Microsoft Word 2007-də öz “Qısa Yol”larımızı(shortcut) düzəldək

Qısa yollar(shortcut) zamana qənaət etməyimiz üçün bizə çox yardımcı olur. Məsələn CTRL+B yazını qalınlaşdırır, CTRL+U yazının altını xətləyir və s… Amma bəzən elə əməliyyatlar olur ki, o əməliyyat üçün qısa yol olmur proqramda. O zaman işi uzun yoldan etməli oluruq. Bir müddət öncə bir dostum mənə bir sual verdi. «Yazını seçdikdən sonra, hansı qısa yol ilə o seçilmiş yazının arxa fonunu dəyişə bilərəm?(marker effekti)»Bir az araşdırdıqdan sonra sualın cavabını tapdım və sizinlə paylaşıram.
1. Microsoft Word 2007 proqramını açırıq.

2.Word Options-a daxil oluruq.

0696bee05f
3. Açılan pəncərədə Sol tərəfdəki şaquli menu-dan Customize seçirik. Sonra da pəncərənin sağ tərəfində şəkildə qeyd olunan kimi Customize düyməsini basırıq.
32a035549d
4. Customize Keyboard pəncərəsində Specify Commands hissəsinə fikir verin. Qırmızı və Yaşıl rənglə qeyd etdiyim hissələrə diqqət edin. Categories ilə Üst üfiqi menu uyğun gəlir. Yaşıl rənglə haşiyələdiyim Commands isə o şaquli menudakı əmrlərin siyahısıdır.Categories bölməsindən Home Tab seçirik. Commands-dan isə HighlightCOlorPicker seçirik.

dfce2fe509

5. Seçikdən sonra Press new Shortcut Key boşluğuna yeni qısa yolumuzu daxil etməliyik. Kursoru o boşluğa qoyduqdan sonraALT düyməsini basılı tutaraq / basdım mən. Nəticə şəkildəki kimi oldu. Qısa yolumuzu yazdıqdan sonra sol tərəfdə altda Assigndüyməsini basmaq lazımdır.06a858a3d5

6. Close düyməsini tıklayırıq. Sonrakı pəncərədə OK düyməsini tıklayırıq.
4d9c1ac0fb
Və nəhayət qısa yolumuzu istifadə edə bilərik.Hər hansı yazı yazın, sonra yazının bir hissəsini seçin. Sonra da ALT+/ qısa yolunu tıklayın. Budur yazımızın arxa fonu markerlə işarələnmişdir 🙂

Mənim nəticəm:
6eed4d635a

Ümidvaram işinizə yarayacaq.
Araz Eyyubov.

Səs: +10. Bəyənilsin Zəifdir

Müəllif: Araz Ayyubov

Şərhlər ( 2 )

  1. Zehninə qüvvət qardaş. Kiçik həcmli məqalələr çox önəmlidir, bunlar məqalələrin “utilit” versiyasıdır. ) Bu sahədə Utilitlər qədər işi asandlaşdıran heçnə yoxdur, bunu hamımız yaxşı bilirik ))

    • Mütləq 🙂 İşimizi rahatlaşdıran alət və üsulları bilsək, gördüyümüz işi daha qısa vaxtda və daha effektiv görmüş olarıq. İndiki zəmanədə ən dəyərli şey zamandır 🙂

Şərh yazın