Microsoft Outlookda Avtomatik Tamamlama Siyahısı (Outlook Auto-Complete List)
Salam dostlar.
Bu məqalədə Outlook Avtomatik Tamamlama Siyahısı (Outlook Auto-Complete List) və onun ehtiyyat faylının saxlanılması haqqında məlumat vermək istəyirəm.
Outlook Avtomatik Tamamlama Siyahısı (Outlook Auto-Complete List) – bizim yeni məktub yazarkən “Kimə:” – hissəsinə göndərəcəyimiz adamın ünvanını yazmağa başlarkən ünvanın avtomatik görsənməsini təmin edir. Bu bizi məktub göndərəcəyimiz ünvanı hər dəfə yazmaqdan xilas edir və onlarla adamın ünvanını xatırlamaq çətin işdir. Bəs bu baza necə yaranır? – Biz hər göndərdiyimiz ünvan Outlookun öz baza faylına qeyd olunur. Bizim indi danışacağımız həmin fayl Outlook.nk2 faylıdır.
Biz bu faylı necə ehtiyat nüsxə kimi saxlaya və ya digər kompüterdəki proqrama əlavə edə bilərik? Bunun üçün bir neçə sadə addım icra etməliyik.
Run-da (Windows + R) %appdata%\Microsoft\Outlook yazıb Enter düyməsini basırıq. (%appdata% – sistem diskindəki User profil qovluğundakı “gizli” appdata qovluğunu açır).
Açılan qovluqdan outlook.nk2 faylını (hər ehtimala qarşı digər 2 faylı da saxlamaq olar ki, müxtəlif versiyalarda tələb oluna bilər) COPY (ctrl+v) edərək, ehtiyyat nüsxəni saxlayacağımız yerə və ya digər kompüterdə eyni adlı qovluğa PASTE (ctrl+v) edərək yapışdırırıq. Bu faylın köhnəsini əvəz etməsinə icazə veririk.
Göründüyü qədər çox sadə bir prosesdir. Çoxsaylı yazışmalar edən istifadəçilər üçün ən önəmli olan bu siyahının saxlanılmasıdır. Bu səbəbdən Outlook məktublarının ehtiyyat nüsxəsini götürərkən bu faylı da götürmək çox vacibdir.
Bəs bu siyahıya düşmüş ünvanı necə silmək olar?
Bunun üçün yazmağa başlayarkən gələn ünvanın üzərinə aşağı ox ilə gəlirik və DELETE – silmək düyməsini basırıq. Bu qədər asand bir məsələ.
Hər birinizə uğurlar. Növbəti məqalələrdə görüşmək ümidilə..
Elvin Əmirov
İ.T. İnzibatçı
Şərhlər ( 2 )
Salam. Cox sag olun melumata gore. Ama bu yaxinlarda men Outlook 2010 -da Auto-Complete ile bagli bir problemle uzlesmisem. User outlook programini bagladigdan sonra hec bir siyahi yaddasda qalmir, mecbur olur mail unvani axira kimi yazsin. Setting- lerde her sey qaydasinda gorsenir. Internetden de bezi melumatlar oxudum, ama komek etmedi. Fikrinizi ve meslehetlerinizi bilmek isterdim. Tesekkurler
Dostlar, sualları forum.technet.az üzərindən cavablayırıq. Şərhlərdə yazılan suallar gözdən kənarda qalır və belə narahat mənzərə alınır.