Şərt Operatoru

Salam, bu məqalədə sizlərə Delphidə şərt operatorunu başa salacam. Şərt operatorunun quruluşu aşağıdakı kimidir.

if şərt then
begin
operator 1;
operator 2;
...
operator n;
end;

proqram əvvəlcə şərt hissəni yoxlayır əgər bu hissə doğru (true) olarsa o zaman beginend arasına yazmış olduğumuz əməliyyatları yerinə yetirir.(əgər yerinə yetiriləcək əməliyyatlar 1 dən çoxdursa o zaman begin end yazmaq vacibdir əks halda yazmamaq da olar.)
Sadə bir nümunəyə baxaq. Əgər bal 50-dən yuxarı olarsa “TEBRİKLER” əks halda “DAHA YAXSHİ OXUYUN” yazan bir proqram yazaq.
d1
procedure TForm1.Button1Click(Sender: TObject);
var bal:integer;
begin
bal:=strtoint(edit1.text);
if bal>=50 then
showmessage('TEBRIKLER')
else
//delphide else den evvel ; simvolu qoyulmur!
showmessage('DAHA YAXSHİ OXUYUN');
end;

d2
yuxarıdakı nümunədə bal olaraq 85 verdik yəni bal 50 dən böyükdur bu halda şərt ödəndiyi üçün TEBRIKLER yazdı.

ancaq aşağıdakı hissədə isə bal 50-dən aşağı idi yəni şərt ödənmirdi. Bu halda isə else dən sonrakı hissə yəni DAHA YAXSHİ OXUYUN hissə ekrana verildi.

d3

Siz özününz istəsəniz bu proqramı daha da inkişaf etdirə bilərsiniz. Məsələn əgər daxil edilən bal 0-dan kiçik və ya 100-dən böyük olarsa o zaman proqram bu mesajı ekrana versin “BALİ DUZGUN DAXİL EDİN… BELE BAL YOXDUR!”

Səs: 0. Bəyənilsin Zəifdir

Şərh yazın