NTBACKUP ilə ehtiyat nüsxəsi almaq

Salam Aleykum Dostlar!Kompüterimdə çoxdan yazdığım məqalələrdən ikisini tapdım.İstədim sizlə bölüşüm.Birincisi bu məqalədir.

NTBACKUP Windows Server 2003 ilə gələn backup proqramıdır.Biz bu məqaləmizdə NTBACKUP vasitəsilə Active Directory`ni necə backup etmək lazımdır, onu öyrənəcəyik.Bunun üçün ilk öncə RUN`a gəlib NTBACKUP yazırıq və ya Start=>All Programes=>Accessories=>System Tools=>Backup yolunu izləyirik.Mən RUN`a gəlib NTBACKUP yazaraq proqramı işə saldım.Aşağıdakı şəkildə bunu görə bilərsiniz.

1

Daha sonra isə qarşımıza pəncərə çıxır, bu pəncərədə NEXT düyməsinə sıxaraq irəliləyirik.Sonra aşağıdakı kimi bir pəncərə gəlir.

2

Burada “Back up files and settings” bölməsi seçili olaraq qalır və NEXT düyməsinə sıxaraq davam edirik.

3

Bu pəncərədə isə “Let me choose what to back up” olan bölməni seçib, NEXT düyməsi ilə davam edirik.

4

Yuxarıdakı şəkildə də görsəndiyi kimi My Computer bölməsini açıb System State`i seçib, NEXT düyməsinə sıxırıq.Aşağıdakı kimi pəncərə açılacaq.

5

Yuxarıdakı pəncərədə “Choose a place to save your backup” bölməsində adından da məlum olduğu kimi backup`ımızı yerləşdirmək üçün bir yer seçirik.Mən burada yuxarıda da görsəndiyi kimi backup`ı yerləşdirmək üçün Desktop`u seçmişəm.Aşağıdakı bölmədə isə backup`ımız üçün ad yazırıq.Mən default olaraq nə yazılıbsa, ona da əl dəymədim.NEXT düyməsi ilə davam etdim.

6

Yuxarıdakı şəkildən də məlum olduğu kimi artıq seçimlərimizi etmişik.Sadəcə olaraq backup prosesinə başlamaq qalıb.Bunun üçün FİNİSH düyməsinə sıxmaq kifayətdir.

7

FİNİSH düyməsinə sıxdıqdan sonra isə aşağıdakı kimi bir pəncərə açılır.Bir müddət keçdikdən sonra isə “Selection İnformation” adlı kiçik pəncərə itəcək, ancaq arxadakı pəncərə qalacaq.Backup prosesi bir müddət davam edəcək.Bu təbii ki, sizin backup etdiyiniz məlumatın həcmindən asılıdır.Backup prosesi bitdikdən sonra isə aşağıdakı kimi bir pəncərə açılacaq.

8

Yuxarıdakı şəkildən də görsəndiyi kimi backup prosesi bitmişdir.CLOSE düyməsinə sıxaraq bunu təsdiqləyirik.

Növbəti məqalələrdə görüşənə qədər.

 

Yazar: Fərhad KƏRİMOV | MCSA: Windows Server 2012

Səs: 0. Bəyənilsin Zəifdir

Müəllif: Farhad KARIMOV

Şərhlər ( 2 )

  1. Allah razı olsun qardaş. İT İnzibatçının “yaralı yeri” Ehtiyyat nüsxə almaqdır.. ))

    • Müşfiq Məmmədov / . Dərc edilib:A 25/01/2013 at 3:11 Axşam
      Səs: 0. Bəyənilsin Zəifdir

    Təşəkkürlər, maraqlı idi. Tətbiq etməsək də, oxuya-oxuya gəlirik İnşallah, görək axırı necə olur))

Şərh yazın