Active Directory Database`in köçürülməsi

Bu məqaləmizdə biz Active Directory Database`nin və Log`larının köçürülməsini həyata keçirdəcəyik.Active Directory qaldırılan zaman default olaraq database və log`lar “%systemroot%\NTDS”  yoluna saxlanılır.Bəzən ola bilər ki, biz bunları hansısa səbəbdən yerini dəyişək.Çalışacağıq ki, bu məqaləmizdə biz bu köçürməni həyata keçirdək.Bunun üçün ilk öncə serverimizi restar edirik və F8 düyməsinə sıxırıq.Açılan menyudan Directory Service Restore Mode seçirik.

Daha sonra qarşımıza çıxan pəncərədə Administrator loginimizi və Active Directory qaldırarkən, təyin etdiyimiz Restore Mode şifrəsini daxil edirik.

Logon olduqdan sonra isə Command Prompt`a daxil olub, “NTDSUTİL” yazırıq.

Daha sonra isə “Activate İnstance NTDS” yazıb, ENTER düyməsinə sıxırıq.

İndi isə “FİLES” yazaraq ENTER düyməsinə sıxırıq.

Daha sonra köçürməni həyata keçirtmək üçün bu komandanı  “move DB to F:\newDB”  yazırıq. F:\newDB olan yerə siz database`i hara köçürdürsünüzsə o yolu yazacaqsınız.

Bu komandadan sonra bir neçə saniyə gözləyirik.Köçürmə prosesisinin uğurla sonlanması haqqında aşağıdakı kimi bir məlumat alacaqsınız.

Database`i uğurla köçürtdük, indi isə Log`ları köçürdək.Bunun üçün “move logs to F:\newDB”  yazırıq. F:\newDB olan yerə siz Log`ları hara köçürdürsünüzsə o yolu yazacaqsınız.

Köçürmənin uğurla başa çatması haqqında aşağıdakı kimi məlumat alacaqsınız.

Gördüyünüz kimi köçürmə işlərimiz uğurla başa çatdı.İndi isə “F” diskini yoxlayaq görək həqiqətən köçürmə işimiz uğurla başa çatıb ya yox?Bunun üçün “F” diskinə daxil olub, “newDB” qovluğunun içərisinə daxil oluruq.

Yuxarıdakı şəkildən də gördüyünüz kimi database və Log`lar uğurla köçürülmüşdür.

Növbəti məqalələrdə görüşənə qədər.

Yazar: Fərhad KƏRİMOV | MCITP: Enterprise Administrator

Səs: +20. Bəyənilsin Zəifdir

Müəllif: Farhad KARIMOV

Şərhlər ( 1 )

  1. sagolun

Şərh yazın