CRONTAB haqqında

Xoş gördük. Bu məqaləmizdə Crontab haqqında sizləri məlumatlanadırmağa çalışacağam.  Crontab – Unix/Linux sistemlərində müəyyən əməliyyatların müəyyən vaxt və tarixdə işləməsini yerinə yetirmək üçün istifadə olunan komandadır. Crontabda hər iş 6 sətrdən ibarət olur:

.—————- dəqiqə (0 – 59)
| .————- saat (0 – 23)
| | .———- gün (1 – 31)
| | | .——- ay (1 – 12)
| | | | .—- həftənin günü (0 – 6) (Bazar=0)
| | | | |

* * * * * işlədiləcək komanda

crontab –l -> İstifadəçnin yazmış olduğu crontabları göstərir
crontab –r -> crontab faylını silir
crontab –e -> crontab faylı üçün edit (dəyişdir) rejiminə keçir

Komandanın ümumi yazılışı belədir:

⇒ dəqiqə saat gün ay həftənin günü komanda
• Nümunə: 30 21 * * * /export/home/script.sh
Açıqlama: /export/home/ folderindəki script.sh faylı hər gün saat 21:30’da işləyəcək.
“ * ” hamısı deməkdir. Dəqiqənin yerində durubsa bütün dəqiqələrdə deməkdir, saatın yerində durubsa hər saat deməkdir, ayın yerində durubsa hər ay deməkdir və s.

• Nümunə: 45 4 1,10,22 * * /export/home/script.sh
Açıqlama: script.sh faylı hər ayın 1,10,22 tarixlərində saat 4:45’də işləyəcək

• Nümunə: 0,30 18-23 * * * /export/home/script.sh
Açıqlama: script.sh faylı saat 18-23 arası hər 30 dəqiqədən bir işləyəcək

Nümunə: 0 23 * * 6 /export/home/script.sh
Açıqlama: script.sh faylı hər həftənin 6-cı günü saat 23:00’da işləyəcək

• Nümunə: 45 12 5,10,15,20 2,4,6,8,12 * /export/home/script.sh
Açıqlama: 2,4,6,8,12 aylarının 5,10,15,20 tarixlərində saat 12:45’də script.sh faylı işləyəcək

• Nümunə: 0 10 */5 * * /export/home/script.sh
Açıqlama: script.sh faylı hər ay 5 gündən bir saat 10:00’da işləyəcək

• Nümunə: 10 10 * * 1,4 /export/home/script.sh
Açıqlama: script.sh faylı hər həftənin 1 və 4-cü günləri saat 10:10’da işləyəcək

Aydın Əliyev

________________

SCSA, SCNA

Səs: +10. Bəyənilsin Zəifdir

Müəllif: Aydın Əliyev

Şərh yazın