Windows Server 2008 R2 üzərində Print Server Qurulumu (birinci hissə)

Bu məqaləmizdə çalışacağıq ki, Print Server qurulumunu göstərək və bunun haqqında ətraflı danışaq.Mövzu iki hissədən ibarət olacaq.Print Server ilə biz mərkəzdən şəbəkəmizdə olan printer`ləri idarə edə bilərik.Eyni zamanda printer`lərin sürücülərinin(driver) yazılması, portlarının təyin olunması və.s bu server üzərindən həyata keçirilə bilər.Təbii ki, Print Serverin imkanları bunlarla məhdudlaşmır.Quruluma başlamaq üçün Server Manager açırıq, buradan Roles`dan “Print and Document Services” seçirik.

“NEXT” düyməsinə sıxaraq davam edirik.

Növbəti pəncərədə “Print Server” və “Internet Printing” seçirik. “Internet Printing” seçən zaman bizdən bəzi əlavə xüsusiyyətləri yükləməyimizi istəyəcək.Bunları da qəbul edib, davam edirik.

Aşağıdakı pəncərələrdə bizə məlumatlar verəcək, bu məlumatları oxuyub, “NEXT” deyərək, davam edirik.

“Install” düyməsinə sıxaraq, davam edirik.

Yükləndikdən sonra menyudan Print Management seçirik.

Serverimizə printer əlavə etmək üçün “Printers” bölümündən “Add Printer” seçərək, davam edirik.

Daha sonra şəkildəki işarələnmiş yeri işarə edərək, davam edirik.

Açılan pəncərədə şəbəkə printerimizin IP`sini yazırıq və axtarışa veririk.

İndi Printerimizin sürücüsünü(driver) yazmaq üçün “Install a new driver” seçirik.

İstərsək sürücünü siyahıdan da seçə bilərik, əgər, siyahıda yoxdursa, bu zaman “Have Disk” düyməsini sıxaraq sürücünü seçirik.

Burada Printerimizin məlumatlarını qeyd edirik və davam edirik.

Növbəti pəncərədə ümumi məlumatları gördükdən sonra “NEXT” düyməsinə sıxırıq, daha sonra “FINISH” deyərək, yekunlaşdırırıq.

Print Management`ə nəzər salsaq, printerimizin yükləndiyini rahatlıqla görə bilərik.

Printerin “Properties”nə daxil olub, məlumatın doğruluğunu yoxlayaq.

Bununla da məqaləmizin birinci hissəsini bitiririk.Növbəti hissədə çalışacağıq ki, Print Server`in başqa xüsusiyyətlərindən bəhs edək.

Növbəti məqalələrdə görüşənə qədər.

Yazar: Fərhad KƏRİMOV | MCSA:Windows Server 2012

Səs: +20. Bəyənilsin Zəifdir

Müəllif: Farhad KARIMOV

Şərhlər ( 1 )

  1. sagolun

Şərh yazın