C# vasitəsilə Ekran Qoruyucusu hazırlamaq
Salam əziz dostlar. Bu məqaləmdə sizlərə C# proqramlaşdırma dili vasitəsilə Windows əməliyyat sistemi üçün ekran qoruyucusu yazmağın mexanizmini izah etməyə calışacam. İnanıram ki, bu məqalə sizin üçün lazımlı istinad mənbəyi olacaqdır. Ekran qoruyucusu yazmaq üçün ilk öncə Visual Studio 2010 (və ya digər versiyalar) ekrana gətirilir.
File->New->Project açdıqdan sonra Visual C#->Windows->Windows Form Application seçirik.
Name: ekranQoruyucusu (Bu bölməyə layihəmizin adını daxil edirik). Solution name: ekranQoruyucusu (Bu bölməni istədiyiniz halda dəyişdirə bilərsiniz, layihə adı ilə eyni olmaya da bilər). Bu əməliyyatları həyata keçirdikdən sonra Okdüyməsinə basın. Bundan sonra Visual Studio bizim üçün boş bir Form yaradacaq. Siz Form1 seçərək istədiyiniz halda Form1 Name və Text özəlliklərini dəyişə bilərsiniz. (Bu məqaləmizdə biz dəyişmədən davam edəcəyik) .
Məqalənin geniş formasını aşağıdakı keçiddən istifadə edərək əldə edə bilərsiniz.
C# vasitəsilə Ekran Qoruyucusu yazmaq. Yüklə
Müəllif hüquqları Elvin Yusifliyə aiddir.
Yusifbeyli.com adından məqalənin müəllifi Elvin Yusifliyə öz təşəkkürümüzü bildiririk.