Windows 7-də 1C v7.7 işləməsini təmin edək.
Bildiyiniz kimi Azərbaycanda mühasibat proqramı olaraq ən çox istifadə olunan proqram 1C Mühasibat Uçotu proqramıdır. Son versiya 8.x olmasına baxmayaraq şirkətlərin 90 faizi hələ də 7.7 versiyasını işlədir.
Deyək ki, 1C 7.7 istifadə edən şirkətdə VVindovs 7 əməliyyat sisteminə 1C 7.7 yazmalı olduz… Proqramı işə salanda SQL bazaya qoşulmaqda problem yaranacaq və proqram işləməyəcək… Çıxış yolu Əməliyyat sistemini pozub XP yazmaq deyil 🙂
1C 7.7 Proqramını install edirik.
"Для доступа к базе данных требуется ODBC-драйвер для MS SQL Server версии 3.50.0303 или старше."
Proqramın işləməsi üçün köhnə drayverlər lazımdır… Windows 7 dakı drayverlər isə təzədir. Hə… Düz təxmin elədiz. Biz 1C 7.7 normal işlədiyi XP əməliyyat sistemindən lazım olan drayverləri tapıb Windows 7-ə yazacağıq 🙂
1C v7.7 proqramı install olunmuş olmalıdır.
1. system32 qovluğuna daxil olun sqlser32.dll və sqlserv32.rll fayllarını tapın.
2. Windows 7 system32 qovluğuna girin. XP-dən götürdüyümüz faylları bura atın… Alınmadı? Normal haldır. Çünki system32 qovluğuna fayl yazmaq üçün sizə privlegiya lazımdır.
3. sqlsrv32.dll faylı üzərində sağ düyməni tıklayıb Properties-a daxil oluruq.
4. Açılan pəncərədə Security hissəsinə keçib səlahiyyət vermək istədiyimiz useri seçirik (əməliyyat sisteminə daxil olduğunuz userin adı) Advanced tıklayırıq.
5. Açılan səhifədə “Owner” hissəsinə keçib «Edit» düyməsini basırıq.
6. Açılan pəncərədə “useri” seçib «OK» düyməsini tıklayırıq. Bu əməliyyatla biz sqlsrv32.dll faylının “yiyəsi” olduğumuzu bildirik əməliyyat sisteminə ki, bu faylın başına oyun açmaqda bizə mane olmasın 🙂
7. OK… Ok… tıkladıqdan sonra yenə qayıdırıq sqlsrv32.dll0in Propetiesde Security hissəsinə. “Edit” basırıq.
8. Açılmış «Permission for sqlsrv32.dll» pəncərəsində useri seçirik yenə və aşağıda onun üçün birneçə izn var. Hamısına “quş” qoyuruq.
9. Windows Security adlı xəbərdarlıq pəncərəsi açılacaq. Yes düyməsini basırıq.
Həə… Artıq biz system32 qovluğu içində olan sqlsrv32.dll faylını XP-dən götürdüymüz eyni adlı fayl ilə dəyişə bilərik. Bunun üçün adi COPY PASTE əməliyyatını yerinə yetirməklazımdır.
Copy And Replace əmrini veririk.
İndi isə sqlsrv32.rll faylını system32 içinə köçürə bilmək üçün sqlsrv32.dll ilə etdiyimiz eyni əməliyyatları etmək lazımdır.
OrdNoChk.prm faylını Son olaraq da «C: Program Files — 1C — Bin» qovluguna atırıq.
Bu qədər… 1C programınızı işə salıb istifadə edə bilərsiniz. 🙂
Sınaqdan keçmiş üsuldur. 100% zəmanət verirəm 🙂 8 dəfə fərqli PC-da yoxlamışam 🙂
sqlsrv32.dll, sqlsrv32.rll, OrdNoChk.prm fayllarını YÜKLƏ
Ümid edirəm işə yarayacaq 🙂
Şərhlər ( 1 )
Salam,
1c v7.7 necə tapa bilərəm? interneti araşdırdım,orjinalın tapmadım.Bir də onun qurulma videosu varmı bizim dildə və ya ingiliscə?