Transitioning Active Directory (2003-2008 r2)
Xoş gördük. Məqaləmizin bu hissəsində Active Directory struktrunun Server 2003 üzərindən Server 2008 R2-yə daşınmasına nəzər yetirəcəyik. Bu metod bir növ keçid xarakteri daşıdığı üçün bu əməliyyat Transition adlanır. Əvvəlki məqalələrimizdə qeyd etdyimiz kimi x86 platformasına malik server sistemlərini birbaşa yəni in place upgrade metodu vasitəsilə x64 platformasına upgrade etmək mümkün deyil. Lakin bəzi metodlar vasitəsilə əvvəlki sistemlərimizi yeni sistemlərə daşımaq imkanımız var. Bu günki məqaləmizdə bu metodlardan biri vasitəsilə 2003 Server üzərində xidmət göstərən Active Directory struktrunu Server 2008 r2 ƏS-mi üzərinə daşıyacağıq. Bu əməliyyat ciddi bir addım olduğu üçün ilk öncə əvvəlki serverin backupını almaq məqsədə uyğun olacaq. Aşağıdakı ehtiyac olan addımları izləyərək əməliyyatları tamamlayırıq.
1. DCSrv2003 üçün izlənəcək addımlar.
– Sp2 və bütün vacibli update paketləri qurulmuş olmalıdır.
– Domain Functional Level 2003 moduna çəkilməlidir.
– Active Directory strukturu 2008 R2 –yə keçid üçün hazırlanmalıdır.
2. BDCSrv2008R2 üçün izlənəcək addımlar.
– Domainə üzv edirik.
– Additional Domain Controller olaraq sazlayırıq (Additional Domain Controllerin Sazlanması məqaləsinə bax)
– FSMO rollarını 2003 üzərindən 2008 server üzərinə daşıyırıq.
Qeyd : Əgər əvvəlki Server 2003 ləvğ olunacaqsa aşağıdakı addımları izləyirik.
1) Server 2003 üzərində dcpromo əmrini icra edərək Active Directory struktrunu ləvğ edirik.
2) Server 2008 R2 üzərindəki İP və DNS adreslərinin keçmiş Server 2003-ün İP və DNS adresləri ilə əvəz edirik.
Qeyd edim ki, bəzi məqalələr saytmız üzərində mövcud olduğu üçün həmin addımları təkrarən yenidən incələməyəcəyik.
1. Serverlər üzərində İp adresləri aşağıdakı şəkildədir.
2. Server 2003 üzərində Domain Functional Leveli 2003 modunua çəkirik.
3. Server 2008 R2 diskini Server 2003 ƏS üzərində açdıqdan sonra CMD üzərindən Support – adprep qovluğuna daxil olub aşağıdakı addımları tamamlayırıq.
3.1) adprep32 /forestprep
3.2) adprep32 /domainprep
3.3) adprep32 /domainprep /gpprep
3.4) adprep32 /rodcprep (optional) çalışdırmadan keçə bilərsiniz.
Aşağıdakı qeyd etdiyim əməliyyatlar Server 2008 R2 (BDCSrv2008R2) üzərində gerçəkləşdiriləcək.
4. Server 2003 üzərindəki addımları tamamladıqdan sonra sıra gəldi Server 2008 R2 üzərində Additional Domain Controllerin sazlanmasına.
(Additional Domain Controllerin Sazlanması məqaləsinə bax) . Additional Domain Controlleri sazladıqdan sonra Server 2003 üzərindəki rolları Server 2008 R2 üzərinə daşıya bilərik. Bu əməliyyatları tamamlamaq üçün aşağıdakı addımları izləyək.
a) Server 2008 R2 üzərində CMD-yə daxil olaraq Netdom query fsmo əmrini icra edərək rolların hansı server üzərində olduğuna nəzər yetiririk. Gördüyümüz kimi hazırda rollar Server 2003 DC üzərində yer alır.
5. Bu məqaləmizdə rolları GUİ moddan istifadə edərək daşıyacağımız üçün Schema Master roluna aid schmmgmt.dll faylını qeydiyyat edirik.
6. Aşağıdakı addımıları izləyərək FSMO rollarını BDC2008R2 üzərinə daşıyacağıq. Active Directory Users and Computers bölməsindən domain adı üzərində sağ düymə vasitəsilə Operation Masters bölməsinə daxil oluruq.
7. Operation Masters bölməsindəki hər üç rolu Change düyməsi vasitəsilə ADC (BDCSrv2008R2) üzərinə daşıyırıq.
8. Active Directory Domains and Trusts üzərindən sağ düymə vasitəsilə Operations Master bölməsinə daxil olaraq eynilə bu roluda ADC üzərin daşıyırıq.
9. Bu addımda Start – Run – mmc yazaraq Microsoft idarəetmə panelinə daxil olub File – Add/Remove Snap-in bölməsindən Active Directory Schema panelini Add – OK deyərək davam edirik.
10. Active Directory Schema paneli üzərindən ADC-ni seçərək davam edirik.
11. Eyni addımlar təkrar edərək Schema Master rolunu ADC üzərinə daşıyaraq əməliyyatlarımızı tamamlamış oluruq.
12. Bütün addımları tamamladığımız üçün netdom query fsmo əmrini ADC üzərində yenidən çalışdıraraq bütün rolların daşındığını doğrulamış oluruq.
13.Son addım Active Directory Users and Computers – Domain Controller bölməsinə daxil olaraq DCSrv2003 üzərində General bölməsində yerləşən Global Catalog işarəsini ləvğ edirik.
Bu addımları tamamladıqdan sonra mütləq bir neçə saat gözləməkdə yarar var ki, domainlər arası dəyişikliklər tam tətbiq olunsun. Əgər böyük şəbəkə struktruna maliksəniz Active Directory Sites and Services bölməsindən DC-lər arası replikasiyların doğru şəkildə getdiyini test etmək yararlı olacaq.
14. Bütün əməliyyatları tamamladığımıza görə Server 2003 üzərindən Active Directory xidmətini rahat bir şəkildə silə bilərsiniz. DCSrv2003 üzərində Start -Run – dcpromo əmrini icra edərək this server is the last domain controller in the domain bölməsini qeyd ETMƏdən next düyməsi ilə davam edərək keçmiş domain xidmətini struktrumuzdan ləvğ etmiş oluruq.
Əlavə olaraq bildirim ki, əgər bütün DC-ləriniz artıq Sever 2008 R2 üzərindədirsə Server 2008 R2-nin imkanlarından tam yararlanmaq üçün Functional Level-ləri 2008 R2 moduna çəkməyi unutmayın. İnanıram ki hər kəs üçün vacib və yararlı məqalə olmuşdur. Başqa bir məqalədə görüşmək arzusu ilə.
Elgüc Yusifbəyli
______________
MCT
Müəllif hüquqları qorunur