Şəbəkədəki Printeri istifadədə problem. (Windows 7)

Bu dəfə sizə az öncə rastlaşdığım bir problemin həlli yolunu təqdim edirəm. Deməli bir şəbəkəmiz(bu şəbəkədə bircə vindovz 95 yoxdu 😀 ) var. Bu şəbəkədə server(windows 2003) clientlər isə Windows XP və Windows 7 işlədən bilgisayarlardır.Problem:
A bilgisayarı — Windows XP — Printer qoşulub.
B Bilgisayarı — Windows 7A bilgisayarına HP markalı printer qoşulub. Başqa otaqda olan B bilgisayarı A bilgisayarındakı printerə çap əmri vermək istəyir. Amma A-dakı printer paylaşılsa da, bu printeri B bilgisayarına yazmaq mümkün olmur, çap əmri vermək də mümkün olsun.

Printeri əlavə etmək istəyərkən bu error çıxırdı.
3216c0654a

Deməli problemi həll etmək üçün spooler servisi işə salmaq lazımdır. Bunun üçünStart –> «Search programs and files» bölməsinə «services.msc» yazıb ENTERİ basırıq.
634692e505
Açılan Pəncərədə Printer Spooler servisini tapırıq. Əgər sizdə Spooler sönülüdürsə, «Start the spooler service» yazısı çıxacaq. Sadəcə Start-a tıklamağınız yetərlidir. (məndə spooler aktiv olduğu üçün stop və restart əmrləri görsənir)
3f9978a5f9
Əgər Start əmri verdikdən sonra yenə də printeri add edərkən həmin error çıxırsa, o zaman aşağıdakı üsuldan istifadə edirik.

Start –> «Search programs and files» bölməsinə «cmd» yazıb ENTERİ basırıq.
35fce379b7

1. net stop spooler — əmrini yazıb enteri basırıq.
14f008d8d0
2. del /Q /F /S “%systemroot%\System32\Spool\Printers\*.*”
yazıb Enteri basırıq.
3. net start spooler — əmrini yazıb enteri basırıq.Artıq rahatlıqla Printeri add edib istifadə edə bilərsiniz.Qeyd: Bu üsullar Yoxlanılıb

İnşAllah kiminsə işinə yarayar 🙂

Səs: +30. Bəyənilsin Zəifdir

Müəllif: Araz Ayyubov

Şərh yazın