Analog kamera təhlükəsizlik sistemi və bilməmiz gərəkənlər
Salam dostlar. Bu məqalədə inşallah təhlükəsizlik sistemlərindən biri olan anlog kamera sistemini mümkün qədər ətraflı olaraq araşdırmağa, terminləri və diqqət etəmiz gərəkən şeylər haqqında yazmağa çalışacam Allahın köməyi ilə. Mövzuya keçməmişdən əvvəl nə üçün Analoq kamera sistemini və bilməmiz gərəkənlər mövzusunu seçdiyimi açıqlayım. Günümüzdə kamera təhlükəsizlik sistemlərini qurduran iş adamlarımız artdıqca bu işi görən insanlarımız (Usta və ya mühəndis) da artır. Ama təssüf ki, həm alıcılarımızın bu sistemi qurdurmazdan əvvləki araşdırmamazlığı həmdə qurucularımızın bu işə qeyri profesional yaxınlaşması bir neçə müddətdir ki, gördüyümüz işlərdə bəzi iş adamlarının bu güvənlik sisteminin işə yaramaz olduğu düşüncəsiylə qarşılaşmamıza səbəb olub. Əslində günümüz texnologiya imkanlarında analog kameralarla işləməməyə diqqət edirəm, ama bu sistemin işə yaramaz olmasına dəlil deyil. İnsanlarımızın bu düçüncəyə düşməsinə səbəb bu işin qurucularının “kabelləri lazımi yerə qoş işləsin, görüntü gəldi mən getdim 🙂 ” fikirli olmasından və işləməsindən irəli gəldiyini düşünürəm. Çox uzatmadan artıq mövzumuza keçmək, bu işin o qədər asan olmadığını göstərməyə və dəqiq hesaplarla görülərsə çox işə yarayacağənı göstərməyə çalışım 🙂 ..
İşıq Səviyyəsi:
Kameranın gecə-gündüz minimum işıq qəbul etmə səviyyələrini ayrı-ayrı bilmək lazımdır. 30m2-lik bir bağlı sahədə (divarlar ağ fərz edilsə) 0.5lux minimum işıq aydınlatması olan bir kamera 50w-lıq yanan bir lampa işıqlandırmasıyla cisimləri asanca görmənizi təmin etməlidir. Əgər bu şərtlər təmin edildiyi halda görüntüdə keyfiyyətsizlik var isə rahatlıqla kameranızın lux dəyərinin sizə deyildiyi kimi olmadığına qərar verə bilərsiniz.
Lux dəyəri:
Lux bir kameranın ən aşağı işıq səviyyəsində görüntüləmə səviyyəsidir, Lux nə qədər aşağı olarsa kamera bir o qədər aşağı səviyyəli işıq dərəcəsində görüntü əldə edə bilər.
Day/Night (gecə-gündüz):
Gündüzləri rəngli olaraq görünüş verərlər, axşam olub qaranlıq çöküncə ağ-qara moda keçərək qaranlıq bir mühitdə qara ağ görünüş verən kameralardır. Day/Night Kameralar işıq olmayan zülmət qaranlıq bir mühitdə görüntü vermirlər. Çox azda olsa bir miqdar işıq olmalıdır. nümunə versək 30m2-lıq bir otaqda zülmət qaranlıqda kameradan görünüş ala bilmərik, lakin bir şam yandırsaq görüntü alamamız mümkündür.
BLC (Backlight compensation):
Kamera bir pəncərə və ya şüşə qapı kimi bir yerə baxırsa, arxadan gələn işığın şəxslərin üzlərini qaraltmaması üçün arxadakı işığın qarşılanmasını təmin edir.
AGC (Automatic gain control):
Avtomatik qazanc idarəsi. Aşağı işıq səviyyələrində video işarəsinin səviyyəsini yüksəldən elektronik dövrədir.
ALC (Automatic level control):
Avtomatik irisli lenslərdə peak/average olaraq da bilinir. Bu “peak” edilsə ekrandakı parlaq bölgələr daha detallı, “average” edilərsə də qaranlıqda qalmış bölgələr daha detallı görülər.
AWB (Avto white balance):
Rəngli kameralarda kameranın ətrafdakı işıq miqdarına görə avtomatik olaraq rəngləri nizamlaması.
OSD menyusu:
Ayrıca kameranın digər əhəmiyyətli bir xüsusiyyəti kameranın üzərində OSD menyusunun olmasıdır. Bu menyu sayəsində kameranın üzərindən dəqiqlik tənzimləmələri etmək mümkündür.
Görüntü dəqiqliyi: 580 line(Sətir), ( 750(H)x580(V); 435,000 pixel bunlar nədir?
Ən çox bilinən həllolma dəqiqliyi xüsusiyyəti Line(Sətır) olaraq ifadə edilir. Üfüqi və Şaquli piksel sayını isə 750(H)x580(V) parametri bizə göstərir, piksel sayı kameranın həllolma dəqiqliyində təsirli olsa da bu praktikada çox fərq edilmir. Daha çox 580TVL və 435,000 piksel sizin üçün bir müqayisə ünsürü olacaq. Satıcıya Satıcıdan ilk olaraq bu iki xüsusiyyəti öyrənməyə çalışın.
Təxmini olaraq üfüqi (horizantal) piksel sayını Sətir sayına çevirmək üçün:
TV Lines = piksel * 0.7 Nümunə: 750pixel təxminən =525TVL-dir.
450 lines Y/C Kameranı yalnız bu TV sətiri dəstəkləyən bir monitor və bu sətir sayını dəstəkləyən idarə avadanlıqlarda izləyə bilərisiniz. İstifadə etdiyiniz kameranın həllolma dəqiqliyindən daha aşağı həllolma dəqiqliyinə sahib monitor və idarə avadanlıqları ilə birlikdə istifadə edəcəksinizsə, bilməlisiniz ki kameranızın yüksək həllolma dəqiqliyi sizin işinizə yaramayacaq. Götürdüyünüz məhsullar xüsusiyyətləri baxımından bir-birini tamamlamamalı və uyğun olmalıdır.
Avtomatik İşıqlandırma müddəti (Avto Exposere Control):
Elektronik iris olaraq da adlandırıla bilər. Bu sistem CCD kameralar üçün inkişaf etdirilmişdir. CCD sensora gələcək işıq miqdarını avtomatik olaraq nizamlamağı təmin edir. Bir çox istehsalçıda Avto İris Lens xüsusiyyəti olaraq ifadə edir. Manual İris yerinə Avto İris lens istifadə etmək görüntü keyfiyyətini olduqca artırır. Uzun müddət şiddətli gün işığına məruz qalınacaq yerlərdə Avto İris Lens istifadə etməmək kameraların CCD sensorlarda problemə səbəbiyyət verə bilər.i
Sensor Ölçüləri (Sensor Size):
Əvvəlki kameralar yumru və balon şəklində idi. Kamera sensorlarıda bu balonun şəklində yəni yumru idi. Buda Kamera görüntülərinin indiki şəkliylə düz, dik kənarları olmasına mane idi. Günümüzdəki CCD sensorlar düz və düzbucaqlı şəklindədir. CCD sensorlarin ölçüləndirilməsi diyagonal olaraq edilir. Yəni CCD sensorun bir küncündən 45C əyilmə digər küncünə çəkiləcək doğrunun boyu CCD sensorun standart ölçülərini verir. Sensor ölçüləri bilinməlidir. Lens seçkisini buna görə etməniz lazımdır. Sensor ölçüləri bilinmədən seçilən Lenslər görüntü itkinlərinə , bütün ekranın görünməməsinə səbəb olar.
CCD sensorların gərginlik dəyərləri: Rənglidə peak to Peak :1.2 V, AĞ-qara 1.0V
Lens (Linza) :
CCTV lenslərdə lens performansı 2 əhəmiyyətli ünsürə bağlıdır. Mərkəz uzaqlığı, və sensora çatan işıq miqdarıdır, işıq miqdarını İris nizamlar. İris İnsan gözündə iris mühitdəki işıq miqdarı artdıqca gözə gələn işığı normal səviyyədə tutmaq üçün qısılar, azaldıqca isə daha çox işıq götürmək üçün açılar. Lenslərdəki irisən iş prinsipi də eynidir. İris Manual/Avtomatik və ya uzaqdan idarə edilə bilər . Mərkəz uzaqlığı sabit lenslərdə optik olaraq böyütmə/kiçiltmə mümkün deyil. Varifocal Lenslər də mərkəz uzaqlığını dəyişdirərək zoom(böyütmə) edə bilmək mümkündür.
Lens Montajı:
Bütün CCTV Lenslər C mount (montaj ) olaraq emal edilirdi. Ölçü və montaj tipi fotoşəkilçilik standartlarına görə nizamlanmışdır. Yeni generasiya məhsullarda CS və C montaj olaraq da emal edilməkdədir. Eyni kameraya həm C həm də CS tipi lens taxmaq mümkündür. Kamerayla birlikdə verilən üzük şəklindəki adapterlə iki fərqli lens tipini də kameranıza taxa bilərsiniz. Səhv tipdə ilişən Lens fokus tənzimləməsini qeyri-mümkün hala gətirər.
CS montaj C montaja nisbətən sensorla arasında daha qısa məsafədə fokus təmin edir. Lenslər tam olaraq bir-birləriylə uyğun deyil. CS tipindəki lens Yalnız CS tipində montaj edilə bilər. C tipindəki lens isə həm C tipində montaj edilə bilər , həm də 5mm lik üzük adapter sayəsində CS tipində montaj edilə bilər. Lens Ölçüləri Ən çox qarışdırılan mövzulardan biridə dəqiq görüntü uzaqlığı, Sensor uzaqlığı, lens mərkəz uzaqlığı seçimidr. Lenslər müəyyən Sensor ölçülərinə görə çıxarılır. Müəyyən bir sensor ölçüsünə görə emal edilmiş Lensi daha aşağı sensor boyuna sahib kameralarda istifadə edə bilərsiniz. Lakin daha böyük ölçülü CCD Sensorlarda istifadə edə bilməzsiniz. Lensin sensorun üzərində meydana gətirdiyi görüntü, sensorun böyüklüyünün altında qalmaması lazımdır. Əks təqdirdə monitorda görüntünü qara bir çərçivə içərisində görərsiniz. Səhv lensi dəyişdirdiyinizdə görüntü düzələcək.
Professional məqsədli kameralarsa 1″ 2/3″ 1/2″, digər ümumi məqsədli tətbiqlərdə 1/3″ və 1/4″ istifadə edilə bilər .
2/3 sensorda cisimi tam olaraq görülür. Lakin 1/2 Sensor cisimin bütününü görə bilmir. Buradan da aydın olacağı üzrə 1/2″ Sensor üçün 1/2 Lens istifadə etməmək lazımdır.
Nəticə olaraq: Görüntünü doğru olaraq görə bilmək üçün daha kiçik ölçülərdəki sensorlar daha geniş bucaqda cisimləri görməmizə səbəb olar. Lenslər daha böyük sensor ölçüləri üçün istifadə edilməməlidir. Əgər görüntülərdə həddindən artıq böyüklük və ya bucaq səhvi varsa, lesnlə kamera sensorunun doğru seçilib, seçilmədiyinə baxın.
Göstərmə sahəsi:
Göstərmə sahəsi kamerayla göstərə biləcəyiniz sahə sensorunun böyüklüyü, Lensin mərkəz uzaqlığı və cisimin Lensdən uzaqlığına bağlıdır.
Nümunə:
50mm Lens 2/3″ kamera ilə 125 mt-də – 9.7%,
20 mt-də – 60.6%,
10 mt-də -120%.
50mm Lens 1/2″ Kamera ilə 150 mt-də – %11.2,
30 mt-də – %56,
16 mt-də – %120.
Monitor:
Görüntü Monitorun diyaqanal ekran ölçüləri və sensorun quruluşu na bağlıdır, Diyaqanal olaraq sm/inch olaraq monitor sensor böyüklükləri:
9″ —- 0.3-0.6 12″ —- 0.6-1.0
15″ —- 1.0-1.3 17″ —- 1.3-1.6
4 kameranı bir ekranda görmək üçün minimum 15″ monitor istifadə etməniz lazımdır. 16 kameranı bir ekranda görmək üçün minimum 17″, tövsiyə edilən 21″ monitor istifadə etmənizdir Tək rəngli monitorlarda hər hansı bir həllolma dəqiqlik limitindən bəhs edilmir.
CCTV Monitorların ən əhəmiyyətli xüsusiyyəti kameralarda olduğu kimi görüntü dəqiqliyidir.
Görüntü dəqiqliyi ümumiyyətlə Line(sətir) olaraq verilir. 600 TV Line-dakı(sətirdəki) görüntü 400TV Line-da(sətirdə) daha geniş və daha böyük olaraq görmək olur. 9″ monitorda 17″ monitordan daha dəqiq bir görüntü alınır. Rəngli monitorlar ağ-qaralara nisbətən daha aşağı nəticə dəqiqliyinə sahibdirlər. Çünki rənglidə bir nöqtə üç ayrı nöqtədən meydana gəlir. buda texnologiya olaraq daha az həllolma dəqiqliklə emal edilmələrinə səbəb olur.
CCTV monitorlar Yalnız təhlükəsizlik məqsədiylə çıxarılmaqdadır və 7 Gün 24 Saat iş prinsipinə görə çıxarılmış olmalıdır.
CCTV Monitorunda mütləq kompozit (BNC) Giriş olmalıdır (ən azından RCA).
Görüntünün saxlanması : CCTV görüntü saxlama avadanlıqları hər hansı bir şeyi(kəsi) tapma baxımından kafi dərəcədə görüntü dəqiqliyə sahib olmadıqca kimlik təyinində sizə köməkçi olmayacaq. Görüntü qeydləri sadəcə lazımi işıq altında, uyğun görüntü dəqiqliyində və bir-biriylə uyğun idarə etmə cihazları seçildiyində sizə köməkçi ola bilər.
DVR Cihazı:
DVR Cihazının ən əhəmiyyətli xüsusiyyəti frame sayıdır. Yəni saniyədəki şəkil sayıdır. DVR Cihazının Real time qeyd edə bilməsi üçün hər bir kanal üçün ən az 25 Frame/sn olmalıdır. Hesaplanması: X kanal * 25 frame. Nümunə üçün 4 kanal bir DVR 100 frame/sn olmalıdır.
CIF, 2CIF, 4CIF:
Digər bir Xüsususiyyət isə DVR cihazının Qeydyyat apararkən görüntü dəqiqliyidir. Nümunə olaraq CIF, 2CIF, 4CIF görüntü dəqiqliklərini əsas götürsək və bizim 4 Kanal DVR cihazımız 100 Frame/sn qeydiyyat apardığını fərz etsək. Burada diqqət yetiriləcək ikinci xüsusiyyət saxlanan görüntülərin dəqiqliyidir. Əgər cihazımız təkcə CIF görüntüləmə dəqiqliyində 100 frame/sn qeydiyyat aparırsa aşağı səviyyəli keyfiyyət əldə edəcəyik, yəni video izlərkən dəqiq olmayacaq. Lakin cihaz Real time (real zamanlı) qeyd edərkən 4 CIF görüntüləmə keyfiyyəti ilə qeydiyyat aparırsa çox keyfiyyətli videolar əldə edə bilərik.
MPEG-1, MPEG-2, MPEG-4, H264:
DVR Cihazında diqqət yetirilməsi lazım olan diyer bir xüsus. Cihaz qeyd edərkən Videoları sıxışdırma formatıdır. Cihaz MPEG-1, MPEG-2, MPEG-4, H264 formatlarında sıxışdırma edə bilər. Burada ən keyfiyyətli formatlar MPEG-4 və hələ yeni inkişaf etdirilən və daha keyfiyyətli olan H264 formatıdır. DVR Cihazının video sıxışdırma formatı Cihazın Hard Diskinə təsir edir. Nümunə olaraq MPEG-2 sıxışdırma istifadə edən cihazlar, MPEG-4 Cihazlara görə Hard diski daha tez doldurarlar. MPEG-2 sıxışdırmada DVR-da 20 saat qeydiyyat(saxlama) aöparılarkən MPEG-4 sıxışdırmada eyni DVR-da 50 Saat qeydiyyat(saxlama) aparıla bilər.
Triplex:
DVR cihazında digər əhəmiyyətli xüsus Triplex xüsusiyyətidir. Triplex cihazdan eyni anda həm arxivi izləmə həm də arxivləmə etmə, həm də canlı izləmə xüsusiyyətidir.
Loop through:
Başka bir xüsus DVR-də Loop through çıxışların olmasıdır. Bu xüsusiyyət sayəsində kameralardan gələn görüntülər çoxaldıla və başqa DVR və ya Matrixə köçürülə bilinir.
Kompozit çıxışı:
DVR Cihazının 2 ədəd kompozit çıxışı olmalıdır. 1 ədəd VGA çıxışı olmalıdır.
Network xüsusiyyəti:
Və təbii ki Network xüsusiyyəti olmalıdır. Bu sayədə internet üzərindən istədiyiniz nöqtədən DVR arxivinə və buna bağlı kameraları rahatlıqla izləyə bilərsiniz. Mümkünsə DVR cihazına kompüterinizə hər hansı bir proqram yükləmədən cihazın IP nömrəsi yazılaraq bağlana bilinməlidir.
VMD (video motion detection):
DVR Cihazının hərəkət qəbul etmə xüsusiyyəti olmalıdır. Bu sayədə verilmiş məkanda hərəkət olduğunda xəbər verməsini istədiyinizdə çox işinizə yarayacaq.
YCbCr:
JPEG və MPEG standartlarında istifadə edilən bir rəng koordinat sistemidir. Rəng məlumatları YCbCr formatında yazılır: Y/C – Y luminance (parlaqlıq) siqnalını, Cb və Cr isə chrominance (rəng) məlumatlarını saxlayır.
Composite video:
Analoq video siqnalını ifadə edər və CVBS (Composite Video Blanking and Sync) olaraq da adlandırılır. Səs siqnallarını daşımaz. Video məlumatı, Y/C (rəng və parlaqlıq) məlumatları tək bir siqnalda birləşdirilərək daşınır. Kompozit video, rəng və parlaqlıq məlumatını 2 ayrı siqnala ayıran s-Videonun tərsidir. Kompozit video cihazlar arasında RCA birləşdiricisi ilə daşınır(Proffesional tədbirlərdə BNC birləşdiricisi və coaxial ilə kabel daşınır), evlərdə istifadə edilən bir çox avadanlıqda bu (RCA) birləşdirici sarı rənglə işarətlənmişdir.
Keyfiyyətli yazılmış görüntülər, uyğun olmayan monitor və aşağı görüntü dəqiqliyindəki kamera görüntüləriylə alındığında doğru nəticələndirər əldə edə bilməyəcəksiniz.
Yaralı olması ümüdi ilə…
Şərhlər ( 6 )
Vüsal Bəy Çox sağolun Həmişəki kimi əla paylaşım!
Bu kimi kameraların “qorxduğu” əsas nə kimi faktorlar var?
Hansı təsirlərlə (elektromaqnit və s) yəni kameranın normal fəaliyyətini dayandırmaq/pozmaq olar?
Təşəkkürlər bir daha!
Vusal bəy təşəkkürlər. Çox gözəl mövzudur. Ölkəmizdə komputer formatlamaq qədər kamera quraşdırmaq da məhşurlaşıb. Bu mövzuların çox insana yararı toxunacaq.
Diqqətiniz üçün minnətdaram.
Əli bəy suallarınızı forum üzərindən versəniz daha yaxşı oar, digər dostlarımızın da bir şeylər öyrənə bilmələri üçün.
Qısaca sualınıza cavab verim. Tərs volatj bağlanması və axını bütün sistemi yandıra bilər, kameraların daxilinə sıza biləcək nəm sürətli paslanmaya səbəb olur, elektomaqnit keyfiyyət itkisi yarada bilir, düzgün bir şəkildə hazırlanarsa, çöl üçün nəzərdə tutulmuş kameraların demək olar ki qorxduğu heç bir hava şəraiti yoxdur.
Çox gözəl izah etmisiniz, Vüsal müəllim. Həqiqətən əgər bizim bu işlə məşğul olan mühəndislərimiz bunları bilsə… Heyif ki, çoxusu bilmir. Kameralarla bağlı problemlərin çoxunun elə məhz savadsızcasına görülən işlərdən qaynaqlandığının şahidi olmuşam!
Çox sağolun Vüsal bəy qısa və konkret cavabınız üçün.
İNŞALLAH gələn dəfə çalışaram forumda suallarımı yerləşdirim,əminəmki maraqlı diskussiya alınacaq.
Çünki suallarım çoxdur 😀
Yeni məqalələrinizi səbirsizliklə gözləyirik.
Təşəkkürlər.
Mİnnətdaram Əli bəy. Sizdən öyrənəcəyim biləcəyim çox şey olduğuna əminəm. Forum üzərində sizinlə hər hansı bir məsələ müzkirəsində olmaq sevindirər məni.