Windows 7 və Windows XP -nin dualboot vəziyyətində işləməsi

Hər kəsi salamlayaraq ilk məqaləmizə start veririk. Bugün sizlərə Windows 7 əməliyyat sistemi qurulu olan bir komputerə əlavə olaraq Windows XP əməliyyat sistemini quraraq hər iki ƏS-nin birlikdə dualboot vəziyyətində işlməsini izah edəcəyik. Bilidiyimiz kimi Windows XP və Windows 7-nin boot fayl strukturu fərqli olduğu üçün Windows 7 qurulu bir komputerdə biz Windows Xp ƏS-ni əlavə olaraq çalışdırmaq istəsək Windows XP yüklənmə zamanı disk üzərinə öz boot fayıllarını yazaraq Windows 7 ƏS-ni yox sayacaqdır. Bu çətinliyi aradan qaldıraraq dualboot funksiyasını təmin etmək üçün bir neçə metoddan istifadə edə bilərik. Mən sizlərə Windows XP ƏS qurulub tamamlandıqdan sonra EasyBCD vasitəsilə dualboot funksiyasının bərpasını izah etməyə çalışacağam. Bunun üçün bizə EasyBCD proqramı lazım olacaq.

Proqramı yüklə

http://www.boxca.com/a6dlt7q6ml3e/EasyBCD_2.2_Beta_-_Build_167.exe.html

1) Windows Xp-nin yüklənməsi üçün yeni Partition yaradırıq. Bunun üçün Start – disk management – Create and format hard disk partitions bölməsinə daxil oluruq.

Tək Partition olduğu üçün 2 hissəyə bölürük (Windows Xp yüklənəcək bölmə). Yeri gəlmişkən Shrink Volume əməliyyatınıda göstərmiş oluruq.

Windows Xp yüklənəcək bölmənin həcmini daxil edirik.

Sehirbazın köməyi ilə yeni böləməni yaradırıq.

Və nəhayət 2ci partition yaradıldı. Sıra gəldi Windows XP ƏS-ni yükləməyə

Windows XP yükləndikdən sonra açılanda təccüblənməyin automatic olaraq XP açılacaqdır çünki Windows XP öz boot fayıllarını sistemə yazaraq Windows 7-nin boot prosessini ləvğ edir. Artıq burda EasyBCD keçir hərəkətə, qeyd etdiyimiz keçiddən proqramı yükləyərək Windows Xp üzərinə qururuq və aşağıdakı addımları izləyirik.

soldakı seçimlərdə Add New Entry seçib sağ tərəfdə göstərdiyimiz kimi Windows NT/2k/XP/2k3 seçib Add Entry edirsiniz.

Write MBR deyrək əməliyyatı tamamlayırıq. Artıq hər iki əməliyyat sistemindən istifadə edə bilərik. Sistemə restart verməniz yetərli olacaq. Windows açılmamışdan əvvəl sizə iki seçim verəcək Windows 7 (hansıki əvvəldən yüklədiyiniz) və Windows XP, isdədiyiniz əməliyyat sistemini seçib rahatlıqla istifadə edə bilərsiniz. Suallar üçün Techneta.az Facbook qrupumuzdan istifadə edə bilərsiniz.

Uğurlar

Sübhi Tağıyev

_____________

MCİTP

Səs: +30. Bəyənilsin Zəifdir

Müəllif: Sübhi Tağıyev

Şərhlər ( 1 )

  1. Məqalə üçün təşəkkürlər.

Şərh yazın