DNS keşi(cache) necə və niyə təmizləyək?
Bizim girib izlədiyimiz saytların ünvanları(ip adresləri) bizim bilgisayarın DNS Cache-də saxlanılır. DNS cache-dəki məlumatlar yenilənməyə macal tapmamış, saytın İP adresi(və nameserver-ləri) dəyişərsə, o zaman biz həmin sayta daxil ola bilməyəcəyik. Gərək DNS cache-dəki məlumatın vaxtı bitsin və yenilənsin məlumatlar ki, biz o sayta daxil ola bilək. Proxy serverlər ilə daxil olduğunuz zaman sayt açılırsa, sizin bilgisayarda isə açmırsa, o zaman DNS cache-mizi təmizləməliyik. Biz Cache sildikdən sonra, sayta daxil olanda NameServerlərə yeni müraciət göndərilir və saytın İP adresi əldə edilir.
Bunun üçün:
Windows® XP, 2000, Vista® və Windows 7 də DNS Cache-i təmizləmək üçün.
- Start menyunu açırıq.
- Run – əmrini seçirik. (Əgər, Vista və 7-də Run seçimi yoxdursa, Search Bar(axtarış hissəsində) Run yazırıq və nəticə çıxanda Run üzərinə tıqlayırıq.)
- Run proqramı açıldığı zaman, boşluğa ipconfig /flushdns yazıb enteri basırıq.
Windows 8-dəApps -a daxil oluruq, Run proqramını seçirik ya da
- CTRL + ALT + DELETE basırıq
- Task Manageri işə salırıq,
- File menyusundan Run New Task seçirik,
- Sonra isə ipconfig /flushdns yazıb enteri basırıq.
MacOS® -da
- Apllications-a daxil olun.
- Utilities seçin.
- Terminal Application-u açın.
- dscacheutil -flushcache yazıb enteri basın.
Ümid edirəm faydalı olacaq 🙂
Şərhlər ( 6 )
Dəyərli məlumat üçün təşəkkürlər Araz bəy…
Minnətdaram oxuyub, dəyər verdiyiniz üçün 🙂
Salam. Enter basiram ama hecne gelmir 🙁
Nəsimi bəy, anlamadım. Enteri niyə və harda basırsız ? 🙂 Nədir gəlməyən? 🙂
tesekkur edirem faydali bir meqaledir
teşekkür edirem