Windows Server Backup
Bu məqaləmizdə biz Windows Server Backup ilə necə backup almaq lazımdır onu öyrənəcəyik.Bəzi hallar vardır ki, biz faylları bərpa etməli oluruq.Ancaq əlimizdə backup olmadığı üçün biz o faylları bərpa edə bilmirik.Windows Server Backup`la full backup almaq üçün ilk öncə Windows Server Backup programını açırıq.Nəzərinizə çatdırım ki, mən bu məqaləni Windows Server 2008 üzərində yazıram və Windows Server Backup isə Windows Server 2008 ilə gələn default backup programıdır. Windows Server Backup programını açıb, aşağıdakı şəkildə qırmızı ilə işarə edilən (Backup Once) yerə sıxırıq.
Daha sonra isə qarşımıza çıxan pəncərədə “Different Options” bölməsini işarələyib, davam edirik.
Sonra isə qarşımıza çıxan pəncərədə “Full Server” seçib, Full Backup almaq üçün “NEXT” düyməsinə sıxaraq davam edirik.
İndi isə bizdən alacağımız backup`ı hara saxlayacağımız haqqında yer təyin etməyimizi istəyir.Bu pəncərədə iki seçim var:Birinci seçimdə backup`ı ikinci diskə,DVD`yə və ya USB karda yaza bilərik.İkinci seçimdə isə şəbəkə üzərindən yer təyin edə bilərik.Bizim bu məqaləmizdə backup`ı ikinci diskə alacağımız üçün birinci seçimlə davam edirik.
“NEXT” düyməsinə sıxıb davam edirik, açılan pəncərədn diskimizi qeyd edirik.
Daha sonra “NEXT” düyməsinə sıxırıq.Aşağıdakı şəkildəki kimi seçimlə qarşılaşırıq.
Burada “NEXT” düyməsinə sıxaraq davam edirik.
Sonra yuxarıdakı şəkildəki kimi bir pəncərə açılır.Burada backup`a başlamaq üçün bizdən “BACKUP” düyməsinə sıxmağımızı istəyir.”BACKUP” düyməsinə sıxdıqdan sonra isə aşağıdakı kimi pəncərə ilə rastlaşırıq.
Burada artıq backup etməyə başlamaq üçün program ilk hazırlıqları görür.Gördüyünüz kimi qırmızı işarələnmiş yerdə “Backup not started” yazılıb.Bir necə saniyə sonra isə backup etməyə başlayacaqdır.Siz pəncərədən bu prosesi izləyə bilərsiniz.Sonda isə isə aşağıdakı pəncərə ilə rastlaşacaqsınız.
Gördüyünüz kimi qırmızı ilə işarələnmiş yerdə “Backup completed” yazılıb.Artıq backup`ımız alındı.”CLOSE” düyməsinə sıxaraq davam edirik.
Əziz dostlar növbəti məqalələrimizin birində Windows Server Backup ilə necə Restore etmək lazımdır onu öyrənəcəyik.
Növbəti məqalələr də görüşənə qədər.
Yazar: Fərhad KƏRİMOV | MCITP: Enterprise Administrator
Şərhlər ( 4 )
Məqalə üçün təşəkkürlər.
Maraqlı məlumatlardır. Təşəkkürlər.
Salam. Çox lazımlı məlumatdı.Amma mən bir problemlə qarşılaşdım.Nə qədər edirəm düzəlmir.Köməklik etsəniz çox şad olaram.Buda səhvin şəkili http://www.imageup.ru/img271/1312191/backup-sehv.jpg.html
Bəyəndiyinizə görə mən təşəkkür edirəm!
Samir bəy, zəhmət olmasa bu problem haqqında forum üzərində yazasınız.İnşAllah, mütəxəssislərimiz buna münasibət bildirəcəklər.Təbii ki, problem haqqında briaz daha ətraflı məlumat versəniz yaxşı olar.Amma ilkin olaraq öz fikrimi bildirim.Çox güman ki, siz “C” hissəsinin nüsxəsini elə “C” hissəsinə almaq istəyirsiniz ona görə də bu cür xəta ilə rastlaşırsınız.VVindovvs Server 2008R2`də hansı hissənin nüsxəsini alırsınızsa, həmin hissəyə nüsxəni yerləşdirə bilmərsiniz.Təbii ki, bəzi dəyişikliklər edərək bunu etmək olar.Amma ilkin olaraq bu cür gəlir və məsləhətdir ki, üzərində heç bir dəyişiklik edilməsin.