CentOS’da Web server qurulması
Web server qurmaq üçün bizim əməliyyat sistemimizdə PHP və MySql paketlərinin qurulu olması lazımdır. İlk növbədə bunları quraq.
CentOS’da “yum” komandası paketlərin internetdən avtomatik olaraq yüklənməsini təmin edir. yum komandası vasitəsilə mysql və php qururuq, yəni ilk növbədə aşağıdakı sətiri işlədirik:
#yum install httpd php mysql bind mysql-server php-mysql
Bu komandanı işlədəndən sonra bir müddət gözləyirik, paketlər tam qurulduqdan sonra Complate! yazacaq.
Mysq və php servislərinin (sistemin hər açılışında) avtomatik işləməsi üçün aşağıdakı komandaları işlətməliyik:
#chkconfig httpd on
#chkconfig mysqld on
-> İndi servislərimizi başladaq.
#service httpd on
#service mysqld on
Indi isə mysql root şifrəmizi quraq
/usr/bin/mysqladmin –u root password “yeni şifrə”
Mysql servisini restart eləmək üçün
#service mysqld restart
fayllarınızı atın /var/www/html/ qovluğuna və browser’də serverin IP adresini yazib yoxlayin.