Vmware Workstation 8.0 üzərində Hyper-V-nin sazlanması

Xoş gördük. Bu günki məqaləmdə sizlərə Vmware 8.0 üzərində Server 2008 ilə gələn yeniliklərdən biri olan Hyper-V-nin yüklənməsini sizlərə izah etməyə çalışacağam. Hyper-V haqqında saytımızda yetərli məqalə mövcud olduğu üçün əməliyyatlarımızın əsas məqamlarına toxunacağam. Real olaraq vmware üzərində Hyper-v qurmaq istədikdə bunun dəstəklənmədiyinin şahidi olacağıq. Aşağıdakı aparacağımız əməliyyat İntel arxitekturası üçün keçərlidir. Təbii ki, real həyatda Hyper-v xidməti real avadanlıqlar üzərinə qurulmalıdır. Biz test məqsədləri üçün bu metoddan istifadə edirik. Başlamamışdan əvvəl nəzərinizə çatdırımki intel VT-x funksiyası BİOS-dan aktivləşdirilməlidir. Sizin komputerdə BİOS seçimləri fərqli ola bilər. Nümunə üçün aşağıdakı şəkilə baxa bilərsiniz.

Vmware Workstation 8.0 proqramının trial versiyasını aşağıdakı keçiddən yükləyə bilərsiniz:

Vmware Workstation 8.0

Proqramı yükləyib qurduqdan sonra virtual əməliyyat sistemimizi qururuq.

1) Create a New Virtual Machine

2) Hardware Compability seçimini Workstation 8.0 seçib davam edirik.

3) Virtual ə.s-ni yaratdıqdan sonra CPU configurasiyasında olan Virtualize Intel VT-x/EPT or AMD-V/RVI funksiyasını seçirik

4) Yaratdığımız virtual ə.s-nin .vmx formatlı faylını notepad ilə açıb ən aşağı sətirə hypervisor.cpuid.v0 = “FALSE” sözünü əlavə edib yaddaşa veririk.

5) Vmware ilə əlaqəli dəyişiklikləri etdikdən sonra virtual Server 2008 R2-ni normal qaydada qurmağa davam edib Hyper-V servisini işə salırıq.

6) Artıq Hyper-V qurulub istifadəyə yararlıdır. Artıq Hyper-V testlərini rahat şəkildə həyata keçirə bilərik.

İnanıram dostlarımız üçün yararlı olacaq. Suallar üçün Techneta.az Facbook qrupumuzdan istifadə edə bilərsiniz.

Sübhi Tağıyev

______________

 

Səs: +30. Bəyənilsin Zəifdir

Müəllif: Sübhi Tağıyev

Şərh yazın