TMG 2010 üzərində PPTP VPN tunel protokolunun sazlanması
Salam dostlar. Bu məqaləmizdə istifadəçilərimizin uzaqda yerləşən ofisə internet üzərindən TMG server vasitəsi ilə VPN şəbəkəsinin PPTP (Point-to-Point Tunneling Protocol ) protokolu ilə qoşulmasını izah etməyə çalışacağam. VPN – Virtual Private Network , yəni Virtual Özəl Şəbəkə mənasında anlaşıla bilər. PPTP isə VPN üzərindən qoşulma tiplərindən biridir və nöqtədən nöqtəyə qoşulma protokolu kimi başa düşülür.
Indi isə keçək əsas məsələyə. İlk öncə domainimizdə VPN vasitəsilə qoşulacaq istifadəçimizi yaradaq. İstifadəçini yaratmağı keçən məqalələrimizdən bilirik. İstifadəçini yaratdiqdan sonra sağ düymə ilə properties bölməsindən DİAL-İN bölməsinə keçirik. Network Access Permission tabından Allow Access seçirik və ok basırıq.
Daha sonra VPN grupu yaradiriq ve bu qrupa VPN ilə qoşulmağa icazə verəcəyimiz istifadəçələri yığırıq. Bu halda ancaq Eldar adlı istifadəçimizi daxil edirik və ok klikləyirik.
Sonrakı əməliyyatlarımız server üzərində olacaq. Serverin menyusundan Remote Access Policy (VPN) menyusuna klikləyirik. Açılmış səhifədə etapları ardıcıllıqla klikləyərək aşağıdakıları yerinə yetiririk.
VPN istifadəçilərimizin qoşulacağı şəbəkə interfeysini seçirik.
Address Assignment tabında qoşulacaq istifadəçilərimiz üçün İP, Subnet və DNS kimi informasiyanın tətbiq edilmə qaydasını seçirik, bu metod 2 üsul ilə seçilə bilər. Statik və yaxud DHCP
1. Statik deyərək İP aralığını özümüz daxil edirik. Biz bu qayda ilə davam edəcəyik.
2. Advanced bölməsindən şəbəkəmizdəki DNS serverlərin ip adreslərini daxil edirik.
3. Autentication tabından şifrələmə metodlarından MS-CHAPv2 seçirik.
4. Buradan VPN ilə eyni anda qoşulacaq istifadəçilə sayını təyin edirik.
5. Bu tabda VPN istifadəçilərimizi daxil etdiyimiz VPN grupunu Add deyərək əlavə eləyirik.
6. Protokols tabından PPTP protokolunu seçirik.
7. Dəyişikliklərin tətbiq olunması üçün Apply düyməsinə klikləyirik.
8. Networking menyusundan Network Rules tabında VPN Clients to Network Rule Defaultda Route modundadır ehtiyac olduğu təqdirdə NAT moduna çəkilə bilər.
TMG üzərində əməliyyatları tamamladıqdan sonra sıra gəldi istifadəçilərdə VPN əlaqəsi qurmaq üçün aparacağımız əməliyyatlara.
1. İstifadəçinin komputerində Connection yaradırıq.
2. Use my internet connection seçərək.
3. Bağlanacağımız ip TMG 2010-nun Publik tərəfə baxan yəni External interfeyisinin ipsidir.
4. İstifadəçi adını və şifrəsəni daxil edərək connect deyirik.
5. Bu mərhələdə skip düyməsini klikləyirik və yaratdığımız connection-da sağ düymə ilə properties bölməsinə daxil oluruq.
6. Security böləməsindən PPTP protokol tipini seçirik.
7. Sonda yenidən Connect deyərək VPN əlaqəsini gerçəkləşdiririk.
8. Artıq əlaqənin qurulduğunu görürük. Ofisinizdəki istənilən şəbəkə avadanlıqlarından və s. resurslardan rahatliqla istifadə edə bilərsiniz (bunun üçün TMG serverdə müvafiq portları açdıqdan sonra).
Ümüd edirəmki məqaləmin kiməsə köməyi dəyəcək. Sual, irad və təkliflərinizi gəzləyirəm. Növbəti məqaləmizdə görüşmək diləyi ilə.
Eldar İlyasov
____________________
MCTS, MCP
Müəllif hüquqları qorunur.
Şərhlər ( 2 )
Məqalə üçün təşəkkürlər.
MaşAllah Olsun!
Lazımlı məqalələrdəndir.