Windows Server Backup ilə Restore etmək
Əvvəlki məqalələrimizin birində Windows Server Backup ilə backup almağı öyrənmişdik.Bu məqaləmizdə isə aldığımız backup`la bərpa etməyi öyrənməyə çalışacağıq.Təsəvvür edək ki, gözlənilmədən serverimiz çökdü və üzərində olan hər bir şey bununla getdi.Əlbəttə hər kəs istər ki, çox qısa zamanda serveri əvvəlki vəziyyətinə qaytarsın.Sizə xoş xəbər verərək qeyd etmək, istərdim ki, bu mümkündür.Cəmi bir necə dəqiqə içərisində siz server`inizi əvvəlki vəziyyətinə qaytara bilərsiniz.Ancaq bunun üçün ilk öncə sizin serverin işlək vəziyyətində alınmış backup`ı lazımdır.Backup almağı isə biz yuxarıda da qeyd etdiyimiz kimi əvvəlki məqalələrimiz birində öyrənmişdik.Mən də əvvəlcə aldığım backup ilə bərpa edəcəm.Bunun üçün ilk öncə Windows Server 2008 DVD`sini CDROM`a yerləşdirib, RESTART edirik və serverimizi DVD`dən açırıq.Bunu necə etmək lazımdır, yazmayacam.Çünki ümid edirəm ki, bunu siz bilirsiniz.Kompüterlərinizə format vermək üçün kompüterinizi necə DVD`dən açırsınızsa, bu dəfə də bu cür edəcəyik.Bundan sonra qarşımıza aşağıdakı kimi pəncərə çıxır.
Buradan dil seçimini edib, “NEXT” düyməsinə sıxaraq davam edirik.
Bizi yuxarıdakı pəncərə kimi bir pəncərə qarşılayır.Buradan “REPAİR YOUR COMPUTER” seçirik.
Seçimimizi etdikdən sonra yuxarıdakı kimi kiçik bir pəncərə bizi qarşılayır.Burada “NEXT” düyməsinə sıxaraq davam edirik.
Yuxarıdakı pəncərədə isə “Windows Complete PC Restore” seçirik.
Qarşımıza yuxarıdakı kimi pəncərə çıxır, burada “NEXT” düyməsinə sıxaraq davam edirik.Aşağıdakı pəncərə ilə qarşılaşırıq.
Burada heç bir dəyişiklik etmədən “NEXT” düyməsinə sıxıb, davam edirik.
Yuxarıdakı pəncərədə bizə son məlumatları verir.”FİNİSH” düyməsinə sıxaraq RESTORE prosesinə başlayırıq.
Yuxarıdakı pəncərədən də gördüyünüz kimi proses davam edir.Proses bitdikdən sonra isə aşağıdakı kimi pəncərə çıxacaq.
Yuxarıdakı pəncərədə gördüyünüz kimi RESTORE prosesi bitmişdir.Bir necə saniyə içində serverimiz restart ediləcəkdir.Əgər istərsiniz “ Restart now” düyməsinə sıxaraq bir neçə saniyə gözləmədən serverinizi restart edə bilərsiniz.
Növbəti məqalələr də görüşənə qədər.
Yazar: Fərhad KƏRİMOV | MCITP: Enterprise Administrator