şəkildə dəyişə bilərik.

sconfig_05

6. Restart, shudown və s. kimi əmrləri ana menudan həyata keçirə bilərik.

sconfig_06

Gördüyünüz kimi bu köməkçi alət vasitəsilə bəzi vacibli əməliyyatları bir nöqtədən idarə etmək mümkündür.

7. Bundan başqa powersell və netsh köməkçi aləti vasitəsilə bir çox əməliyyatları aparmaq mümükündür.

sconfig_netsh_07

C:\Users\Administrator>netsh interface ipv4 show interfaces

Idx     Met         MTU          State                Name
—  ———-  ———-  ————  —————————
1          50  4294967295  connected     Loopback Pseudo-Interface 1
12          10        1500  connected     Ethernet

C:\Users\Administrator>netsh interface ipv4 set address name=”Ethernet” source=static address=172.16.100.111 mask=255.255.255.0 gateway=172.16.100.1

Komputer adını öyrənmək üçün.

C:\Users\Administrator>hostname
DC02

8. Aşağıdakı əmr vasitəsilə tarix, saat və s dəyişikliklər etmək mümkündür.

sconfig_powershell_08
PS C:\Users\Administrator> Get-Date

Thursday, July 3, 2014 6:33:05 PM

PS C:\Users\Administrator> Set-Date -date “03/07/2013 6:33 PM”

Thursday, March 7, 2013 6:33:00 PM

Server 2012 vasitəsilə yenilənmiş bir çox Powershell əmrləri sistemin tam idarə olunmasına imkan yaradır. Məqaləmizdə bunula bağlı bir neçə  kiçik nümunə göstərdik. Yəni Sconfig olmasa belə digər köməkçi vasitələrlə bu addımları həyata keçirə bilərik. Bu məqaləmizdə sadə mövzulara toxunmağa çalışdıq. Yararlı olması diləyilə.

Elgüc Yusifbəyli

________________

MCT

Səs: +20. Bəyənilsin Zəifdir

Şərh yazın