Delphidə dəyişənlərin elan edilməsi
Salam. Mən bu məqalədə sizlərə ‘delphi’də dəyişən elan etməyi izah edəcəm…
əvvəlcə sizlərə bəzi bilməniz lazım olan məlumatları verim
1.Mənsubetmə operatoru
mənsubetmə operatoru ‘ :=’-dir yəni biz a:=b yazarsaq bu o deməkdir ki,b nin qiyməti artıq a-ya mənsub edildi.Yəni əvvəlcə a=5, b=3 idisə a:=b-dən sonra həm a,həm də b-nin qiyməti 3-ə bərabər olur.
2. Proqramda Şərh vermək
Şərh vermək nə deməkdir?- başa düşməyə çalışaq… Siz gələcəkdə iri həcmli proqramlar yazdıqda yazdığınız kodların digər oxuyucular və ya sizin özününüz tərəfindən yaxşı anlaşılması üçün şərhlərdən istifadə etməlisiniz. Şərhlər proqram tərəfindən oxunmur ,yəni bunların proqram kodları arasında olmasının əhmiyyəti yoxdur.
Tək sətrlik Şərh üçün // simvollarından, çox sətrlik şərhlər üçün isə {} simvlollarından istifadə edilir
Nümunə:
forma bir button əlavə edin(standart)
və onun click hadisəsinə bu kodları yazın (buttonun click hadisəsinə düymənin üzərində mousenin sol düyməsini 2 dəfə basmaqla və ya object inspector da events hissəsindən də çata bilərsiniz):
ShowMessage(‘technet.az’); //men burda tek setrlik sherh verdim
{ve burda
ise chox setrli
sherh verdim}
İndi isə proqramı işə salıb nəticəsinə baxaq.
Göründüyü kimi bizim proqramda // simvolundan sonra və {} arasına yazdıqlarımızdan heç bir söz daxil edilməyib yəni proqram sətirləri oxuya-oxuya gəlir və bu simvollara çatdıqda bunları oxumadan keçir
İndi artıq dəyişən mövzusuna baxa bilərik.
Əvvəlcə dəyişən nədir?- onu başa düşməyə çalışaq…
DƏYİŞƏN-lər adından da görsəndiyi kimi dəyişirlər , yəni proqram mətnində dəyişən olaraq elan etdiyimiz ifadə proqramın gedişindən asılı olaraq dəyişir.Məsələn biz başda a dəyişəninə 5 rəqəmini mənsub etmişiksə və daha sonra proqramın gedişində biz onun kvadratın alsaq onda a-nın qiyməti artıq 5 deyil 25 olacaq ,yəni dəyişəcək…
Dəyişənləri biz procedure və begin əmrləri arasında elan edirik.
Delphinin bizim verdiyimiz identifikatoru tanıması üçün onu dəyişən olaraq elan etməliyik .Bunun üçün var açar sözündən istifadə edəcəyik .Bir dəyişəninin elan edilməsi ümumi şəkildə belə olur:
var
deyisenin_adi:deyisenin_tipi;
məsələn:
var
a:integer;
və yaxud
var
a,k:real;//burada biz bir sətirdə bir neçə dəyişən elan etdik
Delphidə işlənən tipləri hələ izah etməyəcəm, sadəcə siz integer in tam,real ın həqiqi və bir də string in sətir tipi olduğunu bilin hələlik bunlar yetərlidir…
İndi bu yazdıqlarımıza aid delphidə bir nümunəyə baxaq…
Məsələn: buttonun click hadisəsinə bu kodları yazaq
var //acar sozumuz
telebenin_bali:Integer; //’telebenin_bali’ verdiyimiz ad ve ‘integer’ onun tipi
begin
telebenin_bali:=100;
ShowMessage(IntToStr(telebenin_bali));
end;
İndi isə proqramın gedişinə baxaq…
Burada dəyişənlər üzərinə bir dəfə basdıqda 100-ü mənsub etdiyimiz telebenin_bali ekrana verildi
yuxarıdakı əmrlərdə bizim bilmədiyimiz əmr inttostr idi ki bu da integer tipli ədədi string tipinə (yəni sətir)tipinə çevirir.
Ən axırda sizlər dəyişən adı olaraq nələri istifadə edə və nələri istifadə edə bilməzsiniz onları deyim…
1. sizin dəyişənə verdiyiniz ad(identifikator) rəqəmlərlə başlaya bilməz
2. Boşluqdan və bu simvollardan heç biri istifadə edilə bilməz
@ $ ‘ ( ) * + , – . / : ; = # [ ] ^ { }
3. _ simvolunu istifadə edə bilərsiniz
4. Delphinin özünün istifadə etdiyi xidməti sözləri istifadə edə bilməzsiniz
end begin string real procedure if else və.s
5.Bəzi Azərbaycan şriftləri istifadə etmək olmaz, məsələn:
Ə,Ş,Ü,I,Ö,Ğ,Ç
6.Və birdə verdiyiniz adın uzunluğu 63 simvoldan uzun olarsa onda ilk 63 simvolu qəbul edəcək
inanmıram ki, kimsə 63 simvol uzunluğunda ad versin…
artıq bu məqalənin də sonuna çatdıq növbəti məqalələrdə görüşənədək…