IP kameraların, analoq Kameralardan fərqi nədir və haralarda istifadə edilir?
CCTV sistemləri ilə kompüter texnologiyalarının mükəmməl uyğunlaşması, şəbəkə strukturları və fərqli ünsiyyət protokollarının da CCTV texnologiyalarına adaptasiya edilməsinə təkan oldu və uzaq nöqtəyə görüntü transferi bu yolla mümkün oldu. Çox zaman keçmədən, içində hazırlanmış bir əməliyyat sistemi olan, CCTV üçün hazırlanmış xüsusi kompüterlər həyatımıza girdi. Bu müstəqil (Standalone) quruluşdakı qeydiyyat cihazları, kompüter əsaslı qeydiyyat kartları qədər çox seçilməyə başlandı. Yalnız CCTV sistemlər üçün hazırlanan və içərisinə qeydiyyat apara biləcəyi sabit disklər olan bu cihazların elastiklik və istifadə asanlığı təqdim etməsi, yayılmasını da təmin edildi.
Günümüz dünya CCTV bazarında, yeni bir texnologiya sayılan IP üzərindən görüntü və qeydiyyat sistemləri ağırlığını sürətlə daha çox hiss etdirməyə başlamışdır. IP kameralar nədir, nə işə yarayar, analoq kameralardan fərqi nələr və haralarda istifadə edilər? Bu əhəmiyyətli suallara mövzumuzu daha detallı bir şəkildə araşdıracağıq.
Megapiksel həllolma dəqiqliyi
Yalnız IP kamera texnologiyası ilə mümkün ola bilən megapiksel görüntü keyfiyyəti sayəsində CIF formatın 16 qatı daha böyük bir görüntüş əldə etmək mümkündür. Bu da günümüz analoq kameralarının aldığı görüntünün ən az 4, ən çox 16 misli qədər bir dəqiqlik mənasını verir.
İnkişaf etmiş incələmə xüsusiyyəti
Yalnız IP kameralarda mümkün olan ‘progressive scan’ xüsusiyyəti sayəsində bütün görünüş bir dəfədə təmin edildiyindən, xüsusilə hərəkətli mühitlərdə analoq kameralarla müqayisə edilməyəcək dəqiqliklər tutmaq mümkündür.
POE (PowerOverEthernet – Şəbəkə Kabeli Üzərindən Enerji)
Bu xüsusiyyət sayəsində kameralar yalnız Şəbəkə Kabeli istifadə edilərək qidalana bilər və əlavə bir enerji kabelinə ehtiyac duymaz. Beləcə gərəksiz kabel çirkliliyi ortadan qalxaraq tək nöqtədən sağlam bir enerji dağılımı tətbiq olunar.
PTZ Kameralar üçün Tək Kabel
PTZ kameralar üçün lazımlı enerji, görüntü və idarə məqsədli istifadə edilən üç ayrı kabel yerinə tək bir kabel ilə yenə kabel çirkliliyindən və proyektlərdə çox əhəmiyyətli işçilik və kabelləmə xərclərini ortadan qaldırar.
İnteqrə Səs
Kameraların üzərində səs dəstəyi mövcud olub iki istiqamətli səs ünsiyyəti mümkündür. Kameranın yanına qoyularaq səs çıxışına bağlanan bir dinamik qurğusu ilə kameranın montaj edildiyi sahəyə səslənmək etmək və oradakı səsləri, kamera üzərindəki bitişik mikrofondan dinləmək mümkündür.
Şifrələmə
Analoq sistemlərdə koaksiyal kabel kəsilmək surətiylə canlı görüntülər köhnə və ya başqa qeydlərlə dəyişdirilə bilər. Halbuki IP kameralarda bu mümkün deyil. IP kameralar, məlumat transferləri bilinən ən inkişaf etmiş şəbəkə təhlükəsizlik divarları ilə dəstəklənilərək icazəsiz çatılması və dəyişdirilməsi mümkün olmayan bir quruluş olacaq şəkildə hazırlanmışdır.
Dəqiq dijital həll
Hər çevrilmədə görüntü keyfiyyətində itki meydana gələr. Analoq siqnal, kamerada dijitallaşdırılar. Dijital siqnal, koaksiyal kabel üzərindən köçürülmək üzrə analoq siqnala çevrilər. Analoq siqnal, qeydiyyat cihazında təkrar dijitallaşdırılar. IP kameralarda isə görüntü bir dəfə və yalnız kamerada dijitallaşar. Bu da minimum görüntü keyfiyyəti itkisi deməkdir.
Elastiklik
Bütün bu texnoloji üstünlüklərə əlavədən bir də elastiklikdən bəhs etmək lazımdır. Analoq sistemlərdəki kimi 4, 8, 12, 16 kimi qatlı cihaz istifadəsinə ehtiyac yoxdur. Bütün qeydlər kompüter mühitində NVR dediyimiz Network Video Recorderlər ilə edildiyindən, əlavə ediləcək bir kamera üçün qatlı həll gərəyi ortadan qalxmışdır. Proqram üzərindən yeni bir kamera məlumatı ilə lazım olan kamera əlavəsi sistemə əlavə oluna biler. Ayrıca bu əlavə kamera üçün kabelləmə ən yaxın şəbəkə içinə CAT-5-6 kabel ilə edilə biləcəyindən, kabelin qeyd lokasyonuna qədər çəkilməsinə də ehtiyac olmaz.
Yararlı olması ümüdi ilə…
IT Mütəxəssis : Vüsal Məstəliyev
Şərhlər ( 3 )
Qardaş, təşəkkür. Öncədən də dediyim kimi, təhlükəsizlik sistemləri həyatımıza kifayət qədər daxil olduğu üçün və məlumatların demək olar ki, ana dilimizdə olmadığı üçün tam yerinə düşən bir mövzu və gözəl məqalə… Davamlı olsun inşAllah
Əla! Vacib və maraqlı mövzudur. Əllərinizə sağlıq.
Diqqətiniz üçün minnətdaram…