Aging və Scaveging

Bu dəfə ki, məqaləmiz DNS`dəki Aging və Scavenging haqqında olacaq.Bizim tərəfimizdən düzəldilən rekordlar, biz bu rekordları silənə qədər qalır.Ancaq kompüterin özünün düzəltdiyi rekordlar isə istifadə olunmadıqda silinmələdir.Təbii ki, bu rekordları əl ilə silməmiz bizim yararımıza olmaz.Həm çoxlu vaxt lazımdır, həm də enerji sərf etmək lazımdır.

Hər hansı bir zona üçün Aging və Scavenging tətbiq etmək istəyiriksə, bunun üçün zonanın üzərinə gəlib, Properties`nə daxil oluruq.Burada Aging seçirik.Açılan pəncərədə “Scavenge stale resource records” xüsusiyyəti aktiv edirik.

İndi isə burada olan dəyərlər haqqında danışaq.

“No refresh interval” və “İnterval Refresh”`in cəmi bir rekordun nə vaxt silinəcəyini təyin edir.

“No refresh interval”- müddəti rekord ilk daxil olduğu andan hesablanır.Bu müddət bitənə qədər rekordun sahibi olan kompüter nə qədər müraciət etsə də DNS`ə rekord yenilənməz.

“İnterval Refresh” – müddəti ərzində isə rekordun sahibi olan kompüter əgər DNS`ə müraciət etməsə, rekord silinir. “İnterval Refresh” müddəti ərzində müraciət edilərsə, rekord yenilənir.

Aging və Scavenging aktiv etmək lazımdır.İstərsək, Scavenging`i özümüz əl ilə də həyata keçirdə bilərik.Bunun üçün DNS Serveri adı üzərində mouse`un sağ düyməsini sıxıb, “Scavenge Stale Resource Record” seçirik.

İstərsək bunu avtomatik olaraq da aktiv edə bilərik.Bunun üçün DNS Serveri adı üzərində mouse`un sağ düyməsini sıxıb, Properties`ə daxil oluruq.Sonra oradan “Advanced” TAB`ına keçirik.Burada “Enable automatic scavenging of stale records” aktiv edirik.

DNS`də olan bütün zonalar üçün bu xüsusiyyəti aktiv etmək istəyirsinizsə, bu zaman DNS`də Server adının üzərində mouse`un sağ düyməsini sıxıb, “Set Aging/Scaveging for all zones” seçirik.Bu zaman bunu Active Directory integrated olan zonalara da tətbiq edə bilirik.

Əgər, zonamız Active Direcotry integrated deyilsə, bu zaman bu zona üçün Aging aktiv etmək istəytiriksə, zonanın adı üzərinə gəlib, sağ düymə sıxıb, Properties`ə daxil oluruq.Buradan General TAB`ından AGİNG üzərinə sıxıb aktiv edirik.

Kiçik məqalə də olsa, fikrimcə yararlı bir məqalə oldu.Bir çox zaman Aging və Scaveging fikir qarışıqlığı əmələ gətirir.Bu məqalədə çalışdıq ki, bunlara aydınlıq gətirək.

Növbəti məqalələrdə görüşənə qədər.

Yazar: Fərhad KƏRİMOV | MCITP: Enterprise Administrator

Səs: +10. Bəyənilsin Zəifdir

Müəllif: Farhad KARIMOV

Şərh yazın