Windows Server 2012 DNS Qurulması
Dostlar, əgər xatırlayırsınızsa, Windows Server 2012 haqqında ilk məqaləmiz Windows Server 2012`nin qurulması oldu.Növbəti məqaləmiz isə Windows Server 2012 üzərində DNS`in qurulması olacaqdır.Yəqin ki, DNS haqqında danışmağıma ehtiyac yoxdur.Hər kəs bunun nə işə yaradığını bilir.Əgər, bilməyən varsa, Technet üzərində axtarışa verib, DNS haqqında məqalə və video dərsliklər tapa bilərlər.DNS`I yükləmək üçün ilk öncə Server Manager`I açırıq, sonra “Add roles and features” seçirik.
Bundan sonra bizi aşağıdakı kimi pəncərə qarşılayacaq.
Bu pəncərədə “NEXT” üzərinə vuraraq davam edirik.Sonra aşağıdakı pəncərə gəlir.Bu pəncərədə biraz diqqətli olmaq lazımdır.
Biz “Role-based or feature-based installation” seçib, davam etməliyik.Əgər, “Remote Desktop Services installation” seçsək aşağıdakı kimi bir xəta ilə üzləşəcəyik.
Bunu seçmək üçün gərək server domain`ə daxil olsun.Bunun haqqında da məlumat verdiyimizə görə indi davam edək.
Davam etdik də aşağıdakı pəncərə gələcək.
Bizə lazım olan birinci seçimdir.Əgər, birincini seçərsək, aşağıda siyahıda bizim serverin adı gələcək.
İkinci seçimi istifadə edərək, hər hansı bir rolu virtual hard diskə bağlaya bilərik.
“NEXT” dedikdən sonra aşağıdakı pəncərə gəlir.Bu pəncərəni biz daha öncə də görmüşük. Windows Server 2012`də sadəcə olaraq görünüşü biraz dəyişib.Bizə lazım olan DNS`I seçib, davam edirik.
Sonra bizə lazımı features`lərin(xüsusiyyətlərin) əlavə olunması haqqında məlumat verən, bir pəncərə ilə qarşılaşacağıq.Burada “Add Features” deyərək, davam edirik.
Sonra aşağıdakı pəncərələrdə “NEXT” deyərək, davam edirik.
Sonra gələn pəncərədə “İnstall” düyməsinə sıxırıq.
Sonra yüklənmənin getdiyi haqqında bizə məlumat verən bir pəncərə gəlir.
Yüklənmə bitdikdən sonra əgər Dashboard`a nəzər salsanız, görərsiniz orada DNS`ə aid bir bölmə gəlib.
Eyni zamanda Server Manager`in yuxarı sol tərəfində də DNS aid bölmə var.Bir sözlə heç cürə gözümüzdən yayına bilməz.
İndi bu dəqiqə sual verirsiniz ki, bəs DNS Manager`ə necə daxil olaq?
Sizcə bunu heç yaddan çıxardarlar?
3 yolla DNS Manager`ə daxil ola bilərsiniz.
1)Server Manager`də sol tərəfdə olan DNS üzərində mouse`un sağ düyməsini sıxaraq, “DNS Manager” seçərək daxil ola bilərsiniz.
2)Server Manager`də Tools bölməsindən “DNS” seçərək, daxil ola bilərsiniz.
3)Başqa bir yol isə START`dan “DNS” seçərək, daxil ola bilərsiniz.
Hal-hazırda qarşınızda Windows Server 2012 DNS Manager pəncərəsi var.
Məqalənin başlanğıcında qeyd etdiyimiz kimi bu məqaləmizdə ancaq Windows Server 2012 üzərinə DNS Serverin qurulmasını izah etməyə çalışdıq.Ümid edirik ki, az da olsa işə yararlı olacaq.
Növbəti məqalələrdə görüşənə qədər.
Yazar: Fərhad KƏRİMOV | MCITP: Enterprise Administrator
Şərhlər ( 5 )
Əla.. Zehninizə qüvvət, məqalələri axsatmadan artırmaq lazımdır.. Davam, davam!!!!!!
Çox sağol. Yenilikləri öyrənməyin zamanıdır artıq.
Çox sağol Fərhad, “Microsoft”la eyni sürətdə gedirsən. 🙂
Dostlar, siz sağolun.Məqsədimiz budur ki, insanların yararlanacağı bir şey olsun.
ALLAH Nəsib Etsə, Windows Server 2012 məqalələrimiz davam edəcək, İnşAllah.
Çox sağ olun