Office 365 Təməl tənzimləmələr

Salam dostlar. Xatırlarsanız office 365 haqqında ilkin suallar cavab verə bilmək üçün məqalə yazmışdım. Bu məqalədə isə bir addım irəliləyərək office 365-ə daxil olmaq, qeydiyyatdan keçmək, yeni istifadəçi əlavə etmək, domain əlavə etmək kimi konfiquratsiyalara baxmağa, edilməsi gərəkənlər haqqında məlumat verməyə çalışacağam.
İlk olaraq office 365-in rəsmi saytına bağlanırıq.
http://www.microsoft.com/en-us/office365/enterprise-home.aspx

1

See plans and pricing – deyərək irəliləyirik.

Mən burada free 30 day trial (30 gün test et) seçdim. Siz sizə uyğun olan planı seçərək qeydiyyatdan keçməyə başlamalısınız.
2

3

Yuxarıda görünən pəncərəylə qarşılaşacaqsınız. Burada Lazımi məlumatları doldurduqdan sonra, artıq qeydiyyatınız bitmiş olacaq.

Daha sorna aşağıdakı şəkildə görünən pəncərədən istifadəçi adımızı və şifrəmizi daxil edərək office 365 portalının bizə aid admin pəncərəsinə keçək.

4

İstifadəçi yaradmaqla təməl işlərimizə başlayaq. Bunun üçün aşağıdakı rəsmin sol tərəfində görünən menyudan Users –seçirik.
5

New – user seçərək  növbəti addıma keçirik.
QeydBulk user CSV formatlı fayıldan əvvəlcədən hazırlanmış bir neçə istifadəçini açmaq üçün istifadə edilir.

10
Istfadəçinin məlumatlarını yazdıqdan sonra Next seçərək növbəti mərhələyə keçirik.

11
Burada istifaıçi üçün hər hansı bir rolun verilib verilməməsini soruşur. Mən vermədim siz istərsəniz  yes  seçərək yaradacağınız istifaəçi üçün standart rollardan birini verə bilərsiniz.

12
Bu mərhələdə isə istifadəçinin istifadə etədəcəyi məhsulları seçirik, pulsuz və təmənnasəz olduğu üçün mən bütün məhsulları verdim , siz artıq istifadəçinin işinə görə və ya maddi vəsaitə görə istifaəçiyə istifadə edəcəyi məhsulları verin.

13

Artıq istifadəçi məlumatlarının yazılması işlərini sonlandırdıq və bizdən nəticənin poçt adresimizə göndərilib gəndərilməməsi haqqında soruşur.
14
Yaratdığımız istifadəçiyə avtomatik olaraq şifrə verdi, siz istərsəniz daha sonra bunları əllə dəyişə bilərsiniz.
15
Bu da son, artıq yeni istifadəçimiz siyahımıza əlavə olundu.

 19

Domain əlavə etməklə məqaləmizə davam edək.
Domain əlavə etmək üçün Sol tərəfdəki menyudan Domains seçirik və sayt bizi domain əlavə edə biləcəyimiz pəncərəyə yönləndirəcəkdir.

6

Add domain deyərək növbəti pəncərəyə keçirik.

7

Bu pəncərədə bizdən domain adımızı yazmağımızı tələb edir. Domain adımızı yazaraq növbəti pəncərəyə keçirik.

8

Bizdən DNS adresinin bizim olduğundan əmin olunması üçün TXT və ya MX DNS-mizdə yazmağımızı tələb edir. Bunalrı bir TXT file- a köçürürük və Domainin təsdiqlənməsi üçün Domain verify now düyməsini vururuq. İlk olaraq aşağıdakı xəta pəncərəsiylə qarşılaşacaqsınız.

9

Bu xətanın səbəbi DNS-də TXT və ya MX yazmamğımızdır. TXT və ya MX yazdıqdan etibarən 72 saat ərzində Domaininiz aktivləşəcəkdir.

18

Office 365 ilə əlaqədar suallarınıza forum üzərindən mən və hörmətli mütəxəsislərimiz məmnuniyyətlə cavab verməyə çalışarıq. Növbəti məqalələrdə Office 365 pilot or deployment plan, exchange online manage, Lync online manage,  haqqında yazmağa çalışacağam inşallah…

Yaralı olması ümüdi ilə…

Səs: +20. Bəyənilsin Zəifdir

Şərh yazın