Erməni hakerləri Respublika Seysmoloji Xidmət Mərkəzinin saytlarına hücum ediblər

images (1)

Fevralın 24-dən başlayaraq bu günə qədər Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin iki rəsmi saytı – www.seismology.az və www.seismology.az/journal davamlı olaraq erməni hakerlər tərəfindən davamlı hücumlara məruz qalıb.

Mərkəzdən cümə axşamı Trend-ə verilən məlumata görə, bu hücumlarla bağlı RSXM-in saytlarında bəzi problemlər yaranıb.

Hazırda hər iki saytda məlumatların bərpası prosesi gedir.

Buna görə də hansısa məlumatdan istifadə edərkən diqqətli olmaq lazımdı.

Mənbə: www.trend.az

Şərhlər ( 2 )

    • Əli / . Dərc edilib:A 28/02/2013 at 7:55 Axşam
      Səs: 0. Bəyənilsin Zəifdir

    ermənistanda nə hacker:D hamısı lamerlərdirlər.
    Bizim saytların vurulmasında isə elə özümüz günahkarıq.
    Səriştəsiz proqramistlər,İnformation Security-yə nəzarətin olmaması
    Internet Service provayderlərin
    səriştəsiz və təhlükəsizliyi 0 dərəcəsində olan hostingləri/serverləri,Penetration testerlərin bu işə cəlb edilməməsi,
    Bütün Dövlət saytlarını 1 serverə yığıb saxlamaq və s.
    Bax budur bədbaxtçılıq.
    Backupdan restore etməklə iş bitir məgər?

    İnandırım siziki heç 30 saniyə çəkmədi ordakı vulnerabilityni dəqiqləşdirdim.Hələ də fixlənməmiş haldadır.
    Vətəndaş kimi öz borcumu da yerinə yetirdim xəbər elədim özlərinə harda nə var.Məsələnin sonrası qaldı operativliklərinə.

    Bu məsələlərə Dövlət Səviyyəsində baxmaq lazımdır.Digər Dövlətlərdə olduğu kimi çoxdan Azərbaycanda da Dövlət tərəfindən maliyyələşdirilən *Kiber Ordunun* olması vacibdir.
    iran,rusiya,çin,usa-dakı kimi.
    Bu məsələlərə ən azından yerli hackerlərimiz cəlb edilməlidir.Şəxsən Azərbaycanda CİN kimi oğlanlar var bu barədə.
    Bir neçəsini özüm tanıyıram şəxsən.
    Elə hallar da olurki saytdakı boşluğu da tapıb deyirik.ALLAH-ın bir təşəkkürünü belə ərinir qarşı tərəf adama deməyə.
    Nəqədər üzücü olsa da deməliyəm ki,Azərbaycanda İnformation Security bərbad vəziyyətdədir.Yox səviyyəsindədir.
    Nəqədərki də belə davam edəcək hələ çox şey gələcək saytlarımızın başına.

  1. Əli bəy çox gözəl şərh etmisiniz, sizinlə tam razıyam. Azərbaycanda xüsusi bir Təhlükəsizlik Qrupu yaranmalıdır. BU mütləq və qaçınılmazdır.

Şərh yazın