Windows Server 2008 R2 üzərində Domain adının dəyişdirilməsi

Xoş gördük. Bu məqaləmizdə sizinlə birlikdə Domain adının dəyişdirilməsini həyata keçirmyə çalışacağıq. Bu əməliyyatı yerinə yetirmək üçün biz üç ədəd kompyuterdən, dəqiq desək bir Domain Controller-hansındakı Domain-nin adı dəyişdiriləcək, bir ədəd həmin Domain-nin üzvü olan (Domain Controller yox yəni Member server) Control Station-bütün proseslər bu server vasitəsilə aparılacaq və nəhayət bir ədəd həmin Domain-ni üzvü olan Klient kompyuter-dən istifadə edəcəyik.

İlk növbədə Control Station edəcəyimiz kompyuterə daxil olaraq Server Manager-i açıb Features-in üzərində sol düyməni basırıq.

Sağ tərəfdə Add Features-in üzərində basaraq Add Features Wizard vasitəsilə biz AD DS Snap-ins and Command-line Tools Distributed File System Tools alətlərini yükləyəcəyik.

Seçimi təsdiqləmək üçün Next, yükləmək üçün isə Install düyməsini basırıq.

Yüklənib qurtardıqdan sonra yüklədiyimiz alətləri görə bilərik.

Server Manager-i bağlayaraq Command Promt-u açırıq (Bu andan bütün Domain Controllerl-i backup etmək məsləhətdir). rendom /list komandası vasıtəsilə biz Forest-in konfiqurasiyasını Domainlist.xml faylına köçürəcəyik.

Həmin fayl command prompt hansı qovluqda əməliyyat aparırsa ora qoyulacaq (Məsələn,məndə bu qovluq “C:\Users\Administrator.ANAR“).

Domainlist.xml faylını açdıqda biz Forest-in konfiqurasiyasını görə bilərik. Bu faylın bir kopyasını saxlamaqada yarar var.

Sonra həmin faylda Domain üçün seçdiyimiz yeni ada uyğun dəyişikliklər etmək lazımdır. Bu məqalədə mən anar.local dəyişərək zeki.com etməyə çalışacağam. Bunun üçün mən anar.local yazılan yerləri pozub zeki.com, ForestRoot olan bölmədə isə NetBiosName olan yerdə ZEKİ yazacağam.

Dəyişiklikləri etdikdən sonra save edib bağlayırıq.Etdiyimiz dəyişikliklərin Forest-ə necə təsir etdyini görmək üçün rendom /showforest komandasından istifadə edəcəyik.

Dəyişiklikləri sistemə yükləmək üçün rendom /upload komandasından istifadə edəcəyik.

Sonar isə Domain Controller-in hazır olduğunu rendom /prepare komandası ilə yoxlayırıq.

Və nəhayət Domain-nin adının dəyişdirilməsi üçün rendom /execute komandasını daxil edirik.

Yuxaridakı əməliyyatı yerinə yetirdikdən sonra Domain Controller-ə girsək aşağıdakı xəbərdarlıqla qarşılaşacağıq.

Close düyməsini basdıqda sistem avtomatik restart edəcək. Restart etdikdən sonra Domain Controller-ə daxil olub Active Directory Users and Computers-i açırıq.

Göründüyü kimi Domain-nin adının dəyişdirilməsi artıq baş vermişdir. Əgər biz DNS-i açarsaq görəcəyik ki, orada heç bir dəyişiklik baş verməyib.

Ona görə də həmin yeni Domain üçün Forward Lookup Zone yaratmalıyıq.

DNS-i sazladıqdan sonra Domain Controller-də Full computer name hələ də DC.anar.local olduğu üçün onda da dəyişiklik etmək lazımdır.

Bunları etdikdən sonar Domain Controller-i restart edirik.Restart-dan sonra DNS-i açdıqda hər şeyin qaydasında olduğunu görürük.

Domain-ni adının dəyişdirilməsi bitdiyi üçün command promt-da ardıcıl olaraq rendom /cleanrendom /end komandasını daxil edirik.

Domain Controller-ə daxil olub Event Viewer açdıqda biz orada Group Policy-ə aid bəzi Error-ların olduğunu görəcəyik.

Group Policy Management-i açdıqda isə orada yeni Domain-ə link edilmiş GPO olmadığını görəcəyik.

Bu problemi aradan qaldırmaq üçün gpfixup komandasından istifadə edəcəyik.

gpfixup /olddns:ƏvvəlkiDNSAd

/newdns:YeniDNSAd

/oldnb:ƏvvəlkiNetBiosAd

/newnb:YeniNetBiosAd

/dc:DC-inDNSAdı

Bu komandanı icra etdikdən sonra prosesin gedişatı haqqında log fayl yaranacaq.

Həmin fayla baxaraq biz əməliyyatın uğurlu və ya uğursuz olduğunu anlaya bilərik.

Göründüyü kimi hər şey uğurla başa çatmışdır.

İndi biz DNS-də anar.local-ı asanlıqla silə bilərik.

Digər kompyuterlərin DNS qeydiyyatlarının yenilənməsi və yeni domain adı ilə sistemə daxil olmaları üçün kompyuterlər restart edilməli və yeni Domain vasitəsilə kompyuterə daxil olmalıdırlar. DNS-də yeni yaradılmış zeki.com-da kompyuterlərin yenidən qeydiyyatdan keçdiyini görürük.

Qeyd: Bizim məqalədə mən DNS adını yəni zeki.com-u DNS server altına sonradan ələvə etdim. Yaxşı olar ki, bu əməliyyatı daha öncə edib sonra digər əməliyyatları gerçəkləşdirəsiniz. Domain adının dəyişmək ciddi işdir və böyük fəsadlara yol aça bilər. Bir daha qeyd edim ki, bu əməliyyatları aparmadan öncə mütləq backup alınmalı və forest içindəki bütün Domain Controller ilə əlaqə tam təmin olunduqdan sonra bu əməliyyatlar gerçələşdirilməlidir.

Ümid edirəm ki, bu məqalənin heç olmasa bir nəfərə xeyri dəyəcək. İrad və təkliflərinizi də görməyə şad olardım. Unutmayaq ki, elm paylaşdıqca artar. Başqa bir məqalədə görüşmək diləyilə.

Anar  Zəki

___________

İT Mütəxəssis

Müəllif hüquqları qorunur.

Səs: +10. Bəyənilsin Zəifdir

Müəllif: Anar Zəki

Şərhlər ( 1 )

  1. Anar Zəki, bu məqalə tam yerinə düşdü. Dünən bir yaxın dostum bunun nə dərəcədə təhlükəli ola biləcəyini soruşmuşdu, Artıq özümün məqalə formasında bir şey yazmaqıma ehtiyac qalmadı. Allah zehninə qüvvət versin. Bunu çap edib verəcəm, ətraflı hər şey var burda..

Şərh yazın