MS SQL Server və ilkin anlayışlar

İlk olaraq sizlərə SQL Serverin nə olduğunu, hansı məqsədlər üçün istifadə olunduğunu izah etmək istəyirəm.
MSSQL Server məlumat bazaları sisteminin idarə olunması üçün bir vasitədir.

Bəs məlumat bazası nədir?

Məlumat baza sistemi gələcəkdə istifadə etmək üçün məlumatların və ya informasiyanın saxlandığı fiziki və virtual mühitlərin ümumi adıdır. Belə ki, əvvəllər bu cür məlumatları saxlamaq üçün fayl sistemindən istifadə edilirdi. Yəni eyni kateqoriyaya mənsub olan məlumatlar eyni qovluq daxilində saxlanılırdı. Bu isə bir çox hallarda problemlər yaradırdı.

Bu problemləri aradan qaldırmaq üçün zamanla məlumat bazalarının idarəetmə sistmeləri meydana gəldi. (MBİS).
Fayl mühitində məlumat saxlama aşağıdakı problemləri yarada bilər.

• Məlumat təkrarı və məlumatın əsassızlığı
• Məlumatın paylaşılamaması
• Tətbiqdəki hər bir dəyişikliyin və əlavələrin ancaq mütəxəssislər tərəfindən edilə bilməsi.
• Məlumatların axtarışı və istifadə olunmasındakı çətinliklər.
• Məlumatlarla işləmə bacarığın kompleks şəkildə tələb olunması
• Bütünlük (integrity) problemləri
• Təhlükəsizlik, gizlilik problemləri
• Dizayn fərqlilikləri, standartın olmaması
• Ehtiyyat nüsxənin (Backup) çıxarılması, yenidən başlatmaq (restart) və təmir – bərpa (maintenance) əməliyyatlarının qeyri-mümkünlüyü.

Məlumat baza idarəetmə sistemlərinin faydaları

• Eyni məlumatların təkrarının qarşısının alınması; məlumatların mərkəzi yoxlamasının və
Tutarlılığının (integrity) təmin edilməsi
• Məlumat paylaşmasının təmin edilməsi
• Fiziki quruluş və müraciətlərin çoxlaylı arxitekturalarla istifadəçilərdən gizlədilməsi
• Hər istifadəçiyə yalnız ona məxsus məlumatların, vərdiş etdiyi asan, aydın olan
strukturlarda təqdim edilməsi
• Təqdim edilən ümumi görünüş, dizayn və inkişaf etdirmə vasitləri ilə tətbiq proqramı
yazılmasının asanlaşması.
• Təhlükəsizliyin istənilən səviyyədə təmin edilməsi
• Sadələşmiş ehtiyat nüsxə çıxarma, təmir-bərpa işləri, yenidən başlatma funksionallığı

Ən çox istifadə edilən MBİS
MS SQL Server: Orta və böyük ölçülü məlumatların saxlanılması üçün istifadə edilir. ANSI SQL-ə əlavələr yazmaq üçün T-SQL istifadə edilir. *
Oracle: Daha çoxböyük həcmli tətbiqlərdə seçilən bir MBİS-dir. ANSISQLə əlavələr etmək üçün PL/SQL yaradılmışdır
Sybase: Orta və böyük ölçülü məlumatların saxlanılması üçün istifadə edilir. ANSI SQL-ə əlavələr yazmaq üçün T-SQL istifadə edilir
Informix: Orta və böyük ölçülü MBİS-dir.
MySQL: Ümumiyyətlə Unix-Linux mühitində istifadə olunan bu MBİS əsasən Veb tətbiqlərin yaradılmasında isitifadə olunur.
Postrage SQL: Bu da MySQL kimi açıq qaynaqlı bir MBİS-dir
MS Access: Çoxlu istifadəçi dəstəyi yoxdur. Əməliyyat sisteminin təmin etdiyi təhlükəsizlik səviyyəsində qoruna bilər.Kiçik həcmli məlumatların idarə edilməsi üçün MBİS-dir.
DB/2: IBM-in framework-ləri ilə işləyən MBİS-dir
* MBİS-lərin bir çoxu ANSI SQL-in edə bilmədiyi əməliyyatları etmək üçün əlavə proqramlaşdırma əmrləri meydana gətirmişlər. Bunun üçün MS SQL Server və Sybase SQL Server Transact SQL (T-SQL) deylən əmrlər tolpusunu hazırlamışlar.
Oracle isə PL/SQL ilə bu problem həll edir.Növbəti məqalələrdə danışacağımız Stored Procedure (gizli prosedurlar), Trigger, Funksiya kimi MBİS-lərin əvəzolunmaz obyektləri məhz bu əlavə dillərin köməkliyi ilə yazılır.
**MBİS-ləri ortaq olaraq ANSI SQL üzərində inkişaf etdirildiyi üçün birinin öyrənilməsi digərlərinin də 90% öyrənilməsi deməkdir.

Növbəti məqalədə görüşmək diləyi ilə, uğurlar.

İsmayıl İsmyılov

__________________

Könüllü

Səs: +10. Bəyənilsin Zəifdir

Şərh yazın