Windows Server 2012 Qurulumu
Dostlar, bu dərsimizdə Windows Server 2012 qurulumunu həyata keçirdəcəyik. Windows Server 2012`nin hal-hazırda RC versiyası çıxıb, yükləyib, siz özünüzdə bunu sınaqdan keçirdə bilərsiniz.
Minimum hardware tələbləri:
CPU: 1.4 GHZ x64 processor
RAM: 512 MB
Hard Disk: 33 GB boş yer
Windows Server 2012 DVD`sini yerləşdirib, DVD`dən boot edirik.
Sonra qarşımıza aşağıdakı kimi pəncərə gəlir.Burada gördüyünüz kimi biz ƏS`ni qrafik və core olaraq seçim edə bilərik.Biz GUİ( qrafik interfeys ) olanı seçirik.
Sonra NEXT düyməsinə sıxaraq davam edirik.Qarşımıza çıxan pəncərədə şərtləri qəbul edib, NEXT düyməsinə sıxırıq.
Sonra ƏS`ni hara yükləmək istədiyimiz haqqında sual verən pəncərə ilə qarşılaşırıq.Bizdə bir ədəd hard disk olduğuna görə ancaq pəncərədə hal-hazırda gördüyümüz hard diski seçirik.
Sonra isə yüklənib, bitməyini gözləyirik.
ƏS yükləndikdən sonra bizdən Administrator istifadəçisi üçün şifrə təyin etməyimizi istəyir.
Şifrəni təyin etdikdən sonra ƏS tənzimləmələrinin bitməsini gözləyirik.
Daha sonra bizi aşağıdakı kimi pəncərə qarşlayır.
CTRL+ALT+DELETE düymələrini sıxaraq istifadəçilər olan lövhəyə keçid alırıq və burada Administrator istifadəçisinin şifrəsini daxil edib, daxil oluruq.
Bundan sonra isə Windows Server 2012`də istədiyimiz rolları yükləyib, istifadə edə bilərik.
Windows Server 2012 haqqında olan ilk məqaləmiz idi.İnşAllah, bundan sonra davamlı olaraq Windows Server 2012 haqqında məqalələrimiz olacaq.
Ümid edirəm ki, yararlı məqalə olmuşdur.
Növbəti məqalələr də görüşənə qədər.
Yazar: Fərhad KƏRİMOV | MCITP:Enterprise Administrator
Şərhlər ( 1 )
Sağ olun