“BakuTel 2012” çərçivəsində Microsoft Azərbaycan şirkəti tərəfindən Microsoft Windows 8 təqdim olunacaq

“BakuTel 2012” beynəlxalq sərgi və konfransı çərçivəsində Microsoft Azərbaycan tərəfindən təqdim edəcəyi əsas məhsul şirkətinin ən yeni əməliyyat sistemi – Microsoft Windows 8 olacaq. Bundan əlavə, şirkətin stendində qonaqlar cari ilin sentyabr ayının əvvəlində Windows Server 2012 adı altında rəsmi istifadəyə buraxılmiş yeni server əməliyyat sistemi ilə də tanış ola biləcəklər. 

Qeyd edək ki, 2012 il ümumiyyətlə Microsoft korporasiyasının tarixində ən məhsuldar illərdən biri oldu. Flaqman məhsullar ilə yanaşı istifadəçilərin sərəncamına müəssisələrin infrastrukturunu optimallaşdırmağa kömək edən System Center 2012 və SQL 2012 server məhsulları da verildi. “BakuTel 2012” ziyarətçilərinə smartfonlar üçün ən yeni Windows Phone 8 əməliyyat sistemi və bu ildən bəri Azərbaycan istifadəçilərinə müyəssər olacaq Office 365 bulud (məsafəli şəbəkə) xidməti təqdim olunacaq. Bütün qonaqlara Windows 8 və Windows Phone 8 sistemlərinin işini şirkətin stendində sərgilənmiş noutbuk və planşet kompüterlərində və smartfonlarda bilavasitə sınamaq imkanı veriləcək. Kiber-idman həvəskarları hazırlanan şou daxilində Kinect və Xbox 360 qurğularının birgə işinini görməkdən və şəxsən sınamaqdan zövq alacaqlar

Qeydiyyat

Qaynaq: BakuTel

 

 

Şərh yazın