Delphidə Tiplər

salam bu məqalədə sizlərə Delphidə olan tiplər haqqında məlumat verəcəm.Delphhidə tiplər çoxdur və bunların hamısını bir məqaləyə bitirmək mümkün deyildir ona görə də mən sizlərə bir neçə tez-tez istifadə olunan tipləri izah edəcəm qalanlarını isə Delphini öyrəndikcə yavaş-yavaş özününz ehtiyac olduqca öyrənəcəksiniz.

ilk olaraq tam tiplərdən başlayaq.

1. Byte
0-255 arasında müsbət tam ədəd ala bilən dəyişən tipidir. Yaddaşda 1 Byte (8 bit) yer tutur.
nümunə:

Var

deyishen:Byte; //Yalniz 0-255 arasi musbet tam ededler ala biler.

2. Integer
(-2147483648)-(+2147483647) arasında tam ədəd qiymətləri ala bilən dəyişən tipidir. Yaddaşda 4 Byte (32 bit) yer tutur.

nümunə:

Var

deyishen:Integer; //Yalnız -2147483648 ile 2147483648 arasinda qiymet verile biler

3. Int64
(-2^63)-(2^63-1) arasında tam ədəd ala bilən dəyişən tipidir. Yaddaşda 8 Byte (64 bit) yer tutur

nümunə:

Var
deyishen:Int64; //Yalnız -2^63 ile 2^63 arasinda qiymet ala biler.

Həqiqi ədəd dəyişən tipi

1. Real
(5.0 x 10^-324) ilə (1.7 x 10^308) arasında qiymət ala bilən həqiqi ədəd tipidir.
Yaddaşda 8 Byte (64 bit) yer tutur.


Var
deyishen:Real; //Yalniz yuxaridaki serhedler daxilinde qiymet ala biler

2. Extended
(+-3.6 x 10^-4951) və (+-1.1 x 10^4932) arasında qiymət ala bilən həqiqi ədəd
dəyişən tipidir. Vergüldən sonra 19-20 rəqəmə qədər tam dəqiqiliklə hesablaya bilir
Ayrıca yaddaşda 10 Byte (80 bit) yer tutur.
nümunə

Var
deyishen:Extended; //Yalniz yuxaridaki serhedler daxilinde qiymet ala biler

String(sətir tipi)

Delphidə ekrana verilən hər bir mesaj və yaxudda ki, proqrama daxil edilən hər hansı bir dəyişən sətir tipində olur buna görədə Delphidə ekrana mesaj verdikdə və ya klaviaturadan bir şey daxil edildikdə tip çevrilmələri həyata keçirilir.

String tipli sətirlər uzunluğu 255-dən çox olmayan simvollar ardılıcığından ibarətdir. Sətirlərin ümumi uzunluğu kvadrat mötərizədə göstərilir.
nümunə
Var
Setir1 : String [10];
Setir2 : String [18];
Setirmax : String;

Təsvirdə sətrin uzunluğu göstərilməzsə onda susmaya görə 255 simvola bərabər maksimal uzunluq götürülür.

hələlik bu qədər… növbəti məqalədə artıq tiplərdən istifadə etməklə ilk proqramımızı yazacağıq. Sağ olun.

Səs: 0. Bəyənilsin Zəifdir

Şərh yazın