İnternet Protokolunun(IP) hesablanması

İnternet Protokolu(İP) vasitəsilə xəbərləşmək üçün cihazlar mütləq statik və ya dinamik İP`yə sahib olmalıdırlar.Bu İP vasitəsilə onlar bir-biri ilə əlaqə qura bilirlər.TCP/İP protokolunda cihaz və kompüterlər 32 bitlik İP`yə sahib olurlar.32 bitlik dedik, çünki hər bir İP`i 4 hissədən yəni oktetdən ibarət olur.Hər bir oktet də 8 bitdən ibarət olur.Onluq sistemdə hər bir oktetin dəyəri minimum 0(sıfır), maksimum 255 ola bilər.

Hesablama apararkən onluq say sistemindən ikili say sisteminə keçməyimiz lazım olacaq.İşimizin rahat olması üçün sizə bir cədvəl təqdim edirəm.

7.bit 6.bit 5.bit 4.bit 3.bit 2.bit 1.bit 0.bit Ümumi 8 bit
2^7 2^6 2^5 2^4 2^3 2^2 2^1 2^0 Onluq qarşılığı bu cür hesablanır
128 64 32 16 8 4 2 1 Onluq sistemdəki qarşılığı
0 0 0 0 0 0 0 0 Onluq dəyəri 0(sıfır) olan bir oktet
1 1 1 1 1 1 1 1 Onluq dəyəri 255 olan bir oktet
1 1 1 1 0 0 0 0 Onluq dəyəri 240 olan bir oktet
1 1 1 1 1 0 0 0 Onluq dəyəri 248 olan bir oktet

Əgər, yuxarıdakı cədvələ fikir verdinizsə, orada rahatlıqla görə bilərsiniz ki, 1`lər toplanaraq onluq dəyəri hesablandı.

İndi isə biraz İP sinifləri haqqında danışaq.

A sinifi: 1-126 subneti: 255.0.0.0

B sinifi: 128-191 subneti: 255.255.0.0

C sinifi: 192-223 subneti: 255.255.255.0

D sinifi: 224-239 çoxlu yayın (Multicast)

E sinifi: 240-254 təcrübələr üçün ayrılıb

Əgər, yuxarıda diqqətlə fikir verdinizsə, rahatlıqla görə bilərsiniz ki, 127 İP`si yoxdur.Yəni heç bir aralığa daxil deyil.Çünki 127 İP`si Loopback olaraq ayrılmışdır.Bunun vasitəsilə NİC`ləri sınayırlar.

Bura qədər oxuduqlarımızı yaxşı başa düşmək üçün bir nümunə göstərək və burada başa düşməyə çalışaq.

Nümunə1:

192.168.0.7

Onluq 192 168 0 7
İkilik 11000000 10101000 00000000 00000111

Bundan başqa Network ID və Broadcast anlayışı var.Network ID və Broadcast heç bir cihaza və ya kompüterə verilmir.Network ID`ni təyin etmək üçün, İP və Subnet ikili say sisteminə çevrilir və alt-alta yazılır.Bundan sonra birləri və sıfırları alt-alta vuraraq köçürdürük, daha sonra nəticəni onluq say sisteminə çeviririk, alınan İP`I Network ID`dir.Bunu nümunə üzərində göstərək.

Nümunə2:

IP 192.168.0.7 11000000 10101000 00000000 00000111
Subnet Mask 255.255.255.0 11111111 11111111 11111111 00000000
Network ID 192.168.0.0 11000000 10101000 00000000 00000000
Broadcast 192.168.0.255 11000000 10101000 00000000 11111111

Broadcast ünvanını da hesablamağı öyrənəcəyik.Ancaq bundan əvvəl öyrənməli digər hesablamalar var.

İlk öncə şəbəkəmizdə neçə subnet ola bilər onu hesablamağı öyrənək.Şəbəkədə ki, subnetləri Subnet Mask`ı ikili say sisteminə çevirdikdən sonra oradakı “1”`lərin sayına görə təyin edirik.Əgər, “1”`ləri “x”`la işarə etsək, bu zaman düstur aşağıdakı kimi olar:

2^x=subnet`lərin sayı

Yuxarıdakı Subnet Mask`a uyğun subnet`ləri tapmalı olsaq bu zaman bu cür olar:

255.255.255.0=11111111.11111111.11111111.00000000

Gördüyünüz kimi son oktetdə “1” yoxdur, buna görə də düstur bu cür olacaq:

2^0=1

Yəni 1 subnet ola bilər.Bizdə bunu yuxarıdakı cavablarla təsdiqləmişik.

Başqa bir nümunəyə baxaq:

Nümunə3:

255.255.255.240=11111111.11111111.11111111.11110000

Yuxarıdan gördüyünüz kimi son oktetdə 4 ədəd “1” var.Bunu düsturda yerinə qoysaq, bu zaman:

2^4=16 alarıq.

Yəni 16 subnet ola bilər.

Məncə, subnet`lərin hesablanması aydın oldu.

İndi isə ümumi İP`lərin sayı və verilə bilən İP`lərin sayını hesablayaq.

Ümumi İP`lərin sayı, oktetdə olan “0”`ların sayına görə hesablanır.”0”`ların “n” ilə işarə etsək, bu zaman bu cür düstur alarıq:

2^n=İP`lərin sayı

Yuxarıdakı Subnet Mask`da neçə İP var, onu hesablayaq.

255.255.255.0=11111111.11111111.11111111.00000000

Gördüyünüz kimi son oktetdə 8 ədəd “0” var.Düstur bu cür olacaq:

2^8=256 İP

Ancaq biz 256 İP`ni cihaza və kompüterlərə verə bilmərik.Ona görə də verilə bilən İP anlayışı ortaya çıxır.Ona görə verə bilmərik ki, başlanğıc İP(Network ID) və son İP(Broadcast ünvanı) heç bir cihaza və kompüterə verilmir.Buna görə də verilə bilən İP sayını hesablamaq üçün aşağıdakı düsturdan istifadə edirik.

2^n-2= verilə bilən İP`lərin sayı

Buna nümunələr üzərində baxaq.

Nümunə4:

255.255.255.0=11111111.11111111.11111111.00000000

2^8-2=254 İP verilə bilər

Digər nümunəyə baxaq

Nümunə5:

255.255.255.240=11111111.11111111.11111111.11110000

2^4-2=14 İP verilə bilər

İndi isə Broadcast ünvanını tapaq.Broadcast ünvanını tapmaq üçün ilk öncə Network ID`ni təyin edirik, hansı ki, yuxarıda necə təyin etmək lazımdır, onu öyrəndik.Daha sonra verilə bilən İP`lərin sayını təyin edirik.Sonra bunları toplayırıq və üzərlərinə də “1” əlavə edirik.Əgər, düsturda buna baxsaq:

Network ID+verilə bilən İP`lərin sayı+1=Broadcast ünvanı

Yuxarıdakı cədvələ qayıdıb, onun üzərində izah etməyə çalışaq.

IP 192.168.0.7 11000000 10101000 00000000 00000111
Subnet Mask 255.255.255.0 11111111 11111111 11111111 00000000
Network ID 192.168.0.0 11000000 10101000 00000000 00000000
Broadcast 192.168.0.255 11000000 10101000 00000000 11111111

Gördüyünüz kimi Network ID`ni(192.168.0.0) təyin etdik.

Daha sonra verilə bilən İP`lərin sayını müəyyən etdik:

255.255.255.0=11111111.11111111.11111111.00000000

2^8-2=254 İP verilə bilər

Sonda isə Broadcast ünvanını tapdıq.

Bunun üçün isə

Network ID+verilə bilən İP`lərin sayı+1=Broadcast ünvanı

0+254+1=255(Broadcast ünvanı)

Yəni,

192.168.0.255

Fikrimcə, sizə İP hesablamaları haqqında məlumat verə bildik.

Aşağıda isə sizə işinizə çox yarayacaq bir cədvəl təqdim edirəm:

2^0 2^1 2^2 2^3 2^4 2^5 2^6 2^7 2^8 2^9 2^10 2^11
1 2 4 8 16 32 64 128 256 512 1024 2048

Bununla da məqaləmizi sonlandırırıq.

Səs: +30. Bəyənilsin Zəifdir

Müəllif: Farhad KARIMOV

Şərhlər ( 4 )

    • Vüsal Məstəliyev / . Dərc edilib:A 23/01/2013 at 9:29 Səhər
      Səs: +2. Bəyənilsin Zəifdir

    Təşəkkürlər Fərhad əy çox gözəl məlumatdır

    • Vüsal / . Dərc edilib:A 29/01/2013 at 2:58 Axşam
      Səs: 0. Bəyənilsin Zəifdir

    Bu lazımlı məlumat üçün təşəkkür edirəm Fərhad bəy.

  1. Minnətdaram Fərhad müəllim gözəl başa saldıqiniza görə.Sizin fəaliyyətdə uqurlar.

  2. Salam Ferhad bey.

    Butun youtube gezdim amma bunun qeder gozel izah veren tapmadim. Allah razi olsun

Şərh yazın