Microsoft Office Outlook-dan məktubların ehtiyyat nüsxəsinin saxlanılması

Salam əziz dostlar. Bu məqalədə Outlook işlədərkən orda olan məktubların ehtiyyat fayla köçürülməsini və bunun nə üçün gərəkli olduğunu izah etməyə çalışacam.

Öncə Outlookun üstünlükləri barədə bir neçə faktı nəzərinizə çatdırım.

1. Məktublarımıza offline rejimdə baxa bilmə, daha rahat istifadə olunması, məktubların ehtiyyat nüsxəsinin saxlanıla bilməsi;

2. Outlook  Microsoft Exchange, Aktiv Directory, SharePoint və bir sıra başqa avadanlıqlarla tam əlaqələnir;

3. Qovluqlara görə rahatlıqla yönləndirilə, çeşidlənə və axtarıla bilir;

4. Onlayn rejimdə variantlı səsvermə kimi gözəl funksiyaları var;

5. Bir neçə elektron ünvanını idarə etmək mümkündür, limit yoxdur və s.

Microsoft Office Outlook 2013-ün tənzimlənməsini bu məqaləmizdə izləyə bilərsiniz. [button color=”gray” size=”small” link=”http://www.technet.az/2012/09/04/microsoft-outlook-proqraminin-t%C9%99nziml%C9%99nm%C9%99si/” target=”blank” ]Keçid[/button]

İndi isə keçək əsas məsələyə.

Outlook proqramını açırıq, File daxil oluruq.

1

İmport və Export seçirik, adından göründüyü kimi eyni hissə bizə ehtiyyat nüsxəni qaytarmaq üçün də lazım olacaq.

2

Export to File seçirik və davam edirik.

3

Göründüyü kimi, bir çox file tiplərində saxlama imkanımız var. Bu halda biz, Personal Folder File seçirik və İrəli deyirik.

4

İnclude subfolder seçirik ki, qovluqların içərisindəkiləri də götürsün.

5

Filter funksiyasından istifadə edərək, ilk pəncərədə Kimdən gələn və ya kimə gedən seçərək saxlanacaq məktubları çeşidləyə bilərik.

6

Və ya More options seçərək daha çox variantlarla qarşılaşırıq.

1) Oxunmuş və ya oxunmamış məktublar;

2) Əlavəsi olan və ya olmayan məktublara;

3) Vaciblik dərəcəsinə görə

4) Bayraqlanmış məktublara görə

5) Ölçülərinə görə limitləmə

Uyğun variantı seçdikdən sonra növbəti etapa keçirik.

7

Burada məktubları bərpa edərkən eyni məktubların yazılıb-yazılmamasını tənzimləyirik.

Məktubların ehtiyyat nüsxəsini aldıq. Gələn məqalədə bu .PST faylından necə bərpa edəcəyimizi izah edəcik.

Hər kəsə uğurlar.

Elvin Əmirov

İ.T İnzibatçı

Səs: +30. Bəyənilsin Zəifdir

Müəllif: Elvin Əmirov

Şərhlər ( 6 )

  1. Zehninə sağlıq qardaş 🙂 Dərslik üçün minnətdaram. Çox vacib məsələdir.

  2. Salam movzu gozeldir. Cox tehsuf shekilleri boyutmek olmur =(( hec ne gorunmur.

    • Ruslan bəy, çox təşəkkür edirəm. 
      Şəkillərin böyüdülməsi olmalıdır. Ən tez zamanda həll olunmasına çalışacağıq. 

      Uğurlar. 

    • Ruslan bəy,

      Şəkilləri artıq böyüdüb baxa bilərsiniz. Məqaləni yerləşdirərkən kiçik bir detalı unutmuşdum. Bildirdiyiniz üçün çox təşəkkürlər.

  3. Ela bu bashqa mesele =))

Şərh yazın