Microsoft Outlooka məktubların fayldan bərpa edilməsi

Salam dostlar.

Söz verdiyimiz kimi, bu məqalədə Outlook-a məktubların bərpa edilməsini izah etməyə çalışacağıq.

Çox bəsit addımlardan ibarət olan bu proses şirkətlərdə yeni işləməyə başlayan dotlarımıza çox lazımlı olacaq.

Ehtiyyat nüsxəni götürərkən istifadə etdiyimiz İmport-Export (İdxal-İxrac) funksiyasından istifadə edəcəyik.

1

Öncədən saxlanılmış nüsxədən bərpa (İmport from another program or file) seçərək davam edirik.

Import-2

Şəxsi Qovluq Faylı (Personal Folder File) (.PST) seçirik. Qeyd edim ki, bu siyahıda aşağı hissələrdə olduğu üçün siyahının axırlarına getmək lazımdır.

Import-3

Növbəti mərhələdə ehtiyyat nüsxəni saxladığımız yeri göstəririk və eyni olan məktubların yenisi ilə əvəz edilməsi xanasını işarələyirik. Təbii ki, bu vəziyyətdən asılı olaraq dəyişə bilər. Buna görə sizə hansı seçimin daha uyğun olduğunu bir daha nəzərdən keçirin.

Import-4

İrəli dedikdən sonra ehtiyyat nüsxəni saxlayarkən şifrə qoymuşuqsa onu yazmamızı tələb edəcək və məktubların sayından asılı olaraq müəyyən vaxtdan sonra tam bərpa edilmiş olacaq.

Gördüyünüz kimi, bu çox sadə olan əməliyyat çox önəmli məktubları bərpa etməkdə işimizə yaradı. Əgər ehtiyyat nüsxəmiz olmasa idi, biz məktublarımzın böyük hissəsini itirə bilərdik. Çünki müəyyən hissə məktublarımız Web üzərində saxlanılsada əksər hallarda yerin limitli (Əksər hallarda 1-1.5 Gb) olması səbəbilə bunları Web-dən silirik və geri qaytarmaq ancaq fayldan mümkün olur. Belə çıxılmaz hallarla üzləşməmək üçün məktubların ehtiyyat  nüsxələrini götürməyi unutmuruq.

Növbəti məqalədə Outlook Avtomatik Tamamlama Siyahısı (Outlook Auto-Complete List) haqqında məlumat verəcəyik.

Hər kəsə uğurlar.

Elvin Əmirov

İ.T. İnzibatçı

Səs: +40. Bəyənilsin Zəifdir

Müəllif: Elvin Əmirov

Şərhlər ( 1 )

  1. Shekilleri zehmet olmasa boyutmek mumkun olan formaya getirin..

Şərh yazın