Mouse-u klaviatura ilə hərəkətə gətirək.

Bu dəfə klaviatura düymələri ilə Mouse-umuzun ox işarəsini hərəkətə gətirəcəyik.

(Bəlkə də deyəcəksiz ki, bu nəyə lazımdır ?! 🙂 Heç vaxt heç vaxt deməyin :)) Mouse olmayan bilgisayarda lazımınız olar :))

1. Sol ALT + Sol SHİFT + Num Lock basın. Sağ tərəfdə saatın yanında Mouse işarəli bir ikon peyda olacaq. Üzərinə iki dəfə tıklayın.
ae023c5b40

 

2. Açılan pəncərədə Turn On MOuse Keys qabağında «quş» olmalıdır.
87f890209b

 

2.1 Hold down CTRL to Speed up and SHIFT to slow down. — CTRL düyməsini basılı tutaraq hərəkət etdirdiyiniz zaman mouse-un işarəsi sürətli SHİFT basılı tutduğunuz zaman isə zəif hərəkət edəcək.

2.2 Other settings: –> Use MOuse keys when num lock is On ya da OFF — Bu o deməkdir ki, Mousu düymələrə hərəkətə gətirmə rejimi Num Lock On olanda mı olsun ya da sönülü olanda mı? Öz kefinizə görə seçin 🙂 Qeyd: Sönülü olan rejimi seçsəz yaxşıdı. Çünki Num Lock on olanda seçsəz rəqəmlər işləməyəcək.

İndi isə 8 yuxarı, 2 aşağı, 4 sola, 6 sağa, 7 sol üst küncə, 9 sağ üst küncə, 1 sol alt küncə, 3 sağ alt küncə hərəkət etdirəcək mousun işarəsini. Tıklamaq üçün isə 5 düyməsini basmanız gərəkəcək.

Faydalı olacağı ümidi ilə 🙂

Səs: 0. Bəyənilsin Zəifdir

Müəllif: Araz Ayyubov

Şərhlər ( 6 )

  1. Əla məqalədir. Bu cür məqalələrin sayının çoxalması çox vacibdir. Allah razı olsun.

    • Qaçay Mirzəyev / . Dərc edilib:A 10/01/2013 at 10:30 Səhər
      Səs: 0. Bəyənilsin Zəifdir

    Araz, əgər bütün kompüter mütəxəssisləri Sənin kimi rastlaşdıqları nasazlıqların aradan qaldırılma yollarını belə gözəl təqdim etsələr, tezliklə Technet.az mükəmməl bir bilik mənbəyinə çevriləcək. Uğurlar! Sükanı belə saxla!!!

    • Qaçay müəllim, çox sağolun yüksək dəyərə görə 🙂 Bu gecikmiş olsa da, gözəl başlanğıcdı. Bu iş şərəfli işdir. İnanıram ki, sıralarımız genişlənəcək getdikcə.

      Bu işdə mənəvi dəstək, dayaq çox önəmlidir 🙂 Var olun!

    • Bəhruz / . Dərc edilib:A 14/01/2014 at 7:00 Axşam
      Səs: 0. Bəyənilsin Zəifdir

    Mouse olmayan bilgisayarda Sağ tərəfdə saatın yanında Mouse işarəli bir ikonun üzərinə iki dəfə tıklamaq necə olacaq? Maraqlıdır 🙂
    Məqaləyə görə sağolun.

    • Bəhruz bəy, təşəkkürlər 🙂

      Sualınız əla sualdır 🙂 Tıklamağa lüzum qalmır onda. Klaviaturada Windows + X basırıq. Açılan menudan Control Panelə keçid edirik oxlarla. Search box-a keçid edirik Shift+Tab ilə iki dəfəyə. Sonra Ease sözünü yazırıq siyahıda Ease Access Center çıxır. Oxlarla ya da TAB-la Seçib ENteri basırıq. Açılan səhifədə TAB düyməsi ilə basa basa gəlirik “Make The Mouse easier to use” Enteri basırıq. TAB-la yeniden Turn On Mouse Keys gəlirik seçirik, quş işarəsi qoya bilmək üçün probeli bir dəfə basırıq və enter 🙂 Geri qalanı artıq yuxarıdakı kimi 🙂

Şərh yazın