“Delphi”yə giriş.

Salam. İnşallah mən bu yazıda sizlərə Delphi proqramlaşdırma mühitini tanıdacam.Amma istəyirəm ilk öncə Delphi haqqında sizlərə bir az məlumat verim.Delphi hal-hazırda dünyada geniş şəkildə yayılmış bir dildir,amma təəssüflər olsun ki,ölkəmizdə bu dil çox da geniş yayılmamışdır və üstəlik də bəziləri tərəfindən belə fikir formalaşır ki,artıq bu dilin dövrü bitmişdir,buna səbəb kimi də Delphi dilinə qarşı alternativ olaraq C++ və Java dillərini qarşı qoyulmasıdır.Məncə hər dilin öz üstünlükləri və təyinatı olan sahələr var əlbətdə ki,söhbət sistem proqramlaşdırmasından və ya hər hansısa bir drayverin yazılmasından gedirsə burda delphi sizə yardım etməyəcək ancaq,hər hansı Tətbiqi proqramların yazılmasında Delphi sizin işinizi çox rahat görəcək

Delphi mühiti proqramnızın yüksək effektivli işini təmin edən mürəkkəb mexanizmdir. Vizual olaraq bu ekranda eyni zamanda bir neçə pəncərənin açılması vasitəsi ilə reallaşır. Bu pəncərələr ekran boyu hərəkət edə , bir-birinin bir hissəsini və ya tam örtə bilirlər.Delphi açılanda aşağıda gördüyünüz bu pəncərələr açılmış olur.

İndi isə bu pəncərələrin nə olduqlarına baxa:

Əsas pəncərə

Bu proqramın əsas pəncərsidir ki,bura bir neçə hissələrdən təşkil olunub məsələn komponentlər palitrası (standart,additional və.s).

Form pəncərəsi

Bura bizim ən çox işləyəcəyimiz pəncərələrdən biridir.Buraya komponentlər palitrasından komponentləri yerləşdirik.Form üzərində komponentləri mouse ilə yerini dəyişə bilərik.

Kod pəncərəsi

Bu isə kod pəncərəsidir ki,proqramlaşdırmada ən çox vaxt keçirəcəyimiz bölmədir.
Kod pəncərəsində biz form üzərindəki hər bir komponentə aid olan xüsusi kodları(əmrləri) yazacağıq!
Əmrlər
begin

sizin kodunuz

end
arasına yazılır,əgər dəyişən tanıdacağıqsa bunu begin ilə procedure arasına var yazıb dəyişənlərimizi əlavə edə bilərik.

Object inspector(özəlliklər və hadisələr)

Burda hər bir obyektin xassələri və hadisələri yerləşir,əgər biz mousla hər hansı obyekti(məs:button) seçsək onda object inspectorda onun xassələri aktiv olacaq.
Bu pəncərə iki hissədən ibarətdir,properties(xassələri məs:adı,görünüşü və.s) və events(hadisələr məs:buttonun conclick və.s)

Object tree view

Kod bələdçisi….böyük proqramlarla işlədikdə obyektlər arasında rahat dolaşmağımıza şərait yaradacaq.

İndi isə sonda kiçik bir proqram yazmaqla yazımızı sonlandıraq.
Forma bir ədəd button yerləşdirib onun onclick hadisəsinə bu kodu yazaq:

showmessage('salam technet ailesi');

Daha sonra proqramı compile edib işə salırıq və əgər biz buttona bir dəfə bassaq onda bu mətn ‘salam technet ailesi’ mesaj olaraq görsənəcək.

Bu yazıda aşağıdakı mənbələrdən istifadə olunub:
1.Z.T.Məhərrəmov Pascaldan Delphiyə
2.İhsan Karagülle Borlan Delphi 7

 

Sevdimalı İsa

_______________________

Könüllü

Səs: 0. Bəyənilsin Zəifdir

Şərh yazın