NAS (Network Attached Storage)
Salam dostlar. Bu məqalədə məlumatlarımızı, fayıllarımızı kompyuterimizdən kənar bir mərkəzdə saxlmaq, qorumaq istədiyimiz zamanlarda ağlımıza gələn iki yoldan (NAS (Network Attached Storage) və SAN (Storage Area Network)) biri olan NAS haqqında məlumat verməyə çalışacağam.
Bu Serverləri və ya bu saxlama yollarını bizə təqdim edən bir çox şirkət mövcutdur (HP, QNAP, İBM, NetApp). Bu məqaləylə məqsədim markaları və ya onların modellərini təqdim etmək deyil, NAS-ın necə bir cihaz olduğunu araşdırmaqdır. Xüsusilə iş məqsədiylə istifadə edilən məlumatın kifayət qədər böyük olması və hər hansı bir yerdə saxlana bilməsi ehtiyacıyla bərabər bu məlumatları digər istifadəçilərlə də paylaşdırma gərəyi ortaya çıxıb. Network üzərində mərkəzi bir yerdə server və ya istəkçidən azad bir şəkildə saxlanan məlumatların paylaşılmağa açıla bilməsi üçün NAS cihazları istifadə edilməkdədir. NAS cihazı LAN-a bağlı, yüksək sürətlə məlumat saxlama serveridir. Ümumi istifadə üçün yaradılmış olan əməliyyat sistemi, NAS cihazlarında yalnız fayl paylaşılmasıyla əlaqədar əməliyyatları yerinə yetirə bilmək üçün sadələşdirilmiş, fayl I/O ‘ları (input/output), lazımlı protokollar əlavə olunmuş və bu iş üçün optimallaşdırılmışdır. NAS Server olaraq da adlandırılan bu cihazlara hər nə qədər sonuna “Server” sözüolsa da məlumat yığıb, paylaşılmaqdan başqa xüsusiyyətlər (DNS Server, DHCP Server) qazandırmaq mümkün deyil.
Bir NAS cihazı altdakı komponentlərdən meydana gəlir:
- Bir ya da daha çox network kartı. (Mis: Gigabit Ethernet, Fast Ethernet, ATM v s.)
- Network File Systems (NFS) ya da Common İnternet File Systems (CIFS)
- Windows, Linux ya da Unix əsaslı əməliyyat sistemi.
- Fiziki diskləri bağlayıb idarə etmək üçün sənaye standartı protokollar (SATA, SCSI, Fibre Channel)
NAS Fayl Sistemləri : NFS və CIFS NAS cihazları çoxlu fayl xidməti protokollarını dəstəkləməklə birlikdə bunların ən əsas olanları NFS və CIFS-dir.
NFS SUN tərəfindən inkişaf etdirilmiş Unix əsaslı əməliyyat sistemləri tərəfindən istifadə edilir. Kompüterlər arası xəbərləşmə üçün Remote Procedure Call (RPC; Microsoftun tərcüməsinə görə Uzaq Prosedura Çağırışı) xidmətini istifadə edər. Əgər fayl transferi üçün TCP/IP protocol yığını istifadə ediləcəksə həm serverdə həm də istəkçidə TCP/IP-nin qurulması lazımdır.
CIFS isə Microsoft ‘un Server Message Block (SMB) protokolunun public yəni xalqaaçılmış variasiyasıdır. SMB ümumiyyətlə LAN-larda istifadə edilir və FTP və HTTP kimi mövcud olan İnternet tətbiq protokollarının tamamlayıcısı olaraq göstərilə bilər. CIFS protokolu ilə Client-lar Local-dakı ya da Server üzərindəki fayllara bağlanıb onları read/write edə bilər. Unicode fayl adları istifadə edə bilər. Network səhvlərində əlaqə avtomatik olaraq bərpa edilə bilər. Digər clientlarla xüsusi kilidlərlə fayl paylaşa bilər.
CIFS və NFS fayl sistemi protokollarından bəhs etmişkən, IP,TCP, FTP network transfer protokollarının bu şəkildəki yerinə birlikdə baxaq.
OSI modeli fərqli laylar arasında ünsiyyəti təmin etmək üçün ISO tərəfindən inkişaf etdirilmiş bir modeldir.
IP: networkdəki bir protokoldur. Paketlərin route edilə bilməsi, ünvanlama və idarə məlumatlarını saxlayır.
NAS-da back-end əlaqəsi əksəriyyətlə Fibre Channel (FC) əlaqəsi ilə, front-end/client əlaqələri isə ümumiyyətlə TCP/IP protokol stack-ı üzərindən edilir. Hər hansı bir client NAS sisteminə bağlanmaq istədiyində faylı birbaşa olaraq tələb edər. NAS sistemi bu tələbi block səviyyəsindəki bağlantıya çevirər və istənən məlumatı storagedən götürərək clientə tam bir fayl olaraq verər.
Ümumiyyətlə I/O (input/output) əməliyyatı bu sıralama ilə ələ alınır.
- I/O istəkləri: istəyi edən cihaz tərəfindən TCP/IP içinə paketlənir, şəbəkəyə istiqamətləndirilir, network üzərindən NAS cihazına çatdırılır.
- NAS: protocol istəyini uyğun fiziki storage istəyinə çevirər və əməliyyatı fiziki storage birləşməsinə qarşı reallaşdırar.
- Çağırılan məlumat fiziki storage birləşməsindən gəlir, NAS tərəfindən əməliyyata alınıb uyğun fayl protokolu ilə paketlənib cavab verilər.
- Bu cavab TCP/IP içinə paketlənir və şəbəkə üzərindən client-ə çatdırılır.
NAS cihazlarının xüsusiləşdirilmiş quruluşu sayəsində çoxlu protokol yığınları eyni anda dəstəklənilə bilinir. Bu da fərqli client protokolları ilə (CIFS, NFS) eyni storage-ə bağlantısının təmin edilməsinə icazə verir.
Bir NAS cihazı təməl olaraq aşağıdakı komponentlərdən ibarətdir:
- Data movers/filers: Şəbəkə ilə file serverlər arasında məlumatların daşımasını təmin etmək üçün lazımdır. Memory, şəbəkə üçün portları (Ethernet) storage əlaqəsi ilə digər ümumi server komponentlərini özündə birləşdirər. Bunun yanında IP şəbəkələrində öz fayl sistemini desktop client-lara və application serverlərə paylaşmaq üçün açıq olan storage cihazı və fayl sistemi olaraq təqdim edir, xüsusi əməliyyat sistemini istifadə edir.
- Rəhbərlik İnterfeysi (Management Interface): NAS cihazını idarə etmək və konfiquratsiya etmək üçün istifadə edilir.
- Əlaqə (connectivity): NAS cihazının başı back-end Fibre-channel Host Bus Adapter ‘ə (HBA) bağlıdır.
- Saxlama(Storage): Yüksək performanslı və RAID qoruması ilə high availability təmin edən Storage-lər Integrated ya da Dedicated ola bilər.
Integrated NAS Sistemi:
Bu sistemdə back-end storage birbaşa olaraq NAS-ın başına bağlanmışdır. Buradakı NAS-in başı arxa tərəfdə dayanan storage-ə ayrılmışdır və başqa hər hansı bir server ilə paylaşılmamaqdadır. Integrated NAS həllinin ən əhəmiyyətli faydaları arasında asan rəhbərlik, backup xüsusiyyətləri ilə kritik məlumatların ehtiyatının çıxarılması mümükün olması, High Availability, aşağı xərc və tarazlaşdırıla bilinməsi ön gəlməkir.
Gateway NAS Sistemi:
Bu quruluşda back-end storage müxtəlif apllication server-lər (tətbiq serverləri) tərəfindən paylaşılır. Bir NAS başına fərqli back-end storage-lər bağlana bilinir. Bu sayədə əlinizdəki storage-i istifadə edə bilərsiniz. Təbii bu ssenaridə Gateway-ın əlinizdəki storage ilə uyğunluğuna diqqət edilməsi lazımdır.
Yararlı olması ümüdi ilə…
Şərhlər ( 4 )
cox maraqli movzuya toxunmusunuz.tesekkurler.
Təşəkkürlər Sübhi bəy
Həqiqətən də çox gözəl məqalədir, zehninizə qüvvət.. Davamlı olsun bele gözəl məqalələr, İnşAllah.
Çox sağ ol Elvin bəy.