Qrupumuzun Yeni Seminar Layihəsi

Hörmətli oxucularımız !

Azərbaycan Memarlıq və İnşaat Universitetinin dəstəyilə, qrupumuz yeni seminar layihəsinə başladı. Seminarlar İT sahəsində çalışan könüllü mütəxəsisslər tərəfindən aparılacaq. Seminarlarımız  İT sahəsinin müəyyən bölmələrini əhatə edəcək şəkildə, ən az ayda bir dəfə olmaq şərti ilə keçiriləcək. Seminarlarımızın məqsədi İT sahəsindəki informasiya çatışmazlığının aradan qaldırılmasına, tələbə və gənclərimiz inkşafına dəstək olmaqdır. Seminarlarda iştirak üçün heç bir ödəniş tələb olunmur. Seminarlarda iştirak etmək üçün qeydiyyat olmanız xahiş olunur.

Geniş məlumat əldə etmək üçün aşağdakı keçiddən istifadə edin.

Qeydiyyat üçün daxil ol

Mövzular :

–          Virtuallaşdırmaya ilkin baxış

–          Üstünlükləri və Tətbiq sahələri

–          VMware vSphere 5.0

Məruzəçilər : Elxan Əliyev, Elgüc Yusifbəyli

Məkan dəstəyi: Azərbaycan Memarlıq və İnşaat Universiteti

Təşkilatçılar: Texnologiya Azərbaycan, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mexanikləşdirmə və Avtomatlaşdırma fakültəsi, İnformasiya Kommunikasiya Texnologiyaları Mərkəzi

Media dəstəyi:  Young Azerbaijan www.young.az, Azərbaycan Memarlıq və İnşaat Universiteti www.azmiu.edu.az

Ünvan: Azərbaycan Memarlıq və İnşaat Universiteti, I korpus, auditoriya №108,

Tarix: 15 Dekabr 2012, saat 15:00

Təşəkkür edirik.

_________________

TechAz-KDQ

Şərh yazın