Windows Server 2012 Active Directory Recycle Bin
Salam Aleykum Dostlar,
Bilirsiniz ki, artıq bir neçə məqalədir ki, Windows Server 2012 üzərindəki rollar haqqında yazırıq.Ənənəmizə sadiq qalaraq, bu dəfə də Windows Server 2012 Active Directory Recycle Bin haqqında məqalə yazacağıq.Ümumiyyətlə Recycle Bin nədir?Qısaca olaraq bunun haqqında məlumat verim.Recycle Bin xüsusiyyəti Windows Server 2008 R2 ilə gəlib.Bu xüsusiyyət vasitəsilə biz Active Directory`dən silinən obyektləri 180 gün içərisində geri qaytara bilirik. Windows Server 2008 R2 üzərində bu funksiyasını PowerShell üzərindən aktiv edirdik və PowerShell üzərindən də istifadə edirdik.Çox gözəl funksiyası olmağına baxmayaraq, bəziləri bunu PowerShell üzərində olduğuna görə istifadə etməkdə çətinlik çəkirdilər.Bütün bunlar nəzərə alınaraq, Windows Server 2012`də Recycle Bin`də bəzi dəyişiklər həyata keçirildi.Biz artıq bu funksiyasını qrafik interfeys üzərindən aktiv edib, işlədə bilirik.İndi bu funksiyaya Windows Server 2012 üzərində baxaq.İlk öncə onu qeyd edim ki, əgər, bu funksiyasını istifadə etmək istəyiriksə, mütləq ən aşağısı Forest Functional Level Windows Server 2008 R2 olmalıdır.
Şəkildən gördüyünüz kimi bizdə Forest Functional Level Windows Server 2012`dir.
Daha sonra “START” düyməsinə sıxaraq, menyudan “Active Directory Administrative Center” seçirik.
Açılan pəncərədə aşağıdakı şəkildə gördüyünüz kimi sağ tərəfdə “Enable Recycle Bin” düyməsinə sıxırıq.
Yuxarıdakı pəncərədə bizə bəzi xəbərdarlıqlar edir.Burada qeyd etmək yerinə düşər ki, əgər, bu funksiya aktiv edilərsə, bunu yenidən deaktiv etmək mümkün deyil.
Bu pəncərədə “OK” düyməsinə sıxırıq.
Yuxarıdakı pəncərədə bu funksiyanın artıq aktivləşdiyini bildirir.
Yuxarıda isə bizə lazım olan “Deleted Objects”`in pəncərəyə əlavə olunduğunu aydın şəkildə görürsünüz.
İndi isə nümunə üçün bir sınaq keçirdək.Mən Active Directory`dən bir istifadəçini silirəm.
Sonra isə “Active Directory Administrative Center” pəncərəsinə daxil olub, “Deleted Objects”`i seçirik.
Burada bizə lazım olan obyektin üzərində mouse`un sağ düyməsini sıxıb, “Restore” seçirik.
İndi isə yenidən “Active Directory Users and Computers” pəncərəsinə geri dönək və obyektin bərpa olunduğundan əmin olaq.
Yuxarıda da gördüyünüz kimi sildiyimiz obyekti problemsiz şəkildə yenidən bərpa edə bildik.Ümid edirəm ki, ətraflı şəkildə izah edib, göstərə bildik.
Növbəti məqalələrdə görüşənə qədər…
Yazar: Fərhad KƏRİMOV | MCSA: Windows Server 2012