Linux üzərində Software RAID qurulması
RAID – “Redundant Array of İnexpensive Disks” birdən çox diskin bir araya gələrək, etibarlı və performanslı şəkildə işləməsini təmin edən sistemdir. RAID software və hardware ola bilir. Hardware raid controller’lər vasitəsilə quraşdırılır. Yəni həmin disklər əməliyyat sistemindən asılı olmadan işləyir. Software raid əməliyyat sistemi səviyyəsində işləyir. Performansı, hardware raid’dən aşağıdır. Bu məqaləmizdə software raid qurulması haqqında danışacağıq və RAID 5 quracağıq.
Kompüteri CentOS DVD’sindən boot edirik və ardıcıllıqla əməliyyat sistemini yükləməyə başlayırıq.
Aşağıda Basic Storage Device seçrik.
Create Custom Layout seçirik və Next etdikdən sonrakı pəncərədə qarşımıza 3 seçənək gəlir. Standart Partition, RAİD partition və LVM Phisical Volume. Biz ilk növbədə Standart Partition seçirik ki, bir ədəd “/boot” partition düzəldək. Çünki boot partitionı raid üzərində qurmaq olmaz.
500 mb’lıq boot partition düzəldirik.
Daha sonra yenidən create düyməsinə basib 3 ədəd ayrı-ayrı həcmlərdə RAİD partition düzəldirik. Birinci partition bizim “/ (root)” partition’ımız olacaq. İkinci partition bizim “swap” partition’ımız olacaq, üçüncü partition isə bizim “/export/home” partition’ımız olacaq. Bu əməliyyati 3 diskin üçünündə üzərində tətbiq edirik.
Birinci diskin üzərində 2048 mb’lıq raid partition düzəldirik. Sonra yenidən 3072 mb’lıq raid partition düzəldirik. Və bir ədəd daha 14800 mb’lıq raid partition düzəldirik. Deməli bizim bir diskimizin üzərində 3 ədəd raid partition oldu. Bu ardıcıllığı növbəti hər iki diskin üzərindədə tətbiq edirik.
Beləcə 3 diskimizin üçüdə eyni həcmli hissələrə bölünmüş oldu. Yenə create düyməsinə basırıq və RAID Device seçib create edridik.
Mount Point / göstəririk, file system ext4, raid device md0 və raid səviyyəsini RAİD5 seçirik. RAİD Members hissəsində eyni həcmli sda,sdb,sdc disklərini seçirik və OK edirik.
Daha sonra yenə create duyməsinə basıb “file system type” hissəsində swap seçib, md1 və RAID 5 seçirik. Hər 3 diskdə eyni həcmli partitionları seçib OK düyməsinə basırıq.
Eyni ardıcıllıqla 3-cu partition’nımızı şəkildəki kimi tanımlayırıq.
Bizim partition table’ımız aşağıdakı kimidir. md0, md1, md2 raid disklərimiz hazırdır.
Next düyməsini ardıcıllıqla basırıq əməliyyat sistemi qurulur.
Sistem açılandan sonra partition’larımızı yoxlayaq.
#df -h
/dev/md0 29G 3.2G 24G 12% /
tmpfs 504M 88K 504M 1% /dev/shm
/dev/sda1 485M 31M 429M 7% /boot
/dev/md2 6.0G 140M 5.5G 3% /export/home
Swap partition’ımızı yoxlamaq üçün “free” komandasından istifadə edirik
#free -m
total used free shared buffers cached
Mem: 1006 250 755 0 23 115
-/+ buffers/cache: 111 895
Swap: 4092 0 4092
/proc/mdstat faylının içində raid qurğular haqqında məlumat saxlanılır. Bunu yoxlamaq üçün
#cat /proc/mdstat
md2 : active raid5 sdb2[1] sda3[0] sdc2[3] 6288384 blocks super 1.1 level 5, 512k chunk, algorithm 2 [3/3] [UUU] bitmap: 0/1 pages [0KB], 65536KB chunk
md1 : active raid5 sda4[0] sdc3[3] sdb3[1] 4191232 blocks super 1.1 level 5, 512k chunk, algorithm 2 [3/3] [UUU]
md0 : active raid5 sda2[0] sdc1[3] sdb1[1] 30307328 blocks super 1.1 level 5, 512k chunk, algorithm 2 [3/3] [UUU] bitmap: 1/1 pages [4KB], 65536KB chunk
Başqa bir məqalədə görüşmək arzusu ilə.
Aydin Əliyev
____________
SCSA, SCNA
Müəllif hüquqları qorunur