Təhlükəsizlik sistemi və Ağıllı kamera (Ağıllı görüntü analizi)

Salam Dostlar. Öncəki məqaləmizdə qeyd edib qısaca üzərindən keçdiyim terminlərdən biri haqqında yazmağa, araşdırmağa çalışacağam Allahın köməyi ilə… Ama öncə bu məqalə seçimimi də əsaslandırım. Bir neçə gün əvvəl bir nəfər iş adamı mənə xəbərlərdə gördüyü bir şey haqda gülərək danışdı: “Oğurluq hadisəsi olub, oğurluq edən şəxs kameralara düşdüyünü görüb və kameranın qeydiyyat cihazını söküb aparıb :), indi isə kimliyi yoxdur və sizin təriflədiyiniz kameralar heç bir işə yaramayıb”. Həqiqətən gülünc bir vəziyyətdir… Nə isə çox deyinmədən mövzuya keçim addım addım.

VCA – Video Content Analysis

IP kameralar həyəcan rəhbərliyinə də sahib olduqlarından yalnız görüntü almaqla deyil eyni zamanda həyəcan və avtomatika qabiliyyətlərinə də malikdir. Kamera sayının çox olduğu böyük sistemləri izləmək üçün təhlükəsizlik işçilərinin sayının da artması lazımdır. Daha az təhlükəsizlik işçisinə ehtiyac duyan ağıllı kamera sistemləri son illərdə getdikcə yayılmaqdadır.

Bu sistemlərdə, kamera üzərindəki həyəcan girişlərinə bağlanan həyəcan dedektorları gələn tətikləmə ilə və ya kameranın canlı görüntüsü, görüntü analiz proqramları tərəfindən araşdırılaraq, təhlükəsizlik bölgəsinə girilməsi, sahibsiz cisim buraxılması, təyin olunan bir istiqamətə görə tərs istiqamətdə hərəkət edilməsi, çəkilən virtual bir xəttin keçilməsi, həddindən artıq sürət, bir vasitənin səhv yerdə dayanması vs. vəziyyətlərdə kamera üzərində və ya serverdəki görüntü analiz proqramında həyəcan çıxarılaraq təhlükəsizlik işçisini səsli və vizual olaraq xəbərdar edir. Ayrıca şəbəkəyə bağlı IP əsaslı giriş-çıxış (I/O) modulları istifadə edərək hər hansı avtomatlaşdırmalarıda etmək mümkündür.

index.6

Həyəcan Giriş/Çıxış əlaqəsi

IP kameraların üzərində ümumiyyətlə ən az bir ədəd həyəcan qəbul edici girişi və ən az bir ədəd göndərici çıxışı var. Bu giriş çıxışlar köməyiylə sistemdəki dedektorlardan gələn həyəcanlara görə ya göndərici çıxışları üzərindən bir siqnal və ya başqa bir xəbərdaredici vasitə işlədilə bilər və ya həyəcan siqnalı kameradan mərkəzi proqramına çatdırılaraq təhlükəsizlik operatoruna həyəcan mesajı verilər. IP kameralar həyəcan vəziyyətində təyin olunan bir ünvana mail göndərə bilər və ya bir ftp serverinə həyəcan anında çəkdiyi rəsmi göndərə bilər

index.12

Videodan Hərəkət Qəbul etmə (VMD – Video montion detection)

IP kameralar, görüntüdən hərəkət qəbul etmə və buna görə həyəcan verə bilmə qabiliyyətlərinə malikdir, ancaq bu əksəriyyətlə səhv həyəcanlara səbəb olur. Buna görə ağıllı hərəkət qəbul etmə və obyekt qəbul etmə proqramları geniş şəkildə tələb edilməyə başlanılmışdır.

index.5

Ağıllı Görüntü Analizi (IVA – Intelligent Video Analysis)

İndiki vaxtda təhlükəsizlik kameralarının sayı artdıqca bunları izləmək üçün lazımlı təhlükəsizlik işçisinin sayı da artır. Araşdırmalar göstərmişdir ki: yalnız iki monitorda çox sayda kameranı izləyən bir təhlükəsizlik işçisinin 22 dəqiqə sonra diqqətinin %95 dağılır. Bu vəziyyət, kameraların yalnız görüntü mərkəzə çatdırmasından kənar, gördükləri şübhəli vəziyyətlərə qarşı ağıllı alqoritmlər ilə həyəcan meydana gətirərək mərkəzə həyəcan mesajları da göndərə bilmələri ehtiyacını ortaya çıxarmışdır.

IP kamera və video koderlərin öz üzərindəki cihaz proqramında Ağıllı Görüntü Analiz proqramı (IVA) ilə “ucda ağıllı analiz” getdikcə yayılır. IP kamerada bu xüsusiyyət olmadığında görüntü analizi mərkəzdəki analiz serveri üzərində edilir. Analiz serveri ümumiyyətlə ən çox 4 və ya 8 ədəd IP kameranın görüntü analizini edə bilir. Bu da çox sayda kameradan ibarət olan sistemlərdə server sayını və sistem xərcini artırır.

Görüntü analizinə (VCA (Video Content Analysis)) sahib sistemlər eyni zamanda qeyd və bant genişliyi  baxımından   böyük qənaətlər təmin edir. Üstəlik lazım olan təhlükəsizlik işçisi sayını da azaldaraq xərclərin azalmasını təmin edir.

Görüntü analiz alqoritmləri gün keçdikcə daha da ağıllı xüsusiyyətlərə sahib olmağa davam etmiş və bir neçə il əvvəl nisbətən çox daha sadə olan Video Hərəkət Qəbul etmə (VMD) sistemlərinə görə olduqca irəliləyib. Ağıllı VCA (qısaca IVA), real zamanlı görün­tülərdəki şübhəli fəaliyyətləri ya da həyəcan vəziyyətlərinin təyin olunması üçün “təyin olunan qaydaları” canlı görüntüdə davamlı analiz edir. Günümüzdəki IVA alqoritmləri, tək hərəkət qəbul etmə tutumuna sahib deyil, eyni zamanda sahibsiz cisimlərin, hərəkət istiqamətinin, sürətlərinin və hətta təsadüfi gəzmə kimi şübhəli davranışların real zamanlı olaraq təyin oluna bilməsini də təmin edir.

index.3

Ağıllı IP Kameralar

Ən son Video Analizi alqoritmləri ancaq günümüzün inkişaf etmiş IP əsaslı CCTV məhsullarında istifadə edilir. Bu alqoritmlər IP kamera və video koderlər üzərində olur və bahalı server əsaslı həllərə olan ehtiyacı da ortadan qaldırır.

Ekoloji hava şərtlərində meydana gələn dəyişikliklər VCA sistemlərinin səhv həyəcan verməsinin ən böyük səbəblərindən biridir. Bu vəziyyəti ortadan qaldırmaq üçün VCA alqoritmləri yellənən ağac budaqları, yarpaqlar, bulud hərəkətləri, kölgələr, yağış və qar kimi vəziyyətlərdə ortaya çıxa biləcək istənməyən səhv həyəcanları önləyən inkişaf etmiş alqoritmləri də var. Alqoritm, meydana gələn dəyişikliklərə dinamik olaraq adaptasiya olma tutumuna malikdir beləcə həyəcan yalnız real həyəcan vəziyyətlərində verilir.

İnkişaf etmiş görüntü analiz sistemi istifadəçinin, müxtəlif həyəcan parametrləri ilə görüntüdə müstəqil həyəcan bölgələri meydana gətirə bilməsinə icazə verir. Ümumiyyətlə, üst üstə mindirilmiş ya da fərqli parametrlərə sahib bölgələr təyin oluna bilər. Görüntü analizi alqoritmi ilə hər bir həyəcan bölgəsi üçün; ölçü, sürət və istiqamət parametrləri təyin oluna bilinir. Məsələn, tək motosikletlər və ya yük maşınıları üçün ya da piyadalar və s. Son zamanlarda inkişaf etdirilən alqoritmlər rəng tanıma xüsusiyyətinə də malikdir.

Şübhəli Davranışların Təsbiti

Şübhəli davranışı nəyin meydana gətirdiyini %100 təyin etmək çətindir. Ümumiyyətlə təcrübə və hətta aidiyatti şəxslərə müraciət edilir. Vəzifəli bir polis və ya təhlükəsizlik işçisi bu vəziyyətə qərar verə bilər. Ancaq bəzi davranış formaları vardır ki bunlar potensial şübhəli davranışlar olaraq xarakterizə edilə bilər. Məsələn tərs istiqamətdə hərəkət edən vasitələr ya da heç bir səbəbi olmadan davamlı olaraq eyni bölgə içərisində başıboş gəzən biri kimi. İnkişaf etmiş VCA alqoritmləri ilə bu cür davranışları kamera ilə təsbit edə bilmək mümkündür

Təhlükəsizlik İzləmə Mərkəzi

Xüsusilə aerodromlarda və digər nəqliyyat stansiyalarında artan terror qorxusu ilə sahibsiz bir baqaj, şübhəyə gətirib çıxaran doğrudan bir obyektdir. Baqajın ölçüsü həyəcan tətikləmək üçün istifadə edilə bilər. Dayanan bir cisimi təsbit funksiyası, məsələn sürətli irəliləyən trafikə sahib bir şosedə bir vasitənin dayandığını təyin edə bilər. Buradakı çətinlik, şübhəli və günahsız vəziyyətləri bir-birindən ayıra bilməkdir. Bir çox səhv həyəcanın verilə biləcəyi, çox sayda insan trafikinin olduğu hadisə yerlərində bu funksiyaların faktorluğu haqqında hələ də bəzi şübhəli yanaşmalar mövcuddur.

İndiki vaxtda bu cür həyəcan funksiyaları üçün olabiləcək tətbiqlər, qadağan bölgələrdə, muzey və ya yüksək keyfiyyətli mağazaların önlərində dayanan şübhəli vasitələrin təyin olunmasıdır.

Ağıllı Analizində Rəng Tanıma Xüsusiyyəti,

Obyekt Həyəcanı, Xətt Keçmə və İstiqamət Qəbul etməsi  kimi. Görüntü analizinin istifadə edildiyi əhəmiyyətli bir sahə isə, açıq olan  sənaye təsislərin ətraf təhlükəsizlik kamera sistemləridir. Eyni zamanda kimyəvi, enerji istehsal təsisləri ilə su nasosla vurma stansiyaları kimi digər açıq yerlərdə də istifadəsi yayılır. Ümumiyyətlə 5-10 km və ya daha uzun hasarlanmış bu təsislər, yaxın zamana qədər təhlükəsizlik üçün yalnız tikanlı məftillər istifadə edirdi. Tipik olaraq bu təsislərin video kamera sistemi yoxdur və az sayda təsis, ətraf izləməsi üçün mikrodalğa ya da işıq (IR) əsaslı sistemlərini istifadə edir. Ancaq bu sistemlər çox sayda səhv həyəcan verir və bu səbəblə operatorların həssaslıqları gün keçdikcə azalır. Zamanla sıxıcı bir hal alan bu səhv həyəcanlar operatorların ötəri sistemi bağlamaqlarına qədər çatdığnı da bilinir.

Obyekt Təsnif etmə Texnikaları

İnkişaf etmiş görüntü analizi təhlükəsizlik üzərində böyük bir təsiri olması gözlənilir. VCA, şübhəli davranış­ların avtomatik olaraq təyin olunub göstərə bilməsi üçün hasar boyuna yaxınlaşan heyvanlar ilə olabiləcək oğruların seçilə bilinməsinə imkan verir.

Görüntü analiz alqoritmləri, cisim ətrafında bir çərçivə təyin edərək sadə olaraq cisimlərin təyin olunmasına imkan verir. İnkişaf etmiş tanıma özəl­likləri, cisimləri uzaqdan daha dəqiq olaraq təyin etmələrini mümkün edir. Bunlar cisimin dəqiq şəkli, ölçüsü, rəngi, hərəkəti və bu cür digər şeylərdir. Sahibsiz buraxılmış bir paket, həqiqətən paket olaraq dəqiq bir şəkildə təyin oluna bilinir. Bu yeni alqoritmlər, hərəkət halında olan cisimlərin də dəqiq olaraq təsbit edilməsini təmin edir. Polisin bir oğurluq hadisəsinə qarışan mavi bir maşın axtarışı edərkən hərəkət edən mavi bir maşın görünsə, təhlükəsizlik işçisinin xəbərdar edilməsi üçün alqoritm içərisindəki axtarış parametrlərini tənzimləmək mümkündür.

Arxiv Görüntüsündə ağıllı axtarış

Real zamanlı həyəcan meydana gətirmənin yanında, sistem tərəfindən saxlanılan video məlumatlar, hadisə sonrasında dəlil olaraq istifadə üçün qeyd altına alınır. Saxlanılmış görüntülərin axtarılmasını tezləşdirmək və asanlaşdırmaq üçün VCA alqoritmləri video  proqramlarına inteqrə edilir. Arxiv mühitində, görüntülər ilə avtomatik olaraq yaradılan açar söz göndərilir. Açar sölər, davranış şəkilləri, görüntü ölçüsü, cisimlərin rəngi, tarix və hadisə zamanı kimi məlumatlar ilə bir neçə açar sözü əhatə edən bir mətin silsiləsidir. Seçilmiş məlumat faylları çox kiçikdir və bu fayllarda axtarış etmək, video fayllarında axtarış etməkdən çox daha asandır. Tipik olaraq, bir video görüntünün, qeydlərin saniyə saniyə izlənilərək axtarılması günlər hətta həftələrə müddət ala bilər, lakin İnternet axtarış sistemləri tərəfindən təmin edilən axtarış sisteminə bənzər axtarış sistemi ilə seçilmiş məlumatı axtarmaq saniyələrlə məhduddur.

 

Buradanda göründüyü kimi kamera təhlükəsizlik sistemləri o sahədə və ya obyektdə ola biləcək bütün ehitamallar düzgün nəzərdən keçirilib dəyərləndirildikdən sonra qurularsa bu sistemdən yayınmaq o qədər asan və ya sadə bir şey deyil.

 

Yararlı olması ümüdi ilə…

Səs: 0. Bəyənilsin Zəifdir

Şərh yazın